سورة إبراهيم

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində إبراهيم surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

6. O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. On­lar sizə ağır əzab­lar verir, oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə sağ bu­ra­xırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”.
7. O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram, yox əgər nankorluq etsə­niz, bilin ki, Mə­nim əzabım şid­dət­lidir”.
8. Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tə­ri­fə­layiqdir”.
9. Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad və Səmud tay­fa­la­rı­nın, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatma­dı­mı? Onlar haqqın­da Allah­dan başqa heç kəs bilmir. Elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qo­yub dedilər: “Biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri də­vət et­diyiniz tövhid barəsində şübhə doğu­ran şəkk içindəyik!”
10. Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”.
12. Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”.
13. Kafir olanlar öz elçilə­ri­nə dedi­lər: “Sizi ya öz torpa­ğı­mız­dan qovaca­ğıq, ya da müt­ləq dinimizə qayıdacaq­sı­nız!” Rəbbi də on­lara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək
14. və onlardan sonra sizi o yerdə sa­kin edəcəyik. Bu, hü­zu­rum­da dur­maqdan qor­xan­lar və təhdidimdən çə­kinən­lə­rə aiddir”.
15. Elçilər qələ­bə istədilər. Hər bir inad­­kar dikbaş da zi­yana uğ­ra­dı.
21. Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”.
22. İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.
23. İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları cən­nətlərə daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Sa­lam!” olacaq.
24. Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimidir.
29. Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yeri­dir.
30. Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Oda­dır”.
33. Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı si­zə ta­be etdi; ge­cə­ni və gün­dü­zü sizə ram etdi.
34. O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qə­tən, insan çox za­lım, çox nan­­kordur.
37. Ey Rəbbimiz! Mən nəs­limdən bə­zisini Sənin müha­fi­zə olu­nan Evinin yaxınlı­ğın­da, heç bir bitki olmayan bir vadi­də sakin et­dim. Ey Rəbbimiz! On­lar na­maz qılsın­lar deyə be­lə etdim. İn­san­la­rın bir qis­mi­nin qəlbini on­lara meylli et və on­lara növbənöv məh­sul­lar­dan ru­zi ver ki, bəlkə şükür etsinlər.
42. Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə on­ları cəza­landırmağı göz­lərin bə­rələ qala­cağı gü­nə saxlayır.
43. O gün onlar başlarını yu­xarı qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq və on­ların qəlbi də bomboş qala­caq – qor­xu­dan bütün başqa duyğu­lardan xali ola­caq­.
44. İnsanları onlara əzab gə­lə­cəyi günlə qorxut. O gün za­lımlar de­­yə­cək­lər: “Ey Rəbbi­miz! Bizə yaxın bir vaxta qə­dər möhlət ver ki, sənin dəvə­tini qə­bul edək və elçilərin ar­xasınca gedək”. Onlara deyi­lə­cəkdir: “Məgər əvvəllər siz dün­yadan köçməyəcəyiniz ba­rədə and iç­mə­mişdiniz?!
46. Zalımlar öz hiylələrini qu­rurdu­lar. Halbuki onların hiyləsi Alla­ha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tər­pənən de­yil­.
48. O gün yer başqa bir yer­lə, göylər də başqa göylərlə əvəz olu­nacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hü­zu­runda duracaqlar.
50. Onların paltarları qat­ran­dan ola­caq, üzlərini də alov bürü­yə­­­cək.
51. Allah hər kəsə qazandı­ğı­nın əvə­zini vermək üçün belə edə­cək­. Həqi­qə­tən, Allah tez haqq-hesab çəkəndir.
52. Bu Quran insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sa­hibləri düşünüb ibrət alsınlar.
تقدم القراءة