ترجمة سورة الأعراف

الترجمة الأذرية
ترجمة معاني سورة الأعراف باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Mim. Sad.
2. Bu, insanları qorxutmaq və mö­minlərə öyüd-nəsihət ver­mək üçün sə­nə nazil edilən Ki­tabdır. Ona görə qəl­bin heç narahat ol­ma­sın.
3. Rəbbinizdən sizə nazil edi­lənə ta­be olun. Onu qoyub baş­qa dostlara uy­mayın. Siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz.
4. Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya gü­nor­­ta çağı ya­tıb istirahət etdikləri vaxt gəl­di.
5. Əzabımız onları haqla­dı­ğı zaman onların çağırışları: “Həqi­qə­tən, biz za­lım olmu­şuq!”– de­məkdən başqa bir şey olmadı.
6. Biz, mütləq elçi göndəri­lən üm­mə­ti və göndərilmiş el­çiləri sor­ğu-suala tutacağıq.
7. Onlara etdikləri əməlləri ba­­rədə Öz elmimizlə bildirə­cəyik. Axı Biz qaib de­yildik.
8. O gün əməllərin tərəzidə çə­kilməsi bir həqiqətdir. Tərə­zi­ləri ağır gələnlər – məhz onlar nicat ta­panlardır.
9. Tərəziləri yüngül gələn­lər isə ayə­lərimizə qarşı haq­sızlıq et­diklərinə gö­rə özlərini ziyana uğradanlardır.
10. Biz sizi yer üzündə yer­ləşdirdik və orada sizin üçün do­la­nı­şıq vasitələri yaratdıq. Ne­cə də az şükür edirsiniz!
11. Sizi xəlq etdik, sonra si­zə surət verdik, sonra da mə­lək­lərə: “Adəmə səc­də edin!”– dedik. İb­lisdən başqa ha­mı­sı səc­də etdi. O, səcdə edənlər­dən ol­madı.
12. Allah dedi: “Mən sənə əmr etdik­də sənə səcdə etməyə nə ma­ne oldu?” İblis dedi: “Mən on­dan daha üstünəm. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan!”
13. Allah buyurdu: “Oradan aşa­ğı en! Orada təkəbbür­lük gös­tər­mək sənə ya­ramaz. Çıx get, çünki sən alçaldılmış­lar­dan­san”.
14. İblis dedi: “Onların diril­diləcəyi günə qədər mənə möh­lət ver”.
15. Allah dedi: “Şübhəsiz ki, sən möh­lət verilənlərdənsən”.
16. İblis dedi: “Sən məni yol­dan çı­xart­dığına görə mən də Sə­nin düz yo­lu­nun üstündə oturub insanları tov­la­ya­ca­ğam.
17. Sonra onların yanına ön­lə­rindən və arxalarından, sağ­la­rın­dan və sol­la­rın­dan gələcə­yəm və Sən onların ək­sə­riy­yə­ti­ni şükür edən görməyə­cək­sən”.
18. Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! On­lardan hər kəs sənin ar­dın­ca getsə, əlbəttə, Cə­hən­nəmi si­zin ha­mınızla doldu­raca­ğam.
19. Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bə­yən­diyiniz yer­lər­də yeyin, an­caq bu ağaca yaxın­laş­ma­yın! Yox­sa öz­lə­ri­nə zülm edənlər­dən olar­­sı­nız”.
20. Şeytan onların bir-birin­dən gizli qalan ayıb yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara pıçıldayıb dedi: “Rəbbi­niz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbə­di qalan­lar­dan olmayasınız”.
21. Üstəlik onlara: “Şübhə­siz ki, mən sizin nəsihətçi­ləri­niz­də­nəm”– deyə and içdi.
22. Beləliklə, şeytan onları tov­layaraq Cənnətdən aşağı en­dirdi. Hər ikisi ağac­dan dad­dıq­da ayıb yerləri özlərinə gö­ründü və on­lar Cənnət ağac­la­rının yarpaq­ların­dan ayıb yer­lərinin üstünə ört­mə­yə baş­la­dılar. Rəbbi onlara be­lə mü­ra­ciət etdi: “Mən sizə o ağacı qa­­da­ğan etmədimmi və şey­tan si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?”
23. Hər ikisi: “Ey Rəbbi­miz! Biz özü­müzə zülm etdik. Əgər bizi ba­ğış­la­ma­san və bizə rəhm etməsən, əlbəttə, zi­yana uğ­ra­yan­lar­dan olarıq”– dedilər.
24. Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək yerə enin! Yer­də si­zin üçün mü­əyyən vaxta qədər qə­rar tutacağınız məs­kən və fay­da­lanmaq üçün isti­fadə edəcə­yiniz şeylər vardır”.
25. Allah dedi: “Siz orada ya­şayacaq, orada öləcək və ora­dan çı­xa­rıla­caq­sı­nız”.
26. Ey Adəm oğulları! Sizə ayıb yer­lə­rinizi örtəcək libas və bə­zək-düzək nazil etdik. Təq­va libası isə daha xeyir­li­dir. Bu, Allahın dəlillərindən­dir. Bəl­kə düşünüb onlardan ibrət alası­nız.
27. Ey Adəm oğulları! Şey­tan, əc­da­dı­nızın ayıb yerlərini özlə­ri­nə gös­tər­mək məqsədilə aldada­raq libaslarını so­yundu­rub Cən­nət­dən çıxartdığı kimi, sizi də al­datmasın. Şübhəsiz ki, o və onun nəs­li sizləri sizin on­ları görə bil­mədiyiniz yerlər­dən görürlər. Hə­qi­­qə­tən, Biz, şeytanları iman gətirməyən­lə­rin dostları etdik.
28. Onlar yaramaz əməl et­dik­ləri za­man: “Atalarımızı be­lə gör­dük. Allah da bizə bunu əmr et­mişdir”– deyir­lər. De: “Allah ya­ra­maz əməlləri əmr et­məz. Yoxsa Allaha qarşı bil­mədiyinizi danı­şır­sı­nız?”
29. De: “Rəbbim ədalətli ol­mağı əmr etdi. Hər səcdə etdi­yiniz yer­də üzü­nü­zü Ona tu­tun və Allaha dini məhz Ona məxsus edə­rək dua edin. Sizi ilk dəfə yaratdığı kimi dirilə­cəksiniz”.
30. Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, di­gər­lə­rinə isə haqq yoldan az­maq layiq görüldü. Çünki on­lar Alla­hı qo­yub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğ­ru yol­dadırlar.
31. Ey Adəm oğulları! Məs­cid­lərə ge­dər­kən gözəl geyim­lə­rinizi ge­yin. Yeyin-için, lakin is­raf et­mə­yin. Şübhəsiz ki, Allah israf edən­ləri sevmir.
32. De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və tə­miz ru­ziləri kim haram et­miş­dir?” De: “Bunlar dünya həya­tında ha­mı­ya, Qiyamət günü isə yalnız mömin­lərə məxsus­dur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik.
33. De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməl­ləri, hər cür günahı, haq­sız­casına zülm etməyi, Alla­hın, haq­qın­da heç bir dəlil nazil et­mə­diyi bir şeyi Ona şərik qoş­mağınızı və bilmədiyiniz şey­ləri Allahın əley­hinə söylə­mə­yinizi haram bu­yur­muşdur”.
34. Hər ümmətin bir əcəli var­dır. On­ların əcəli gəldiyi za­man bir­cə saat belə nə yuba­nar, nə də qabağa keçə bi­lərlər.
35. Ey Adəm oğulları! Sizə aranız­dan elçilər gəlib ayələ­ri­mi bə­yan edər­kən Məndən qor­xub öz əməllərini islah edən şəxs­lə­rin heç bir qorxusu yox­dur və onlar kədərlənməyə­cəklər.
36. Ayələrimizi yalan sayıb on­lara tə­kəbbürlüklə yanaşan­lar isə Od sakin­lə­ridirlər. On­lar orada əbədi qalacaqlar.
37. Allaha qarşı yalan uy­du­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Yaz­ıda olan qis­mət­lə­ri onlara nə­sib ola­caq­dır. Nəhayət, elçilə­ri­­miz onla­rın canını al­maq üçün yan­la­rı­na gəldikdə: “Allah­­dan savayı çağırdıqlarınız ha­rada­dır?”– de­yəcək­lər. Onlar: “Bizi qoyub qaçıb­lar!”– deyəcək və ka­fir ol­duqlarına dair öz əleyh­ləri­nə şahidlik edəcəklər.
38. Allah deyəcək: “Sizdən əvvəl gə­lib-getmiş günahkar cin və in­san tay­fa­la­rı ilə bir­likdə Oda girin!” Hər bir tay­fa Oda gir­dikcə di­gərini lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada top­lan­dığı zaman sonra­kılar əv­vəlkilər barə­sində deyə­cəklər: “Ey Rəbbimiz! Bun­lar­­dır bizi azdıran! Elə isə Odda bun­la­ra iki­qat əzab ver!” Allah deyə­cək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bil­mirsiniz!”
39. Əvvəlkilər sonrakılara de­­yə­cək­lər: “Sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Elə isə qazandıq­ları­nıza görə da­dın əzabı!”
40. Şübhəsiz ki, ayələrimizi yalan sa­yanlara və onlara tə­kəb­bür­lüklə ya­na­şanlara gö­yün qapı­ları açılmayacaq və dəvə iynənin gözün­dən keçməyincə on­lar Cən­nətə girməyəcəklər. Biz günah­kar­ları belə cəzalan­dırırıq.
41. Onların Cəhənnəm odun­­dan yata­ğı və yorğanları ola­caq­dır. Biz zalımları belə cəza­lan­dı­rırıq.
42. İman gətirib yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüv­vəsi çat­dı­ğı qədər yükləyirik.
43. Biz onların kökslərin­də­ki kin-kü­durəti çıxaracağıq. On­ların ayaqları al­tından çay­lar axacaq. Onlar deyəcəklər: “Bi­zi buna qo­vuş­duran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etmə­səydi, biz özü­müz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbi­mizin el­çi­ləri haq­qı gətirmişdi­lər”. Onlara belə xitab ediləcək­dir: “Əməl­lə­ri­niz sayəsində va­ris oldu­ğu­nuz Cən­nət budur!”
44. Cənnət əhli Od sakin­lə­rini səs­lə­yib deyəcəklər: “Biz Rəb­bi­mi­zin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəb­bi­ni­zin sizə vəd etdiyinin doğru olduğunu gördünüz­mü?” Onlar: “Bə­li!”– deyə­cəklər. Bu zaman onların ara­sında bir car­çı səs­ləyib de­yə­cəkdir: “Alla­hın lə­nəti olsun zalımlara!
45. O kəslərə ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və axi­rəti inkar edirdilər”.
46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi si­masından ta­nıyan insan­lar ola­caqdır ki, onlar Cən­nət əhlini səs­lə­yib: “Sizə salam ol­sun!” deyə­cəklər. Halbuki öz­ləri çox is­tə­dik­lə­ri halda hələ Cənnətə gir­məyə­cəklər.
47. Onların gözləri Od sa­kinlərinə tərəf çevrildikdə isə deyə­cək­lər: “Ey Rəbbimiz, bizi zalım­lara tay tutma!”
48. Sədd əhli əlamət­lərin­dən ta­nı­dıq­la­rı adamları səsləyib de­yə­cək­lər: “Sizə nə yığdıqla­rı­nız, nə də təkəbbür­lük gös­tər­məyiniz fayda vermədi”.
49. “Allah onlara mərhəmət nəsib et­məyəcək”– deyə ba­rə­sin­də and içdi­yiniz kəslər bun­lar­dırmı?” Sədd əhlinə deyi­lə­cək­dir: “Cən­nə­tə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlən­məyəcək­si­niz”.
50. Od sakinləri Cənnət əh­lini səs­lə­yib deyəcəklər: “Bi­zim üs­tü­müzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafir­lərə haram etmişdir”.
51. O kəslərə ki, dinlərini əy­­lən­cə və oyun etmişdilər və dünya hə­yatı onları aldat­mış­dı. Onlar bu günləri ilə qarşı­laş­mağı unut­duq­ları və ayə­lə­ri­mizi in­kar etdikləri kimi, Biz də onları bu gün unu­darıq.
