ترجمة سورة آل عمران

الترجمة الأذرية
ترجمة معاني سورة آل عمران باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Mim.
2. Allah Özündən başqa haqq məbud olmayandır, əbə­di Ya­şa­yandır, bü­tün yara­dı­lanların Qəy­­yu­mudur.
3. O bu Kitabı sənə özündən əvvəlkiləri təsdiq­ləyən, həm də, haqq ola­raq nazil et­di. Tövratı və İncili də, O nazil etdi –
4. daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərinə küfr edənlər üçün şid­dətli bir əzab vardır. Allah qüd­rətlidir, in­ti­qam al­mağa qa­dirdir.
5. Sözsüz ki, nə yerdə, nə də göy­də, heç bir şey Allahdan gizli qal­maz.
6. Bətnlərdə sizə istədiyi su­rəti ve­rən Odur. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Qüd­rət­lidir, Hikmət sahibidir.
7. Kitabı sənə nazil edən Odur. O Ki­tabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Ki­ta­bın ana­sıdır. Digərləri isə mutəşabih ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad tö­rətmək və is­tə­dikləri kimi yoz­maq məq­sə­dilə, mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki onun yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olan­lar isə deyərlər: “Biz ona iman gətir­dik, hamısı Rəb­bi­miz tərəfindən­dir.” Ağıl sa­hib­lərindən başqa heç kəs bunu dərk edə bilməz.
8. Ey Rəbbimiz! Bizi hida­yət yoluna yönəltdikdən sonra qəl­bi­mi­zi sap­dırma. Bizə Öz tə­rə­fin­dən bir mərhəmət bəxş et. Hə­qi­qə­tən, Sən Bəxşedənsən.
9. Ey Rəbbimiz! Həqiqətən, ger­­çəklə­şəcəyinə şübhə edil­mə­yən bir gündə, in­sanları bir yerə cəm edən Sənsən. Həqiqə­tən, Allah və­dinə əsla xilaf çıxmaz!
10. Kafir olanların nə mal­ları, nə də övladları onlara Alla­hın hüzurun­da heç bir şeylə fayda verə bilməz. Onlar Cə­hən­nəmin ya­nacağıdırlar.
11. Onların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Bizim ayələ­ri­mi­zi yalan hesab et­di­lər, Allah da, onları günahlarına görə yaxa­ladı. Allah şiddətli cəza verəndir.
12. Kafirlərə de: “Siz məğ­lub olacaq və Cəhən­nəmə top­lana­caqsınız! Ora nə pis ya­taqdır!”
13. Qarşı-qarşıya gələn iki dəs­­tədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yo­lun­da vuruşurdu, digəri isə ka­­firlər idi. Möminlər kafirlərin sayca onlardan iki qat ar­tıq olduqlarını öz göz­ləri ilə gö­rür­dülər. Allah istə­diyi kəsi Öz kö­məyi ilə qüv­vətləndi­rir. Həqi­qə­tən, bun­da bəsi­rət sahibləri üçün bir ibrət vardır.
14. Qadınların, uşaqların, yı­ğın-yığın qızıl-gümüşün, yaxşı cins at­la­rın, mal-qaranın və əkin yerlə­rinin ver­diyi zövq­lərə olan istək insanlara gözəl gös­təril­mişdir. Bun­lar, dünya hə­ya­tının ke­çici zöv­qüdür. Halbuki gö­zəl qa­yı­dış yeri Allah ya­nın­dadır.
15. De: “Sizə bunlardan da­ha xeyirlisini xəbər verim­mi? Allah­dan qor­xanlar üçün Rəbbi yanında, al­tın­dan çay­lar axan, içində əbədi qala­caq­la­rı cən­nətlər, pak zövcə­lər və Alla­hın rizası var­dır.” Allah qul­larını görəndir.
16. O kəslər ki, deyir­lər: “Ey Rəbbi­miz! Həqi­qətən, biz iman gə­tir­dik, bi­zim günah­larımızı ba­ğışla və bi­zi Od əzabından qo­ru!”
17. Onlar səbir edən, dürüst olan, müti olan, ma­lın­dan Allah yo­lun­da xərc­ləyən və sübh çağına yaxın Allahdan ba­ğışlanma dilə­yən kimsə­lərdir.
18. Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.
19. Həqiqətən, Allah yanın­da haqq din, İslam­dır! Kitab verilən­lər ancaq öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı ədavət üzün­dən ixtilafa düş­dülər. Kim Alla­hın ayələrinə küfr edərsə, bil­sin ki, Allah tez haqq-hesab çəkəndir.
20. Əgər onlar səninlə mü­ba­­hi­sə edər­lərsə, de: “Mən özü­mü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Ki­tab veri­lən­lə­rə və savadsızlara de: “Siz də, təslim oldu­nuz­mu?” Əgər təs­lim ol­salar, doğ­ru yola yönəlmiş olar­lar. Yox əgər üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq haqqı təbliğ et­məkdir. Allah qullarını görəndir.
