الترجمة الأذرية kitabından الأذرية dilində ص surəsinin tərcüməsi
Verse 1
ﭑﭒﭓﭔﭕ
ﭖ
1. Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
Verse 2
ﭗﭘﭙﭚﭛﭜ
ﭝ
2. Kafirlər təkəbbür və nifaq içindədirlər.
Verse 3
3. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
Verse 4
4. Kafirlər öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edib dedilər: “Bu, yalançı bir sehrbazdır!
Verse 5
5. O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.
Verse 6
6. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.
Verse 7
7. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.
Verse 8
8. Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
Verse 9
9. Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?
Verse 10
10. Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.
Verse 11
ﯟﯠﯡﯢﯣﯤ
ﯥ
11. Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcək.
Verse 12
12. Onlardan əvvəl Nuh qövmü, Ad tayfası və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar.
Verse 13
13. Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.
Verse 14
14. Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.
Verse 15
15. Onlar qarşısıalınmaz təkcə bir tükürpədici səsi gözləyirlər.
Verse 16
16. Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.
Verse 17
17. Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.
Verse 18
18. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.
Verse 19
ﭦﭧﭨﭩﭪﭫ
ﭬ
19. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.
Verse 20
ﭭﭮﭯﭰﭱﭲ
ﭳ
20. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.
Verse 21
21. Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.
Verse 22
22. Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
Verse 23
23. Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. Bununla belə: “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
Verse 24
24. Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
Verse 25
25. Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
Verse 26
26. Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
Verse 27
27. Biz göyü, yeri və onların arasındakıları nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
Verse 28
28. Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
Verse 29
29. Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.
Verse 30
30. Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.
Verse 31
ﮅﮆﮇﮈﮉﮊ
ﮋ
31. Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, qaçağan atlar göstərildi.
Verse 32
32. Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”.
Verse 33
33. Süleyman: “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı.
Verse 34
34. Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.
Verse 35
35. O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.
Verse 36
36. Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik.
Verse 37
ﯥﯦﯧﯨ
ﯩ
37. Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları
Verse 38
ﯪﯫﯬﯭ
ﯮ
38. və başqalarını da zəncirlənmiş halda ona tabe etdik
Verse 39
39. və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.
Verse 40
ﯷﯸﯹﯺﯻﯼ
ﯽ
40. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
Verse 41
41. Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
Verse 42
42. Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”
Verse 43
43. Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş etdik.
Verse 44
44. Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
Verse 45
45. Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!
Verse 46
ﭶﭷﭸﭹﭺ
ﭻ
46. Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.
Verse 47
ﭼﭽﭾﭿﮀ
ﮁ
47. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.
Verse 48
48. İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.
Verse 49
49. Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –
Verse 50
ﮔﮕﮖﮗﮘ
ﮙ
50. qapıları onlar üçün açılmış Ədn cənnətləri.
Verse 51
51. Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər.
Verse 52
ﮢﮣﮤﮥﮦ
ﮧ
52. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaq.
Verse 53
ﮨﮩﮪﮫﮬ
ﮭ
53. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.
Verse 54
54. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir.
Verse 55
ﯗﯘﯙﯚﯛﯜ
ﯝ
55. Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –
Verse 56
ﯞﯟﯠﯡ
ﯢ
56. içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!
Verse 57
ﯣﯤﯥﯦ
ﯧ
57. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
Verse 58
ﯨﯩﯪﯫ
ﯬ
58. Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır.
Verse 59
59. Kafirlərin başçılarına deyiləcək: “Bu, sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.
Verse 60
60. Tabe olanlar deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”
Verse 61
61. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!”
Verse 62
62. Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük?
Verse 63
ﭜﭝﭞﭟﭠﭡ
ﭢ
63. Biz onları haqsızcasına məsxərəyə qoyurduq? Yoxsa, onlar gözə dəymirlər?”
Verse 64
ﭣﭤﭥﭦﭧﭨ
ﭩ
64. Şübhəsiz ki, bu – od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.
Verse 65
65. De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”.
Verse 66
66. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.
Verse 67
ﭿﮀﮁﮂ
ﮃ
67. De: “O, böyük xəbərdir.
Verse 68
ﮄﮅﮆ
ﮇ
68. Siz isə ondan üz döndərirsiniz.
Verse 69
69. Ali toplum mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi.
Verse 70
70. Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.
Verse 71
71. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.
Verse 72
72. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”
Verse 73
ﮯﮰﮱﯓ
ﯔ
73. Mələklərin hamısı birlikdə səcdə etdi,
Verse 74
ﯕﯖﯗﯘﯙﯚ
ﯛ
74. yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.
Verse 75
75. Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutdun?”
Verse 76
76. İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”
Verse 77
ﯷﯸﯹﯺﯻ
ﯼ
77. Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan!
Verse 78
ﯽﯾﯿﰀﰁﰂ
ﰃ
78. Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”
Verse 79
ﰄﰅﰆﰇﰈﰉ
ﰊ
79. İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
Verse 80
ﰋﰌﰍﰎ
ﰏ
80. Allah dedi: “Sən möhlət verilənlərdənsən –
Verse 81
ﰐﰑﰒﰓ
ﰔ
81. vaxtı məlum olan günə qədər!”
Verse 82
ﰕﰖﰗﰘ
ﰙ
82. İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
Verse 83
ﰚﰛﰜﰝ
ﰞ
83. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”
Verse 84
ﭑﭒﭓﭔ
ﭕ
84. Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm!
Verse 85
85. Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”
Verse 86
86. De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.
Verse 87
ﭩﭪﭫﭬﭭ
ﭮ
87. Bu Quran aləmlərə ancaq xatırlatmadır.
Verse 88
ﭯﭰﭱﭲ
ﭳ
88. Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz!”
تقدم القراءة