52. Biz onlara biliyimizlə izah etdi­yi­miz, iman gətirən qövm üçün hidayət və mərhə­mət olan bir Kitab göndərdik.
53. Yoxsa kafirlər yalnız Qu­randa veri­lən xəbər­lərin aqi­bəti­ni göz­lə­yir­lər? Onun aqibəti gəl­diyi gün əv­vəl­lər onu unu­dan kəslər de­yə­­cəklər: “Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri haqqı gətir­miş­dilər. İndi bizim tərəfimizi sax­layan şəfaət­çilər varmı? Yaxud geri qay­ta­rı­la­ca­ğıqmı ki, əvvəl­lər etdi­yimiz əməl­­lərdən qeyrisini edək?” On­lar özlərini ziyana uğratdı­lar. Uy­dur­duq­ları bütlər isə onlardan uzaq­la­şıb qeyb olacaqlar.
54. Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yara­dan, son­ra da Ərşə ucalan Allah­dır. O, gündüzü sür­ətlə təqib edən ge­cə ilə örtüb bü­rüyür. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edən də Odur. Əs­lində, ya­ratmaq da, əmr et­mək də Ona məx­sus­dur. Aləm­lərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.
55. Rəbbinizə acizanə, həm də giz­li­cə dua edin! Şübhəsiz ki, O, həddi aşan­ları sevmir.
56. Yer üzü islah olunduq­dan sonra, orada fəsad törət­mə­yin. Alla­ha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mər­həməti yaxşılıq edənlərə yaxındır.
57. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müj­dəçi ola­raq göndərən Odur. Nə­ha­yət, o küləklər ağır bulud­ları daşıyar­kən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur en­di­­rir və bu­nun vasi­təsi ilə hər cür meyvə yetişdi­ri­rik. Biz ölüləri də belə diril­də­cə­yik. Bəlkə, düşünüb ibrət alasınız.
58. Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar çox çətinliklə yetişər. Biz ayələri şü­kür edən bir qövmə beləcə izah edirik.
59. Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Ey qöv­müm! Alla­ha iba­dət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Mən si­zə üz verəcək Bö­yük gü­nün əzabın­dan qor­xuram”.
60. Xalqının zadəganları de­di­lər: “Hə­qiqətən də, biz səni açıq-ay­dın azğınlıq için­də gö­rürük!”
61. O dedi: “Ey qövmüm! Mən heç də azmamışam. La­kin mən aləmlərin Rəb­bi tə­rə­fin­dən gön­dərilmiş bir elçi­yəm.
62. Mən Rəbbimin mənə vəhy et­diklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayə­sində sizin bil­mə­dik­lərinizi bili­rəm.
63. Allahdan qorxub bəlkə mər­həmə­tə nail olasınız deyə, sizi qor­xutmaq üçün öz ara­nızdan olan bir kişinin va­si­təsi ilə Rəb­bi­ni­zin sizə öyüd-nə­si­hət vermə­sinə heyrətmi edir­siniz?”
64. Kafirlər onu yalançı he­sab etdilər. Biz onu və onunla birlik­də gəmidə olan­ları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adam­lar idilər.
65. Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Allaha ibadət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Yoxsa qorxmursu­nuz?”
66. Qövmünün kafir zadə­gan­ları de­dilər: “Biz səni səfeh sayı­rıq və həqi­qə­tən də, səni yalançı­lardan hesab edi­rik!”
67. O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. La­kin mən aləmlərin Rəbbi tərə­findən göndərilmiş bir elçi­yəm.
68. Mən Rəbbimin vəhy et­diyi hökm­lərini sizə təbliğ edi­rəm. Mən sizin eti­barlı nəsi­hət­çinizəm.
69. Yoxsa sizi qorxutmaq üçün öz ara­nızdan olan bir ki­şi­nin va­si­təsi ilə Rəb­binizin si­zə öyüd-nəsihət vermə­si­nə hey­­rətmi edir­si­niz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xə­ləf­lər tə­yin etdi və sizi xilqətcə daha qüv­vətli etdi. Allahın nemətlərini xa­tır­la­yın ki, bəlkə nicat tapa­sınız”.
70. Onlar dedilər: “Yanı­mı­za gəlmi­sən ki, atalarımızın iba­dət et­diklərini buraxıb tək Alla­ha iba­dət edək? Əgər doğru da­nı­şan­lar­dansansa, bizə vəd et­diyin əzabı gətir”.
71. Hud dedi: “Artıq Rəbbi­nizdən si­zə əzab və qəzəb ye­tişdi. Siz özünüzün və ataları­nızın uydurduqları adlar ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onlar barəsində heç bir də­lil nazil et­məmişdir. Gözlə­yin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm”.
72. Biz onu və onunla bir­lik­də olan­la­­rı Öz mərhəməti­miz­lə xi­las etdik. Ayə­lərimizi ya­lan hesab edənlərin isə kö­kü­nü kəsdik. On­lar iman gə­tirən de­yildi­lər.
73. Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa mə­budunuz yox­dur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qaya­dan çı­xart­dığı bu dişi dəvəsi sizin üçün bir mö­cüzədir. Onu buraxın Alla­hın tor­pa­ğında otlasın. Ona bir pis­lik et­məyin, yoxsa sizi ağ­rı­lı-acılı bir əzab yaxalayar.
74. Xatırlayın ki, Allah sizi Ad qöv­mün­dən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzən­lik­lə­rin­də qəsr­lər tikir, dağ­larda evlər yonur­su­nuz. Alla­hın nemətlərini ya­da salın, yer üzün­də fəsad ya­ya­raq pis işlər gör­məyin”.
75. Onun qövmünün təkəb­bür­lü za­də­ganları öz araların­dan iman gətirən zəiflərə de­dilər: “Siz Sale­hin öz Rəbbi tə­rəfindən gön­dəril­diyini bilir­si­nizmi?” Onlar dedi­lər: “Həqi­qətən, biz onun­la gön­­dərilən­ hər şeyə inanırıq”.
76. Təkəbbür göstərən baş­çı­lar de­di­lər: “Həqiqətən, biz si­zin inan­dığı­nızı inkar edirik”.
77. Onlar dişi dəvənin diz və­tə­rini kəs­dilər və beləlik­lə də Rəb­bi­nin əm­rin­dən çıxıb: “Ey Saleh! Əgər sən göndə­ri­lən el­çilərdən­sən­sə, bizə vəd etdiyin əza­bı gətir”– dedilər.