21. Allahın ayələrinə küfr edən­ləri, peyğəmbər­ləri haq­sız yerə öl­dürənləri və ədalətə ça­ğı­ran in­sanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ!
22. Onlar dün­ya­da da, axirətdə də, əməlləri puç olan kimsələr­dir. Onların yardımçıları da olmaz.
23. Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? On­­lar, aralarında hökm etməsi üçün Allahın Kitabına də­vət olu­nur­lar. Sonra onlardan bir dəs­tə üz çe­vi­rib geri dön­ür.
24. Bu, onların: “Od bizə an­caq bir neçə gün toxunar!”– de­mə­lə­rinə görə­dir. Onları uy­dur­duqları şeylər öz din­lərin­də al­da­dıb yoldan çıxartmışdır.
25. Baş verəcəyinə şübhə edil­məyən bir gündə onları top­la­dığı­mız və hər kə­sə qazandı­ğı­nın əvəzi ödəniləcəyi, öz­lə­rinə də, heç bir haqsızlıq edil­məyə­cəyi zaman onların halı necə olacaq?
26. De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən.
27. Sən gecəni gündüzə qatır, gün­düzü isə gecəyə qatır­san. Ölü­­dən diri çı­xarır, di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kəsə he­sab­sız ruzi ve­rir­sən.”
28. Möminlər möminləri qo­yub ka­firləri dost tutmasın­lar! Bu­nu edən kəs bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yox­dur. An­caq kafirlərdən gə­lə biləcək təh­lükədən çəkinməyiniz istisnadır. Allah si­zi Özün­dən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Dönüş də ancaq Allaha­dır.
29. De: “Kökslərinizdə ola­nı giz­lətsə­niz də, üzə çı­xar­sa­nız da, Allah onu bilir. O, göy­lərdə və yerdə olanları da bi­lir. Allah hər şe­yə qadirdir.”
30. Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşı­sın­da ha­zır görə­cəyi gün, özü ilə pis əməl­lə­rinin arasında çox bö­yük mə­safə ol­ma­sını arzulaya­caq­dır. Allah sizi Özündən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Allah qulla­rına qarşı çox şəfqət­­lidir.
31. De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da, sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah çox bağışla­yandır, rəhmlidir.”
32. De: “Allaha və Onun göndər­di­yi Rəsula itaət edin!” Əgər üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, ka­firləri sevməz.
33. Doğrusu, Allah Adəmi, Nuhu, İb­ra­­him nəs­lini və İm­ran ailəsini seçib aləm­lər­dən üstün et­di.
34. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir.
35. Bir zaman İmranın zövcəsi demiş­di: “Ey Rəbbim! Mən bət­nim­dəkini Sə­nə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri mən­dən qə­bul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bi­lən­sən.”
36. Nəhayət, bari-həmlini yerə qoyduğu zaman de­di: “Ey Rəb­bim! Mə­n qı­z doğdum” – halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi, – “axı oğlan qız kimi de­yildir. Mən onun adını Mər­yəm qoy­dum, onu və onun nəs­lini lənətlənmiş şey­tandan qo­rumağı Sə­nə həvalə edi­rəm.”
37. Rəbbi Məryəmi gözəl tərzdə qə­bul et­di, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkə­riy­yaya tapşırdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına mehraba daxil ol­duqda, onun ya­nında ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: “Ey Mər­yəm! Bu, sə­nin üçün haradan­dır?”– deyə soruşduqda, Mər­yəm de­di: “Bu, Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə hesab­sız ruzi verir.”
38. Elə oradaca Zəkəriyya Rəb­­binə dua edib dedi: “Ey Rəb­bim! Öz tə­rəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən du­aları eşidənsən.”
39. Zəkəriyya mehrabda durub na­maz qılar­kən mələklər ona belə xitab etdilər: “Allah sə­ni, Allah tə­rəfindən olan Kəlməni təs­diq edən, qöv­mü­nün ağası, nəfsinə ha­kim və əməli­salehlərdən bir peyğəm­bər ola­caq Yəhya ilə müjdələyir.”
40. O dedi: “Ey Rəbbim! Qo­ca­lıq mə­ni haqladığı vaxt, zöv­cəm də, sonsuz ikən mənim ne­cə oğ­lum ola bilər?” Allah buyurdu: “Elədir, lakin Allah istədiyini edər.”
41. O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamə­tin, üç gün, – işarə ilə danışmaq istisna ol­maqla, – insanlarla danış­mamağındır. Həmin vaxt­ Rəbbini çox yad et və səhər-ax­şam Onun şə­ninə təriflər de!”
42. Bir zaman mələklər de­mişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləm­lərin qadınla­rından üstün etdi.
43. Ey Məryəm, Rəbbinə ita­ət et, səcdə qıl və rüku e­dən­lər­lə bir­­likdə rüku et!”
44. Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərin­dən­dir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edə­cəyi ba­rədə qələm­lərini püşk at­dıq­la­rı za­man sən on­la­rın yanında de­yildin. Bir-biri­lərilə mübahisə et­dik­də də, sən onla­rın yanında de­yildin.
