ترجمة سورة الفتح

الترجمة الأذرية
ترجمة معاني سورة الفتح باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Həqiqətən, Biz sənə ay­dın bir zəfər bəxş etdik ki,
2. Allah sənin əvvəlki və sonrakı gü­nahlarını bağışla­sın, sənə olan nemətini tamamla­sın, səni düz yola yönəltsin
3. və Allah sənə böyük bir qələbə ilə kömək etsin.
4. Möminlərin imanı üstünə iman ar­tırmaq üçün onların qəl­bi­nə rahatlıq gön­dərən Odur. Göylərin və yerin or­du­ları Alla­hındır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
5. Bu ona görədir ki, Allah mömin ki­şiləri və mömin qa­dınları için­də əbədi qalacaq­ları, ağacları altından çaylar axan cən­nətlərə daxil etsin və onların günahlarından keçsin. Bu, Allah ya­nın­da bö­yük müvəffəqiyyətdir.
6. Həm də ona görədir ki, Allah Özü barəsində pis fi­kir­də olan mü­na­fiq kişi və müna­fiq qadınlara, müşrik kişi və müşrik qa­dın­la­ra əzab versin. Onların pis niyyəti özlərini bə­laya salsın! Alla­hın on­lara qə­zəbi tutmuşdur. Allah on­ları lə­nətləmiş və onlar üçün Cə­hən­nəm hazırlamışdır. Ora nə pis dönüş yeri­dir.
7. Göylərin və yerin ordu­la­rı Alla­hındır. Allah Qüdrət­li­dir, Hikmət sahibidir.
8. Həqiqətən, Biz səni şa­hid, müjdəçi və xəbərdarlıq edən elçi ki­mi gön­dər­mişik.
9. Biz belə etdik ki, siz Alla­ha və Onun Elçisinə iman gətirə­si­niz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və ge­cə-gündüz Alla­hı tərifləyə­siniz.
10. Sənə beyət edənlər Alla­ha beyət etmiş olurlar. Allahın əli on­ların əl­lə­ri­nin üstündə­dir. Kim əhdini pozsa, an­caq öz əleyhinə poz­muş olar. Kim də Allahla bağladığı əhdinə sa­diq qalsa, Allah ona böyük mü­kafat verər.
11. Geri qalan bədəvilər sə­nə: “Var-dövlətimiz və ailələ­rimiz bi­zi döyüşə get­məkdən ya­yın­dırdı. Allahdan bizim üçün ba­ğışlanma di­lə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dil­ləri ilə deyir­lər. De: “Əgər Allah sizə bir zərər yetir­mək və ya bir xeyir vermək is­təsə, Onun edə­cəyi işin qarşısını kim ala bi­lər?” Xeyr, Allah sizin nə etdiyinizdən xə­bər­dardır.
12. Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələ­ri­nə qayıtmayacaqlar. Bu, şeytan tə­rə­findən qəlbi­niz­də bəzədil­miş­di. Siz pis fikrə düşüb məhvə məhkum adam­lar ol­dunuz.
13. Kim Allaha və Onun El­çisinə iman gətirməzsə, bilsin ki, Biz ka­firlər üçün od hazır­lamışıq.
14. Göylərin və yerin hökm­ranlığı Allaha məxsusdur. O, is­tə­di­yi­ni bağış­layır, istədiyinə də əzab verir. Allah Bağışla­yandır, Rəhm­li­dir.
15. Siz Xeybərə qənimətləri götür­mə­yə getdi­yiniz zaman Hüdeybiyyə sülhündən geri qa­lanlar: “Qo­yun biz də sizin arxanızca gələk!”– de­yə­cəklər. On­lar Allahın sözünü dəyiş­dirmək istəyirlər. De: “Siz heç vaxt bi­zim ar­xa­mızca gəl­məyəcəksiniz. Allah əvvəldən sizin üçün belə de­miş­dir”. On­lar: “Xeyr, siz bizə həsəd apa­rırsı­nız”– deyəcəklər. Ək­si­nə, onlar çox az anlayanlardır.
16. Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı dö­yüşməyə ça­ğırılacaqsı­nız. Siz ya onlarla döyüşə­cək­­si­niz, ya da on­lar müsəlman ola­caq­lar. Əgər itaət etsəniz, Allah si­zə gözəl bir mü­kafat verər. Yox, əgər daha əvvəl üz döndər­di­yiniz kimi üz dön­dər­səniz, O sizə ağrılı-acılı bir əzab verər”.
17. Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yox­dur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağac­ları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Kim də üz dön­dər­sə, ona ağ­rı­lı-acılı bir əzab verər.
18. Möminlər Hüdeybiyyədə ağac al­tın­da sənə beyət edər­kən Allah on­lar­dan razı qaldı. Allah onların qəlbində olanı bil­di, on­la­ra mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə müka­fatlan­dır­dı.
19. Üstəlik alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah Qüd­rətlidir, Hikmət sahibidir.
20. Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bun­ları si­zə tez­liklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, mö­minlərə bir ib­rət olsun və sizi doğru yola yö­nəltsin.
21. Ələ keçirə bilmədiyiniz baş­qa qənimətlər də var. Ar­tıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.
22. Əgər kafirlər sizinlə vu­ruşsalar, mütləq arxaya dönüb qa­çar­lar. Sonra da onlar özlə­ri­nə nə bir hima­yədar, nə də bir yar­dım­çı taparlar.
23. Allahın əzəldən müəy­yənləş­dir­di­yi qayda-qanun belədir. Sən Alla­hın qoyduğu qay­da-qanununda heç vaxt bir dəyişiklik ta­pa bil­məzsən.
24. Sizi onların üzərində qə­ləbə çal­mağa müvəffəq etdik­dən son­ra, Məkkə vadisində on­la­rın əlini sizdən, sizin də əlini­zi on­lar­dan çəkən Odur. Allah si­zin nə etdiklərinizi Görəndir.
25. O kafirlər, sizi Məs­ci­dul-Hə­rama buraxmayan və qur­banlıq hey­van­larını qurban­ga­ha gedib çatmağa qoy­mayan kimsələrdir. Əgər Məkkədə ta­nımadığı­nız mömin kişiləri və mömin qa­dın­ları bil­mədən tap­dalayıb əzmək və on­la­rın uc­batından günaha bat­maq təh­lü­kə­si ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istə­diyini Öz mərhəmətinə qovuş­dursun de­yə buna izin vermədi. Əgər onlar bir-birindən seçil­səydi­lər, Biz on­lardan ka­fir olanlara ağ­rılı-acılı bir əzab ve­rərdik.
26. Kafirlər öz qəlbində tə­kəbbür­lü­yə – cahillik lovğalı­ğı­na qa­pıl­dıqları za­man Allah Öz Elçisinə və möminlərə mə­nəvi rahatlıq na­zil etdi və on­la­ra təq­va sözünü vacib buyurdu. Onların buna da­ha çox haqqı var idi və ona layiq idi­lər. Allah hər şeyi bilir.
27. Allah Öz Elçisinin həqi­qət kimi gördüyü yuxusunu gerçəyə çe­virdi. Allah qoysa, siz əmin-amanlıqla, başla­rınızı qırxdırmış, bə­ziləriniz də saç­la­rı­nı qısaltmış halda və qorx­ma­dan Məs­ci­dul-Hə­ra­ma daxil olacaqsınız. Allah si­zin bilmə­diklərinizi bilir. O, bun­dan qa­baq – Məkkəyə girməz­dən əv­vəl sizə yaxın bir qələbə də bəxş edə­cək.
28. İslamı bütün dinlərdən üstün et­sin deyə Öz Elçisini hi­da­yət­lə və həqiqi dinlə gön­dərən Odur. Şahid olaraq Allah yetər.
29. Muhəmməd Allahın El­çi­sidir. Onunla birlikdə olanlar ka­fir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər. Sən onları rüku edən, səc­dəyə qa­pa­nan, Allahdan lütf və razılıq diləyən gö­rər­sən. Əla­mətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəs­fidir. İn­cildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cü­cərtisini üzə çı­xarıb onu qüv­vətləndirmiş, o da get­dik­cə qa­lın­laşıb gövdəsi üstün­də şax du­ra­raq əkinçiləri heyran et­mişdir. Allah mö­minlərin sa­yını artırır, özlərini də qüvvət­ləndirir ki, kafirləri qə­zəblən­dirsin. Allah onlardan iman gə­tirib yaxşı iş­lər gö­rən­lərə ba­­ğışlanma və böyük bir mü­kafat vəd etmiş­dir.
Icon