78. Onları dəhşətli bir sar­sıntı yaxa­ladı və onlar öz evlə­rində üzüqoylu düşüb qaldı­lar.
79. Saleh onlardan üz çe­vi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­min mənə vəhy etdiyi hök­münü sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. La­kin siz nə­sihət verənləri sev­mirsiniz”.
80. Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə de­miş­di: “Siz­dən əvvəl aləmlər­dən heç kə­sin etmədiyi iyrənc əmə­li sizmi edə­cəksiniz?
81. Siz, qadınları qoyub şəhvətlə ki­şi­lərə yaxınlaşırsınız. Hə­qiqə­tən, siz, həddi aş­mış adam­larsınız”.
82. Onun qövmünün ca­va­bı: “Onları yurdunuzdan çıxa­rın. Axı on­lar tə­miz­liyə can atan adam­lardır”– deməkdən baş­qa bir şey ol­ma­mışdı.
83. Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. O, ge­ri­də qalan­lardan ol­du.
84. Biz onun qövmünün üstünə daş­lar­­dan ya­ğış yağdırdıq. Bir gör gü­nah­kar­ların aqi­bəti necə oldu.
85. Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa məbudunuz yox­dur. Rəbbi­niz­dən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əş­ya­la­rını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu, sizin üçün daha xeyir­lidir.
86. Hər yolun başında otu­rub Allaha iman gətirənləri hə­də­lə­yib Onun yo­lun­dan sap­dır­mayın və onu əyri göstər­mə­yə çalış­ma­yın. Xatırlayın ki, siz az idi­niz, O sizi çoxaltdı. Bir görün fəsad tö­rə­dən­lərin aqi­bəti necə oldu.
87. Əgər aranızdan olan bir dəs­tə­niz mə­nim­lə göndərilənə inan­­mış, bir dəstə­niz isə inanma­mışsa, Allah aramızda hökm verə­nə­dək sə­bir edin. Axı O, ha­kim­lərin ən yaxşı­sıdır”.
88. Onun qövmünün təkəb­bür­lü za­də­ganları dedilər: “Ey Şu­eyb! Ya biz hök­mən səni də, səninlə birlikdə iman gə­tirən­lə­­ri də yur­dumuzdan çıxara­caq, ya da siz bizim dinimizə dönə­cək­si­niz”. Şu­eyb dedi: “Hətta nifrət etmiş olsaq belə?
89. Allah bizi sizin dini­niz­dən xilas et­dikdən sonra biz ye­nə də ona qayıtsaq, Allaha qar­şı yalan uydurmuş olarıq. Rəb­bi­miz Allah is­təməyincə bizim ona dönməyi­miz olacaq bir şey deyildir. Rəb­­bi­miz elmi ilə hər şeyi əhatə et­miş­dir. Biz Allaha təvəkkül etmi­şik. Ey Rəb­bi­miz! Bizimlə qövmümüz arasında əda­lətlə hökm ver. Axı Sən hökm ve­rən­lərin ən yax­şı­sısan.”
90. Onun qövmünün kafir za­­dəganları dedilər: “Əgər Şu­ey­bin ar­dınca get­sə­niz, siz müt­ləq zi­yana uğrayanlardan olar­sı­nız”.
91. Onları dəhşətli bir sar­sın­tı yaxa­ladı və onlar öz ev­lə­rin­də üzü­qoylu düşüb qaldılar.
92. Şueybi yalançı sayanlar, san­ki ora­da yaşamamışdılar. Şu­ey­bi yalançı sa­yanların özləri ziyana uğrayanlardan oldular.
93. Şueyb onlardan üz çevi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­­min mənə vəhy etdiyi hökm­lərini sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. Ka­fir tay­fadan ötrü mən necə heyi­fsi­lə­nə bilə­rəm?”
94. Biz hansı bir ölkəyə pey­­ğəmbər göndərdiksə, onun əha­li­sini sı­xın­tıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyə­lər.
95. Sonra pisliyi yaxşılıqla əvəz et­dik. Nəhayət onlar fira­vanlıq içində ya­şayarkən: “Ata­larımıza da belə qıtlıq və bol­luq üz ver­miş­di”– dedilər. Biz də on­ları heç özləri də hiss et­mədən qəf­lə­tən ya­xaladıq.
96. Əgər o ölkələrin əhalisi iman gə­tirib Allahdan qorxsay­dı, əl­bət­tə, Biz on­ların üstünə göy­dən və yerdən bə­rə­kət qa­pı­­larını açar­dıq. Lakin onlar pey­ğəm­bər­ləri yalançı hesab et­di­lər. Biz də on­ları qa­zandıq­ları gü­nahlara görə əzab­la yaxa­ladıq.
97. Məgər o ölkələrin əha­li­si əza­bı­mı­zın onlara gecə vaxtı, on­lar yatar­kən gəl­məyəcə­yin­dən əmin idilərmi?
98. Ya da o ölkələrin əhalisi əza­bı­mı­zın onlara səhər-səhər, on­lar əylənər­kən gəlməyəcə­yin­dən əmin idilərmi?
99. Yaxud onlar Allahın hiy­­lə­sindən ehtiyat etmirdilərmi? Alla­hın hiy­lə­sin­dən yalnız zi­yana uğ­rayanlar ehtiyat et­məz­lər.
100. Məgər yer üzünün keç­miş sakin­lərindən sonra ona va­ris olan­lara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da gü­nah­la­rı üzündən müsibətə dü­çar edər, qəlblərinə möhür vurar­dıq və on­lar da eşitməz­dilər?
101. Bu, o ölkələrdir ki, on­ların əh­valatlarından bəzisini sənə söy­ləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gə­tir­dilər. Onlar isə da­ha öncə yalan he­sab et­diklərinə görə iman gə­tir­mədilər. Allah ka­firlə­rin qəlb­lərini beləcə möhürləyir.
102. Onların əksəriyyətini və­­də xi­laf çıxan gördük. On­ların ço­xu­­nu gü­nahkar gördük.
103. Onlardan sonra Musa­nı möcü­zələrimizlə Firon və onun əyan­larına elçi göndər­dik. On­lar isə bunu inkar et­di­lər. Bir gör fə­sad törədənlərin aqibəti necə oldu.
