ترجمة سورة غافر

الترجمة الأذرية
ترجمة معاني سورة غافر باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ha. Mim.
2. Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir.
3. Bu, günahları Bağışlayan, tövbə­lə­ri qəbul edən, cəzası şid­dət­li olan lütf sa­hibindəndir! Ondan başqa ibadə­tə layiq olan məbud yox­­dur. Dö­nüş də Ona­dır.
4. Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edər­lər. On­ların şə­hərlərdə gəzib-dolaşmaları səni aldat­masın.
5. Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da el­çi­lə­ri ya­lançı saydılar. Hər ümmət öz elçisini yaxa­la­ma­ğı qəsd edir­di. Onlar həq­iqətin yalan olduğunu sübuta yetir­mək üçün ba­til sözlərlə müba­hisə aparırdılar. Mən də onları yaxaladım. Gö­rəy­din Mə­nim cəzam necə oldu!
6. Kafirlərin od sakinləri ola­cağı ba­rədə Rəbbinin Sözü be­ləcə hə­qiqətə çevrildi.
7. Ərşi daşıyanlar və onun ətra­fın­da­kılar öz Rəbbinə həmd edə­rək onu tə­rif­ləyir, Ona iman gətirir və möminlər üçün ba­ğış­lan­ma dilə­yirlər: “Ey Rəbbi­miz! Sən mərhəmətin və el­min­lə hər şe­yi əhatə edirsən. Töv­bə edib Sənin yo­lunla ge­dən­lə­ri bağışla, on­ları Cə­hən­nəm əza­bından qoru!
8. Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələ­rin­dən və nə­sillərin­dən olan əmə­lisalehləri də onlara vəd etdi­yin Ədn cən­nətlərinə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən, Müd­riksən.
9. Onları günahlarının cəza­sını çək­məkdən azad et. O gün Sən ki­mi gü­nahlarının cəzasını çəkməkdən azad et­sən, ona rəhm etmiş olar­san. Məhz bu, böyük uğur­dur”.
10. Kafirlərə belə xitab olu­nacaq: “Siz imana dəvət olu­nar­kən küf­rünüzdə is­rar etdi­yiniz zaman Allahın sizə olan nifrəti indi si­zin özünü­zə olan nif­rəti­nizdən daha böyük idi”.
11. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürüb, iki dəfə di­rilt­din. Biz öz günahlarımızı etiraf etdik. Od­dan çıxmağa bir yol varmı?”
12. Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağı­rıl­dı­ğı zaman siz inkar edir­di­niz. Ona şərik qoşulduq­da isə ina­nır­dı­nız. Artıq hökm Uca və Bö­yük Allahındır”.
13. Sizə Öz dəlillərini gös­tə­rən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar!
14. Kafirlərin xoşuna gəl­mə­sə də, di­ni məhz Allaha aid sa­yıb, Ona dua edin!
15. Ən yüksək dərəcələrin və Ərşin sa­hibi Odur. O Öz əmri ilə vəh­yi qul­la­rından istə­di­yi­nə nazil edir ki, o, insan­ları gö­rüş günü ilə qorxutsun.
16. O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məx­susdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”
17. Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir.
18. Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.
19. Allah gözlərin xaincə­si­nə baxışını və kökslərin nələr giz­lət­di­yi­ni bilir.
20. Allah ədalətlə hökm ve­rər. On­dan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm ve­rə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Gö­rəndir!
21. Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı.
22. Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir.
23. Biz Musanı möcüzələ­ri­mizlə və aşkar bir dəlillə gön­dərdik –
24. Fironun, Hamanın və Qa­runun ya­nına. Onlar isə: “Bu, ya­lan­çı bir sehr­baz­dır!”– de­di­lər.
25. Musa onlara Bizim dər­gahı­mız­dan həqiqəti bəyan et­dikdə on­lar dedi­lər: “Onunla bir­likdə iman gətirənlərin oğul­larını öl­dü­rün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, ka­firlərin hiy­ləsi bo­şa çıxar.
26. Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram”.
27. Musa dedi: “Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram!”
28. Firon ailəsindən olub ima­nını giz­lədən mömin bir kişi dedi: “Siz bir ada­mı: “Rəbbim Allahdır!”– dediyinə görə öl­dü­rə­cək­si­niz­mi? Hal­buki o, Rəb­bi­niz­dən sizə açıq-aydın dəlil­lər gətirdi. Əgər o, yalan danı­şır­sa, onun yalanı ancaq öz əley­hi­nə­dir. Yox, əgər doğru da­nı­şırsa, onun vəd etdiyinin bəzi­si sizə toxunar. Hə­qi­qətən, Allah həddi aşanı, yalançını doğru yola yö­nəltməz.
29. Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökm­ran­lıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşün­düyümü bil­dirirəm, mən sizə ancaq doğru yolu göstə­ri­rəm”.
30. Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların ba­şı­na gəlmiş dəhşətli gü­nün bənzərinin sizin də başı­nıza gəl­mə­sin­dən qorxuram.
31. Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan son­rakıların düçar olduğu bəlanın bənzərinin gəlmə­sindən qorxuram. Allah bəndələrinə zülm edilməsini is­tə­məz.
32. Ey qömüm! Mən başı­nı­za gələcək fəryad qopara­cağı­nız gün­dən qorxu­ram.
33. Geriyə dönüb qaçacağı­nız gün si­zi Allahdan qoruyan ta­pıl­maz. Alla­hın azğınlığa sal­­dığı kimsəyə isə yol gös­tə­rən olmaz”.
34. Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcək!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar.
35. Özlərinə bir dəlil gəlmə­dən Alla­hın ayələri barəsində mü­ba­hisə edənlər həm Allah yanında, həm də iman gə­ti­rən­lərin ya­nın­da ancaq böyük bir nifrət artırır. Allah hər bir tə­kəbbürlü zülm­karın qəlbini be­lə möhürləyir.
36. Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara –
37. göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu.
38. O mömin kişi dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola çıxardım.
39. Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axi­rət isə qərar tutacağınız yurd­dur.
40. Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar.
41. Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırı­ram, siz isə məni oda çağırır­sı­nız?
42. Siz məni Allahı inkar et­məyə, bilmədiyim bir şeyi Ona şərik qoş­mağa çağırırsınız, mən isə sizi Qüdrətli və Ba­ğışlayan Allaha ça­ğı­rıram.
43. Heç şübhəsiz ki, sizin məni ça­ğırdıqlarınızın nə dün­yada, nə də axi­rətdə çağırıl­ma­ğa haqqı yoxdur. Bizim dö­nü­şümüz Alla­ha­dır. Həddi aşan­lar isə od sakinləridirlər.
44. Sizə dediklərimi mütləq xatır­la­yacaqsınız. Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir.”
45. Allah Musanı onların qur­duğu hiylələrin şərindən qo­ru­du. Fi­ron nəs­li­ni isə dəhşətli əzab bürüdü.
46. Onları səhər və axşam­üstü oda salırlar. O Saat (Qiyamət) gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!
47. O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər tə­kəb­bür gös­tə­rənlərə: “Biz si­zin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qur­tara bilərsinizmi?”– deyəcəklər.
48. Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Ar­tıq Allah qullar ara­sında hök­münü vermişdir”– deyəcək­lər.
49. Odda olanlar Cəhən­nəm gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngül­ləş­dir­sin!”
50. Gözətçilər deyəcəklər: “Mə­gər el­çi­ləriniz açıq-aydın də­lil­lər gə­tirmə­miş­dilər?” On­lar: “Əlbəttə gətirmişdilər!”– deyə­cəklər. Gö­zət­çi­lər də: “Elə isə özü­nüz yalvarın!”– deyə­cəklər. Ka­firlərin yal­var­ma­sı isə əbəsdir.
51. Şübhəsiz ki, Biz Öz el­çi­lərimizə və möminlərə həm dünya hə­ya­tında, həm də şa­hidlərin şəhadət verəcəyi gün yardım edə­cə­yik.
52. O gün zalımlara üzr di­lə­mələri heç bir fayda ver­mə­yə­cək­. Onları həm lənət, həm də pis yurd gözləyir.
53. Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğul­larını Ki­ta­ba varis etdik –
54. ağıl sahiblərinə doğru yol gös­tə­ricisi və öyüd-nəsihət ki­mi.
55. Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Günahının ba­ğış­lan­ması­nı di­lə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə tə­riflə.
56. Həqiqətən, özlərinə bir dəlil gəl­mədən Allahın ayələri ba­rə­sin­də mü­bahisə edənlərin ürəklərində böyüklük iddia­sın­dan baş­qa bir şey yoxdur. On­lar heç vaxt buna çatmaya­caq­lar. Sən Alla­ha sı­ğın! Həqi­qə­tən, O, Eşidəndir, Gö­rəndir.
57. Həqiqətən, göylərin və yerin ya­radılması insanların ya­ra­dıl­masın­dan daha böyük şeydir. Lakin insanların çoxu bunu bil­mir.
