سورة الممتحنة

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində الممتحنة surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

1. Ey iman gətirənlər! Mə­nim düş­mənimi də, öz düşmə­ninizi də özü­nü­zə dost tutma­yın! Onlar sizə gələn hə­qi­qəti inkar et­dik­lə­ri halda, siz on­la­ra mehri­banlıq göstərib sirrini­zi açıb de­yir­siniz. Rəb­biniz olan Allaha iman gə­tir­diyiniz üçün onlar Peyğəmbəri və si­zi yur­du­nuzdan qovub çıxardırlar. Əgər siz Mə­nim yolumda və Mə­nim razılığı­mı qa­zanmaq uğrunda cihada çıxmısı­nızsa, onlara giz­lində mehri­ban­lıq gös­tərir­si­niz. Mən sizin gizli saxla­dığınızı da, aş­kar etdi­yi­nizi də bili­rəm. Sizlər­dən kim bunu etsə, doğru yol­­dan sap­mış olar.
2. Əgər onlar sizi ələ keçir­sələr, sizə düşmən kəsilər, əl­ləri və dil­ləri ilə sizə pislik edər və sizin kafir olmanızı istə­yər­lər.
4. İbrahim və onunla bir­lik­də olan­lar­da sizin üçün gözəl bir nü­munə var­. Onlar öz qövmünə dedilər: “Həqi­qətən, biz siz­dən və sizin Allahdan başqa tapın­dığınız şeylərdən uzağıq. Biz si­zi inkar edi­rik. Siz bir olan Allaha iman gəti­rin­cəyə qədər bizimlə si­zin ara­nız­da daim ədavət və nifrət ola­caq­!” Yal­nız İbra­hi­min öz atasına: “Mən sənin üçün müt­ləq bağışlanma diləyə­cə­yəm. Fə­qət Allahdan sənə gələn əza­bı dəf edə bilmərəm!”– de­məsi is­tis­na­dır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə tə­vəkkül edir və yal­nız Sənə üz tutu­ruq. Dönüş də yalnız Sə­nədir.
10. Ey iman gətirənlər! Mö­min qa­dın­lar hicrət edib sizin ya­nı­nı­za gəldik­ləri zaman on­ları imtahana çəkin. Allah on­ların ima­nı­nı daha yaxşı bilir. Əgər bun­ların mömin olduq­la­rını bilsəniz, on­la­rı kafirlərə qaytarmayın. Nə bunlar onla­ra halaldır, nə də onlar bun­la­ra halaldırlar. Kafirlərin bu qa­dınlara sərf etdiklə­ri mehri öz­lə­ri­nə qaytarın. Hə­min qadın­ların mehr­lərini özlərinə ver­di­yiniz hal­da onlarla evlən­mə­yi­nizdə sizə heç bir günah yox­dur. Kafir qadın­la­­rınızı kəbin altında saxlamayın, sərf etdiyi­niz mehri tələb edin. Qoy on­lar da mömin qadınlara sərf et­dik­ləri mehri sizdən tələb et­sin­­lər. Alla­hın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.
11. Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin ya­nı­na getsə və siz də kafir­lərlə vuruşub qalib gəl­səniz, ələ ke­çirdiyiniz qə­nimətdən zövcə­ləri çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətir­diyiniz Allahdan qor­xun!
12. Ey Peyğəmbər! Mömin qadın­lar Allaha heç bir şərik qoş­ma­ya­­caq­larına, oğurluq və zina etməyə­cək­lərinə, uşaq­la­rını öl­dür­mə­yə­­cəklərinə, əlləri ilə ayaq­ları arasından olanı ya­lanla ört-basdır et­məyə­cəklə­ri­nə (ər­lə­rindən olmayan uşaq­larını onlara isnad et­mə­yəcək­ləri­nə) və heç bir yaxşı işdə sə­nə qarşı çıx­mayacaq­la­rına dair sənə beyət etmək üçün ya­nına gəl­dikləri zaman onların beyə­ti­ni qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqi­qə­tən, Allah Bağış­­la­yandır, Rəhm­lidir.
تقدم القراءة