104. Musa dedi: “Ey Firon! Həqi­qə­tən, mən aləmlərin Rəb­bi tə­rə­findən göndərilmiş bir el­çi­yəm.
105. Mənim borcumdur ki, Allah ba­rəsində yalnız həqi­qə­ti de­yim. Mən Rəb­binizdən si­zə açıq-aydın dəlillər gə­tir­mi­şəm. Elə isə İs­rail oğullarını mə­­nim­lə göndər”.
106. Firon dedi: “Əgər mö­cü­zə gətir­misənsə və doğru da­nışan­lar­dansansa, onu göstər!”
107. Musa əsasını yerə atdı və o, dər­hal açıq-aşkar bir ilan oldu.
108. Əlini qoynundan çı­xart­dı və o, ba­xanlar üçün ağap­paq par­laq bir əl oldu.
109. Firon qövmünün əyan­ları dedi­lər: “Həqiqətən, bu, bilikli bir sehr­baz­dır.
110. O sizi yurdunuzdan çı­xartmaq istəyir. Elə isə təkli­finiz nə­dir?”
111. Onlar dedilər: “Onu və qar­da­şı­nı gözlət və şəhərlərə sehr­baz­ları top­la­yan adamlar göndər ki,
112. bilikli sehrbazların ha­mı­­sını sənin yanına gətir­sin­lər”.
113. Sehrbazlar Fironun ya­nına gəlib dedilər: “Əgər qalib gəl­sək, doğru­dan­mı bizim üçün mükafat olacaq?”
114. Firon dedi: “Bəli, siz mə­nə yaxın adamlardan olacaq­­sı­nız”.
115. Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əsanı birinci at, ya da biz əli­miz­də­ki­ləri ataq!”
116. Musa dedi: “Siz əvvəl atın!” On­lar əllərindəkiləri at­dıq­da, in­san­ların göz­lərini sehr­ləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.
117. Biz Musaya: “Əsanı ye­rə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çev­rilib onların düzəlt­dikləri şeyləri uddu.
118. Artıq haqq üzə çıxdı, on­ların et­dikləri isə batil oldu.
119. Sehrbazlar orada məğ­lub oldular və rüsvay olaraq geri dön­dülər.
120. Sehrbazlar səcdəyə qa­pan­dılar.
121. Onlar dedilər: “Aləm­lərin Rəb­binə iman gətirdik –
122. Musa və Harunun Rəb­binə!”
123. Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gətir­di­niz? Şübhəsiz ki, bu, şə­hərdə qur­du­ğu­nuz bir hiy­lədir ki, əhalisini oradan çı­xa­rasınız. Tez­liklə biləcəksi­niz.
124. Əllərinizi və ayaqla­rı­nızı çarpaz kəsəcək, sonra da ha­mı­nı­zı çarmıxa çə­kəcəyəm”.
125. Onlar dedilər: “Şübhə­siz ki, biz Rəbbimizə qayıda­cağıq.
126. Sən sadəcə, Rəb­bimi­zin möcü­zələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə biz­dən intiqam alırsan. Ey Rəb­bimiz! Bi­zə çoxlu səbir ver və bi­zi mü­səlman olaraq öldür”.
127. Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qöv­mü­nü bu­ra­xırsan ki, yer üzün­də fəsad törətsinlər, həm səni, həm də sənin məbud­la­rı­nı bir kənara atsınlar”. Firon de­di: “Biz hök­mən onların oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa ma­lik olan bizik”.
128. Musa öz qövmünə de­di: “Allah­dan kömək diləyin və səbir edin. Şüb­həsiz ki, yer üzü Alla­hındır. O, qul­la­rından is­tə­­diyini yer üzünün varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”.
129. Onlar dedilər: “Sən bi­zə pey­ğəm­bər gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da bizə əziyyət verildi”. Musa de­di: “Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­nizi məhv edib sizi yer üzünün varis­ləri tə­yin etsin, sonra da necə hə­rəkət edə­cə­yi­ni­zə baxsın”.
130. Biz Firon xalqını qu­raq­lıq illəri­nə və məhsul qıt­lığına mə­ruz qoyduq ki, bəlkə dü­şü­nüb ibrət alsınlar.
131. Onlara bir yaxşılıq üz ve­rəndə: “Bu, bizə məxsus­dur!”– de­yərdilər. On­lara bir pislik üz verdikdə isə, Musa və onunla bir­likdə olanları uğur­suzluq əla­məti sayardılar. Əs­lində onla­rın uğur­suzluğu Allah yanın­dadır, la­kin onla­rın çoxu bunu bilmir.
132. Kafirlər dedilər: “Sən bi­zi sehr­lə­mək üçün nə qədər mö­cü­zə gətirsən də, biz sənə inanan de­yilik!”
133. Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tu­fan, çə­yirt­kələr, bit­lər, qurba­ğalar və qan göndərdik. On­lar isə təkəb­bür­lük göstərdilər və gü­nahkar bir tayfa oldular.
134. Əzab onları bürü­dük­də dedilər: “Ey Musa! Bizim üçün Rəb­binə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı biz­dən so­vuşdur­san, biz hökmən sənə iman gəti­rəcək və İsrail oğul­larını müt­ləq sə­ninlə birlikdə göndərəcəyik”.
135. Biz çatacaqları müəy­yən vaxta qədər əzabı onlardan so­vuş­durduqda isə, dərhal əhdi poz­dular.
136. Ayələrimizi inkar edib onlar­dan qafil olduqlarına gö­rə Biz o tay­fa­dan in­tiqam alaraq onları dənizdə qərq et­dik.
137. Musa ilə olan zəif qöv­mü isə yer üzünün xeyir-bə­rə­kət ver­di­yimiz şərq və qərb böl­gələrinə varislər təyin etdik. Sə­bir et­dik­lə­ri­nə görə Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki gözəl Sözü ye­rinə yet­di. Biz Firon və onun xal­qı­nın qur­duqlarını və tikib ucaltdıq­la­rı­nı darma­da­ğın etdik.
138. Biz İsrail oğullarını də­nizdən ke­­çirtdik və onlar öz büt­lə­ri­nə tapınan bir qövmə rast gəl­dilər. Onlar dedilər: “Ey Musa! On­la­rın məbudları ol­duğu ki­mi, bi­zim üçün də bir məbud düzəlt”. Mu­­sa de­di: “Hə­qi­qətən, siz cahil bir tayfasınız.