58. Korla görən, iman gəti­rib yaxşı iş­lər görənlərlə pislik edən­lər eyni de­yil. Necə də az düşünüb daşınır­sı­nız!
59. O Saat mütləq gələcək­, buna heç bir şübhə yox­dur. La­kin insanların əksəriy­yəti buna inanmır.
60. Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər”.
61. Gecəni rahatlanmanız üçün ya­ra­dan, gündüzü ruzi qazan­ma­nız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, la­kin in­sanların ço­xu şü­kür etmir.
62. Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur! Siz necə də haqqa qarşı dö­nük çı­xırsınız!
63. Allahın ayələrini inkar edənlər beləcə dönük çıxır­lar.
64. Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət ve­rib surət­ləri­ni­zi gözəl şəklə salan, sizə pak nemət­lər­dən ru­zi verən Allahdır. Budur si­zin Rəbbiniz olan Allah. Aləm­lə­rin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır!
65. O, əbədi Yaşayandır, On­dan başqa ibadə­tə layiq olan mə­bud yox­dur. Allaha, dini yalnız Ona məxsus edə­rək, dua edin. Həmd, Aləm­lə­rin Rəbbi Allaha məxsusdur!
66. De: “Rəbbimdən mənə açıq-ay­dın dəlillər gəldiyi za­man si­zin Allahdan başqa yal­vardıqlarınıza ibadət etmək mə­nə qadağan edilmiş və mənə aləm­lə­rin Rəbbinə təslim olmaq əmr olun­muş­dur”.
67. Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız.
68. Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur.
69. Allahın ayələri barə­sin­də müba­hisə edənləri görmür­sən­mi? Onlar necə də haqqa qar­şı dönük çıxırlar!
70. Onlar Kitabı və elçiləri­mizə gön­dərdiklərimizi yalan say­dı­lar. Onlar tezliklə bilə­cək­lər;
71. o zaman ki, boyunla­rın­da dəmir halqalar və zəncirlər ol­du­ğu halda sü­rüklənəcəklər –
72. qaynar suya tərəf; sonra odda yandırılacaqlar.
73. Sonra da onlara deyilə­cək: “Haradadır şərik qoş­duq­la­rı­nız –
74. Allahdan başqa ibadət et­diklə­ri­niz?” Onlar deyəcək­lər: “On­lar bizi qo­yub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət et­mir­dik!” Allah kafir­ləri belə­cə azğınlığa salar.
75. “Bu, sizin yer üzündə na­haq yerə sevinməyinizə və qür­rə­lən­məyi­nizə gö­rədir!
76. İçində əbədi qalacağınız Cəhən­nəmin qapı­larına girin!” Tə­kəb­bürlü­lə­rin yeri necə də pisdir!
77. Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Ya onlara vəd et­di­yimi­zin bir qis­mini sənə gös­tərəcək, ya da daha öncə sənin ca­nı­nı alacağıq. Onlar axırda Bi­zə qaytarılacaqlar.
78. Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar.
79. Bəzilərini minəsiniz, bə­zilərin­dən də yeyəsiniz deyə, hey­van­ları sizin üçün yaradan Allahdır.
80. Siz onlardan başqa mən­fəətlər də əldə edirsiniz. Siz on­ları mi­nərək ürə­yi­nizdən ke­çən yerlərə gedib çatırsınız. Siz həm on­la­rın üstündə, həm də gə­mi­lərdə daşınırsınız.
81. Allah sizə Öz möcü­zə­lə­rini göstə­rir. Allahın hansı də­lillə­rini in­kar edə bi­lər­si­niz?
82. Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əv­vəl­ki­lərin aqi­bətinin necə ol­du­ğunu görmə­di­lərmi? Onlar bun­lardan say­ca daha çox, daha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Mü­vəffəq olduqları on­lara bir fay­da vermədi.
83. Elçiləri onlara açıq-ay­dın ayələr gətirdikdə, ancaq özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə də, onları istehza etdik­ləri şey əzab­la çulğaladı.
84. Onlar əzabımızı dad­dıq­da: “Biz tək Allaha iman gə­tir­dik və Ona şərik qoşduqla­rı­mı­zı inkar etdik!”– dedilər.
85. Lakin o zaman əzabı­mı­zı gördük­də iman gətirmələri on­lara heç bir fay­da vermədi. Bu, Allahın Öz qulları ba­rəsində əzəldən bə­ri qüvvədə olan qa­nu­nudur. Onda kafirlər ziyana uğra­dı­lar.
Icon