الترجمة الأذرية kitabından الأذرية dilində المدّثر surəsinin tərcüməsi
ﰡ
Verse 1
ﮪﮫ
ﮬ
1. Ey libasına bürünüb örtünmüş peyğəmbər!
Verse 2
ﮭﮮ
ﮯ
2. Qalx və insanları xəbərdar et!
Verse 3
ﮰﮱ
ﯓ
3. Təkcə Rəbbini uca tut!
Verse 4
ﯔﯕ
ﯖ
4. Geyimini təmiz saxla!
Verse 5
ﯗﯘ
ﯙ
5. Pis şeyləri tərk et!
Verse 6
ﯚﯛﯜ
ﯝ
6. Yaxşılığı təmənna məqsədilə etmə!
Verse 7
ﯞﯟ
ﯠ
7. Rəbbin üçün səbir et!
Verse 8
ﯡﯢﯣﯤ
ﯥ
8. Sur üfürülərkən –
Verse 9
ﯦﯧﯨﯩ
ﯪ
9. Çətin bir gün olacaq.
Verse 10
ﯫﯬﯭﯮ
ﯯ
10. Həmin gün kafirlərə asan olmayacaq.
Verse 11
ﯰﯱﯲﯳ
ﯴ
11. Məni yaratdığım kimsə ilə tək burax;
Verse 12
ﯵﯶﯷﯸ
ﯹ
12. Mən ona bolluca var-dövlət bağışladım,
Verse 13
ﯺﯻ
ﯼ
13. qayğısına qalan oğullar verdim
Verse 14
ﯽﯾﯿ
ﰀ
14. və onu hər cür imkanlarla təmin etdim.
Verse 15
ﰁﰂﰃﰄ
ﰅ
15. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.
Verse 16
ﰆﰇﰈﰉﰊﰋ
ﰌ
16. Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.
Verse 17
ﰍﰎ
ﰏ
17. Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.
Verse 18
ﰐﰑﰒ
ﰓ
18. Çünki o, fikirləşərək qərara gəldi.
Verse 19
ﭑﭒﭓ
ﭔ
19. Ona ölüm olsun! Necə qərara gəldi?!
Verse 20
ﭕﭖﭗﭘ
ﭙ
20. Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?!
Verse 21
ﭚﭛ
ﭜ
21. Sonra o nəzər saldı.
Verse 22
ﭝﭞﭟ
ﭠ
22. Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü.
Verse 23
ﭡﭢﭣ
ﭤ
23. Sonra da arxasını çevirib təkəbbür göstərdi
Verse 24
ﭥﭦﭧﭨﭩﭪ
ﭫ
24. və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyil!
Verse 25
ﭬﭭﭮﭯﭰ
ﭱ
25. Bu, adi insan kəlamıdır!
Verse 26
ﭲﭳ
ﭴ
26. Mən onu Səqərə salacağam.
Verse 27
ﭵﭶﭷﭸ
ﭹ
27. Sən haradan biləsən ki, Səqər nədir?!
Verse 28
ﭺﭻﭼﭽ
ﭾ
28. O, kimsəni sağ-salamat buraxmaz,
Verse 29
ﭿﮀ
ﮁ
29. dərini yandırıb-yaxar.
Verse 30
ﮂﮃﮄ
ﮅ
30. Onun üzərində on doqquz gözətçi mələk var.
31. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.
Verse 32
ﯥﯦ
ﯧ
32. Xeyr! And olsun aya!
Verse 33
ﯨﯩﯪ
ﯫ
33. And olsun dönüb uzaqlaşan gecəyə!
Verse 34
ﯬﯭﯮ
ﯯ
34. And olsun ağarmaqda olan sübh çağına!
Verse 35
ﯰﯱﯲ
ﯳ
35. Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir,
Verse 36
ﯴﯵ
ﯶ
36. həm bəşəriyyət üçün xəbərdarlıqdır,
Verse 37
37. həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.
Verse 38
ﯿﰀﰁﰂﰃ
ﰄ
38. Hər bir kəs qazandığının girovuna çevrilir,
Verse 39
ﰅﰆﰇ
ﰈ
39. sağ tərəf sahiblərindən başqa.
Verse 40
ﰉﰊﰋ
ﰌ
40. Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
Verse 41
ﰍﰎ
ﰏ
41. günahkarlar barəsində.
Verse 42
ﰐﰑﰒﰓ
ﰔ
42. Sizi Səqərə salan nədir?
Verse 43
ﰕﰖﰗﰘﰙ
ﰚ
43. Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
Verse 44
ﰛﰜﰝﰞ
ﰟ
44. Kasıbı da yedizdirməzdik.
Verse 45
ﰠﰡﰢﰣ
ﰤ
45. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,
Verse 46
ﰥﰦﰧﰨ
ﰩ
46. və Haqq-hesab gününü yalan hesab edərdik –
Verse 47
ﰪﰫﰬ
ﰭ
47. ölüm yəqinliyi bizə gələnə qədər”.
Verse 48
ﭑﭒﭓﭔ
ﭕ
48. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.
Verse 49
ﭖﭗﭘﭙﭚ
ﭛ
49. Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?
Verse 50
ﭜﭝﭞ
ﭟ
50. Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,
Verse 51
ﭠﭡﭢ
ﭣ
51. ovçulardan yaxud aslandan qaçırlar.
Verse 52
52. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir.
Verse 53
ﭮﭯﭰﭱﭲﭳ
ﭴ
53. Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
Verse 54
ﭵﭶﭷ
ﭸ
54. Xeyr! Bu Quran bir nəsihətdir.
Verse 55
ﭹﭺﭻ
ﭼ
55. İstəyən onu xatırlayar.
Verse 56
56. Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
تقدم القراءة