139. Şübhəsiz ki, bunların eti­qad et­dikləri əqidə məhvə məh­kum­dur, gör­dükləri işlər isə ba­tildir”.
140. Mu­sa dedi: “Allah sizi aləm­lərdən üs­tün etdiyi bir halda, mən si­zin üçün Allah­dan baş­qa məbudmu axtaraca­ğam?”
141. Bir zaman Biz sizi Fi­ro­nun tə­rəfdar­larından xilas et­dik. On­lar sizə ağır əzablar ve­rir, oğ­lan uşaq­larınızı öl­dü­rür, qadınla­rı­nı­zı isə sağ bura­xır­dı­lar. Bunda sizin üçün Rəb­biniz tərə­fin­dən bö­yük bir sınaq var idi.
142. Biz Musaya otuz gecə­lik vədə ver­dik və buna on ge­cə də əla­və etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Mu­sa qardaşı Ha­runa dedi: “Xalqımın içə­ri­sin­də məni əvəz et, on­la­rı islah et və fəsad törədən­lərin yoluna uyma!”
143. Musa təyin etdiyimiz vaxtda gəl­dikdə Rəbbi onunla da­nış­dı. Musa dedi: “Ey Rəb­bim! Özünü mənə göstər, Sənə baxım”. Allah de­di: “Sən məni gö­rə bilməz­sən. Lakin bu dağa bax. Əgər o, öz ye­rin­də qala bilsə, sən də Məni gö­rəcəksən”. Rəb­bi dağa görün­dük­də onu par­ça-parça etdi. Musa da bayı­la­raq yerə səril­di. Özünə gəl­dik­də isə dedi: “Sən pak və mü­qəd­dəs­sən! Sənə tövbə etdim və mən iman gətirənlərin bi­rin­ci­si­yəm!”
144. Allah dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlə­rim­lə və sə­ninlə da­nış­mağımla sə­ni se­çib insanlardan üstün et­dim. Elə isə sə­nə verdiyimi gö­tür və şükür edənlərdən ol!”
145. Biz onun üçün lövhə­lərdə hər şeydən öyüd-nəsihət və hər şeyin təf­si­latını yazdıq və dedik: “Bunları möhkəm tut və xalqına da onun ən yax­şı­sın­dan tutmağı əmr et! Mən sizə fasiq­lərin yur­dunu göstə­rəcəyəm.
146. Haqsız olaraq yer üzün­də tə­kəb­bürlük göstərənləri ayə­lə­rim­dən uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də on­lara inanmazlar. Onlar doğ­ru yolu görsələr, ora yö­nəl­məz, az­ğın­lıq yolunu görsələr, onu özlərinə yol se­çər­lər. Bu ona görədir ki, onlar ayə­lə­ri­mi­zi in­kar edir və onlara məhəl qoy­mur­du­lar”.
147. Ayələrimizi və axirətə qo­vuş­ma­ğı yalan sayanların əməl­lə­ri puç ol­du. Məgər on­lar yalnız et­dikləri bu əməllərə görə cəzalan­dı­rıl­mayacaq­lar­mı?
148. Musanın ardınca qöv­mü öz zinət əşyalarından bö­yü­rən bir buzov hey­kə­li dü­zəltdi. Məgər bu heykəlin on­larla da­nışmadı­ğı­nı, onlara düz yol gös­tər­mə­di­yini görmür­dü­lərmi? Buna bax­ma­ya­raq ona mə­bud kimi sitayiş edib zalım­lar­dan ol­dular.
149. Onların əlləri yanlarına düş­dük­də (tutduqları işə görə peş­man olduq­da) və haqq yol­dan azdıqlarını gördükdə: “Əgər Rəb­bi­miz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziya­na uğra­yan­lar­dan olarıq”– de­dilər.
150. Musa qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dıq­da dedi: “Mən­dən son­ra necə də yaramaz işlər gör­mü­sünüz! Rəb­binizin əmrini qa­baq­lamaq is­tədiniz?” Musa löv­hə­ləri tulladı və qardaşının ba­şın­dan yapışıb özünə tə­rəf çəkdi. Qardaşı dedi: “Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldü­rə­cəkdi. Məni rüsvay et­məklə düşmən­ləri sevindirmə. Məni za­lım­lara tay tut­ma”.
151. Musa dedi: “Ey Rəb­bim! Məni və qardaşımı ba­ğış­la, bizi Öz mərhəmətinə qo­vuşdur. Sən rəhm edənlərin ən rəhm­li­sisən!”
152. Həqiqətən, buzova si­ta­yiş edən­lə­rə öz Rəbbindən bir qə­zəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxan­ları be­lə cəzalandırırıq.
153. Yaramaz işlər görüb sonra bu­nun ardından tövbə edib iman gəti­rən­lərə gəlincə, şübhəsiz ki, Rəbbin bun­dan sonra Bağış­la­­yan­dır, Rəhmli­dir.
154. Musanın qəzəbi sakit­lə­şdikdə löv­hələri götürdü. Ora­dakı yazılarda Rəbbindən qorxan­lar üçün hidayət və mər­həmət var idi.
155. Musa Bizim təyin et­di­yi­miz vaxt üçün tayfasından yetmiş ki­şi seçdi. On­ları zəl­zə­lə yaxala­dıqda o dedi: “Ey Rəb­bim! Əgər is­tə­səydin, bun­dan əvvəl on­ları da, məni də məhv edərdin. Özü­müz­dən olan sə­fehlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Bu, yalnız Sə­nin sınağındır. Sən onunla istədiyini az­ğınlığa aparır, is­tə­­diyini də doğru yola yö­nəl­dir­sən. Sən bizim Himayə­çi­mizsən! Bi­zi bağışla və bizə rəhm et! Axı Sən ba­ğış­la­yanla­rın ən yax­şısı­san.
156. Bizim üçün bu dün­ya­da da yax­şı­lıq yaz, axirətdə də. Həqi­qə­tən, biz, Sənə üz tut­duq!” Allah dedi: “İstədi­yi­mi əza­bı­ma düçar edi­rəm. Mərhə­mə­tim isə hər şeyi əhatə edir. Mən onu Allah­dan qor­xan, zə­kat verən və ayələrimizə iman gətirənlər üçün yaza­ca­ğam.
157. O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır”.
158. De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Alla­hın elçi­si­yəm. Göy­lərin və yerin hökmranlığı Ona məxsus­dur, Ondan başqa iba­də­tə layiq olan məbud yoxdur. O həm diril­dir, həm də öl­dü­rür. Elə isə Allaha və Onun El­çisinə – yazıb-oxu­maq bil­mə­yən, həm də Allaha və Onun kəlmələri­nə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yö­nə­lə­si­niz”.
159. Musanın qövmündən elə bir ca­maat var ki, haqq ilə in­san­ları doğru yola yönəl­dir və onun sayəsində əda­lətlə hökm ve­rir­lər.
160. Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Mu­sadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. On­dan on iki çeşmə qay­nayıb çıx­dı. Hər qəbilə özü­nün su içəcəyi ye­ri bildi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlara manna və bil­dirçin endir­dik, özlərinə də: “Sizə ruzi kimi ver­di­yi­miz pak şey­lər­­dən yeyin!”– de­dik. On­lar Bizə zülm etmədilər, ancaq özləri öz­lə­ri­nə zülm etdilər.
161. Bir zaman onlara de­yil­­mişdi: “Bu kənddə sakin olun və ora­da olan nemət­lərdən bə­yəndiyiniz yerlərdə ye­yin. “Bi­zi bağış­la!”– deyin və qapıdan Allaha səcdə edə­rək daxil olun ki, sizin gü­nah­larınızı bağış­la­yaq. Biz yaxşı işlər görən­lərə mükafat­larını ar­tı­ra­rıq”.
162. Onlardan haqsızlıq edən­­lər öz­lə­rinə deyilən sözü baş­qası ilə dəyişdilər. Etdikləri haq­sızlığa görə Biz onlara göy­dən əzab gön­dərdik.
163. Onlardan dəniz sahi­lin­də yerlə­şən kənd barəsində xə­bər al! O vaxt on­lar şənbə gü­nü üçün qoyulmuş qadağanı po­zurdular. Şən­bə günü onla­rın balıq­ları üzə çıxaraq onla­rın ya­nı­na axışır, şən­bədən başqa gün­lərdə isə onlara tə­rəf gəl­mir­di­lər. Günah et­dik­lə­rinə görə Biz onları beləcə sına­yırdıq.
164. O zaman onlardan bir dəstə de­di: “Allahın məhv edə­cəyi və ya şid­dət­li əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nə­si­hət verirsiniz?” On­lar de­dilər: “Bu, Rəbbiniz ya­nında üzrxah­lıq et­mək üçün­dür. Bəlkə, onlar pis əməl­lər­dən çəkinələr!”
165. Onlar özlərinə edilmiş xəbər­dar­lığı unutduqları za­man Biz pis əməl­ləri qadağan edən kimsələri xilas etdik, haq­sızlıq edənləri isə itaətdən çıxdıq­la­rına görə dəhşətli bir əzabla yaxa­ladıq.
166. Özlərinə qoyulan qa­da­ğanı poz­duqları zaman Biz onlara: “Mənfur mey­munlar olun!”– dedik.
167. O zaman Rəbbin on­la­ra Qi­ya­mət gününədək ağır əzab ve­rə­cək kim­sələr göndə­rəcəyini bildirdi. Doğ­rudan da, sənin Rəb­bin tez cəza ve­rən­dir. Hə­qiqətən də, O, Bağışla­yan­dır, Rəhmli­dir.
168. Biz onları yer üzündə üm­mət­lə­rə böldük. İçəri­lərin­də həm əmə­lisaleh olanlar, həm də belə olmayanlar var. Biz onları yax­şı­lıq və pisliklə sına­dıq ki, bəlkə doğru yola dö­nə­lər.
169. Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. On­lar bu fani dün­ya malını alıb: “Biz bağışlanaca­ğıq!”– deyir­dilər. On­la­ra buna bənzər mən­fə­ətlər yenə də gəlsəydi, onu da alardılar. Mə­gər Allah barə­sin­də haqdan başqa bir şey söylə­məyəcəklərinə dair onlar­dan Kitabda yazılmış əhd alın­ma­mış­dı­mı? Halbuki on­lar Ki­tab­da olanları oxu­yub öy­rən­miş­di­lər. Axirət yurdu müttə­qi­lər üçün daha xeyirlidir. Məgər an­la­mır­sınız?
170. Kitabdan möhkəm ya­pı­şanlara və namaz qılanlara gə­lincə, Biz islah edən­lərin mükafatını puç etmə­rik.
171. Bir zaman dağı yerin­dən qo­pa­rıb onların başı üstü­nə bu­lud kimi qal­dırmışdıq və onlar da elə zənn etmiş­di­lər ki, dağ on­la­rın üstünə düşə­cək. Biz onlara: “Sizə verdiyimiz­dən möh­kəm ya­pı­şın və için­dəkiləri xa­tırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.
172. Bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların tö­rəmələrini çı­xarmış və: “Mən sizin Rəbbiniz de­yi­ləm­mi?”– de­yə on­ları özlərinin əleyhinə şa­hid tutmuşdu. Onlar: “Bəli, biz şahid ol­­duq!”– demişdilər. Bu ona gö­rədir ki, siz Qiyamət gü­nü: “Biz bun­dan xəbərsiz idik!”– deməyə­siniz.
173. Yaxud: “Atalarımız biz­dən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməl­lə­rə görə məhv edəcəksən?”– demə­yə­si­niz.
174. Biz ayələri beləcə izah edi­rik ki, bəlkə haqq yola qa­yıdalar.
175. Onlara ayələrimizi ver­di­­yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıx­dı, şeytanın təqibinə məruz qaldı, axırda da az­mışlardan oldu.
176. Biz istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucal­dardıq. La­kin o, dünya­ya meyl saldı və öz istəyi­nə uydu. Onun misalı itin misalına bən­­zə­yir; onu qov­san da dilini çı­xardıb ləh­lə­yər, qovmasan da. Ayələri­mizi ya­lan he­sab edən­lərin məsəli be­lədir. Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə fi­kir­lə­şələr.
177. Ayələrimizi yalan sa­yıb özlərinə zülm edən adamlar ba­rə­sin­dəki məsəl necə də pis­dir!
178. Allah kimə hidayət ve­rirsə, doğ­ru yolda olan da odur. Kim­ləri də az­dı­rırsa, ziyana uğ­rayanlar da məhz onlar­dır.
179. Biz Cəhənnəm üçün bir çox cin­lər və insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla an­la­mazlar; gözləri var, onunla gör­məz­lər; qulaqları var, onun­la eşit­məzlər. Onlar heyvan ki­mi­dirlər, hət­ta daha çox az­ğın­lıq­dadırlar. Qafil olanlar da məhz onlardır.
180. Ən gözəl adlar Allahın­dır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barə­sində haqdan sapanları tərk edin. Onlar et­dik­ləri əməllərin cəzasını alacaqlar.
181. Yaratdıqlarımız içəri­sin­də elə bir ümmət də var ki, haqq ilə doğru yola aparır və bu­nun sayəsində əda­lət­lə hökm edir­lər.
182. Ayələrimizi yalan sa­yan­­ları, öz­lərinin də bilməyə­cəkləri bir yerdən tədricən tov­layıb məhvə aparacağıq.
183. Mən onlara möhlət ve­rə­cəyəm. Şübhəsiz ki, Mənim hiyləm sar­sıl­maz­dır.
184. Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir də­lilik yox­dur. O ancaq qorxu­dan və bəyan edən bir Peyğəm­bərdir.
185. Məgər onlar göylərin və yerin səl­tənətinə, Allahın ya­rat­­dı­ğı hər şeyə, əcəllərinin ya­xın­­laşa biləcəyinə diqqət ye­tir­mir­lərmi? Bundan sonra hansı sö­zə inana­caqlar?
186. Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah on­ları öz az­ğınlıqları içə­risində sərgərdan dolaşan və­ziy­yətdə tərk edər.
187. Səndən o Saat barəsin­də soru­şurlar ki, nə vaxt qopa­caq? De: “Bu haq­da bilgi an­caq Rəb­bimə aiddir. Qopaca­ğı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O si­zə qəf­lətən gələ­cək­dir”. Sanki onu bilir­mişsən ki­mi səndən soru­şur­lar. De: “Bu haqda bilgi ancaq Allaha aid­dir. Lakin insanların ço­xu bu­nu bilmir”.
188. De: “Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda, nə də bir zə­rər yetirmə­yə qadir deyiləm. Əgər qey­bi bilsəydim, əl­bət­tə, özüm üçün xeyir artırar­dım və mənə pis­lik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxu­dan və müjdə­lə­yənəm”.
189. Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahat­lıq tap­sın deyə ondan onun zöv­cəsini yaradan Odur. Adəm öv­ladı zöv­cəsini ağuşuna aldıqda o, yün­gül bir yüklə yükləndi (ha­milə qal­dı) və bir müddət onu bətnində gəzdir­di. Zövcəsi ağır­laşdığı za­man hər ikisi özləri­nin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad ver­sən, əlbəttə, şükür edən­lərdən ola­rıq”– deyə dua etdilər.
190. Allah onlara sağlam bir öv­lad ver­dikdə isə özlərinə ver­di­yi şey­də Ona şərik qoşmağa başladılar. Allah isə on­la­rın qoş­duqları şə­rik­lər­dən ucadır.
191. Onlar heç bir şey yarat­mayan, öz­ləri xəlq edilmiş olan şey­lə­ri Allaha şərik qoşurlar?
192. Allahdan qeyri ibadət etdikləri nə onlara yar­dım edə bi­lər, nə də özlərinə kö­mək edə bilərlər.
193. Siz onları doğru yola ça­ğır­sa­nız, sizin ardınızca gəl­məz­lər. Onları ça­ğırsanız da, sussanız da sizin üçün fərqi yoxdur.
194. Allahdan savayı çağır­dıq­larınız da sizin kimi qullar­dır. Əgər doğru de­yirsinizsə, çağırın onları, sizə cavab ver­sinlər.
195. Məgər onların ayaqla­rı­mı var, onunla yerisinlər? Yox­sa on­ların əllə­ri­mi var, onunla tutsun­lar? Yoxsa onla­rın göz­lərimi var, onunla gör­sünlər? Yoxsa onların qulaqla­rımı var, onunla eşit­sin­lər? De: “Çağırın şəriklərinizi! Son­ra mənə qarşı hiylə qurun və mənə heç möh­lət də verməyin!
196. Həqiqətən, mənim hi­ma­yəda­rım Kitabı nazil edən Allah­dır. O, əmə­li­sa­lehlərə hi­mayəçilik edir.
197. Ondan savayı çağırdıq­la­rınız nə sizə yardım edə bi­lər, nə də özlərinə kö­məkçi ola bi­lərlər”.
198. Siz onları doğru yola ça­ğır­sa­nız, eşitməzlər. Onları sənə ba­xan gö­rürsən, halbuki onlar görmürlər.
199. Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahil­lər­dən üz döndər.
200. Əgər şeytandan sənə bir vəs­və­sə gəlsə, Allaha sığın. Şüb­həsiz ki, O, hər şeyi eşidəndir, hər şeyi bilən­dir.
201. Allahdan qorxanlara şey­tandan bir vəsvəsə toxun­duğu za­man Allahı xa­tırlayar və dər­hal gerçəyi görərlər.
202. Şeytanlar öz qardaşla­rın­da az­ğın­lığı artırarlar. Sonra da on­lar­dan əl çəkməzlər.
203. Sən onlara möcüzə gə­tir­mədiyin zaman: “Nə olardı ki, onu da özündən uyduray­dın?”– deyərlər. De: “Mən yal­­­nız Rəb­bim­dən mənə vəhy olu­­nan­lara tabe oluram. Bunlar Rəbbinizdən gə­lən aşkar də­lil­lər, iman gətirən bir qövm üçün doğru yolu gös­tə­rən rəh­bər və mərhəmətdir”.
204. Quran oxunduğu za­man onu din­ləyin və susun ki, bəl­kə sizə rəhm olunsun.
205. Səhər-axşam ürəyində yal­va­ra­raq və qorxaraq, səsini qal­dır­ma­dan Rəbbini yad et və qafil­lərdən olma.
206. Rəbbinin hüzurunda olan mə­ləklər Ona ibadət et­məkdə tə­­kəbbürlük göstərmir, Onu tə­rif­ləyir və yalnız Ona səcdə edir­lər.
Icon