45. O zaman mələklər demişdi­lər: “Ey Məryəm, həqiqətən, Allah Öz tə­rəfindən bir kəlmə ilə səni müj­dələyir. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Alla­ha ya­xın­­ olanlardandır.
46. O, həm beşikdə ikən, həm də yetkin çağında insan­larla da­nı­şa­caq və sa­lehlərdən ola­caqdır.”
47. Məryəm dedi: “Ey Rəb­bim! Mənə bir insan toxunma­dığı hal­da necə övladım ola bilər?” Allah buyurdu: “Elədir, Allah istə­di­yi­ni yaradır. O, bir işin ol­masını istədikdə, ona an­caq “Ol!”– de­yər, o da olar.”
48. Allah ona yazmağı, hik­məti, Töv­ratı və İncili öyrə­də­cək.
49. Allah onu İsrail oğulla­rı­na bir elçi edəcəkdir. O deyə­cək­dir: “Mən sizə Rəb­binizdən bir möcüzə gətirmişəm. Sizin üçün pal­çıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rərəm, o da Allahın izni ilə quş olar. Alla­hın izni ilə anadan­gəl­mə ko­ru, cüzam xəstəli­yinə tutu­lanı sa­ğaldar və ölüləri diril­də­rəm. Evlərinizdə yedi­yiniz və yığıb sax­la­dığınız şeyləri sizə xəbər ve­rə­rəm. Əgər möminsi­nizsə, bilin ki, bunda sizin üçün bir də­lil var­dır.
50. Məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyən olaraq və sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim. Mən sizə Rəbbiniz­dən bir dəlil gətir­dim. Allah­dan qor­xun və mənə itaət edin.
51. Həqiqətən, Allah mənim də Rəb­bim, sizin də Rəbbi­niz­dir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”
52. İsa onlardakı küfrü hiss et­dikdə, dedi: “Allah yolunda kim­lər mənə yar­dımçı olacaq?” Həva­rilər dedilər: “Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz mü­səlmanıq!
53. Ey Rəbbimiz! Biz sənin na­zil et­diyinə iman gətirdik və gön­­dər­diyin el­çinin ardınca get­dik. Bizi də, şahidlərlə bir yer­də yaz!”
54. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir.
55. O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin hə­yatına son qoyub Özümə tərəf qaldıraca­q, səni kafirlərdən təmiz­lə­yəcək və sə­nin ar­dınca gedən­ləri Qiya­mət gü­nü­nə qədər kafir­lərdən üstün edə­cə­yəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda hökm ve­rə­cə­yəm.
56. Kafirlərə gəlincə, onlara həm bu dün­ya­da, həm də axi­rətdə şiddətli əzab verə­cə­yəm. Onların kömək­çi­lə­ri də, ol­maya­caqdır.”
57. O ki qaldı iman gətirib saleh əməllər edənlərə, Allah onların mükafat­la­rı­nı tam verə­cək­dir. Allah zalım­la­rı sevməz.
58. Bunlar sənə oxuduğu­muz ayələr­dən və hikmətli Zikr­dən­dir.
59. Həqiqətən, Allah yanın­da İsanın misalı Adəmin misalına bənzəyir. Allah Adəmi tor­paq­dan ya­rat­dı, sonra ona “Ol!”– dedi, o da oldu.
60. Haqq sənin Rəbbin­dən­dir. Elə isə şübhə edən­lər­dən olma!
61. Sənə elm gəl­dikdən son­­ra kim səninlə İsanın barə­sində mü­bahisə edər­sə, de: “Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib ya­lançılara Allahın lənət et­məsini diləyək.”
62. Həqiqətən, bu, gerçək bir əhvalatdır. Allahdan başqa iba­dətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüd­rətlidir, Hikmət sahibidir.
63. Əgər onlar üz çevirsə­lər, şüb­həsiz ki, Allah fitnə-fəsad tö­rədən­ləri tanıyır.
64. De: “Ey Kitab əhli! Bi­zim və sizin aranızda olan eyni bir kəl­məyə gəlin ki, Allahdan baş­­qasına ibadət etməyək, Ona heç bir şe­yi şərik qoşmayaq və Alla­hı qoyub bir-birimizi ila­hiləşdirmə­yək.” Əgər onlar yenə üz çevirsələr, de­yin: “Şahid olun ki, biz müsəl­man­larıq!”
65. Ey Kitab əhli! Nə üçün İb­rahim barəsində höcətlə­şir­si­­niz? Halbuki, Töv­rat və İncil ancaq on­dan son­ra nazil edilmiş­dir. Mə­gər an­la­mır­sınız?
66. Bax, siz o kəslərsiniz ki, bildi­yi­niz şeylər barədə höcətləşdi­niz. Bəs nə üçün bil­mə­diyiniz şeylər barə­də hö­cətlə­şirsi­niz? Allah bilir, siz isə bil­­məzsiniz!
67. İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir mü­səl­man idi və müşrik­lər­dən deyil­di.
68. Həqiqətən, insanlardan İb­ra­himə ən yaxın olanı, onun ar­dın­ca gedənlər, bu Peyğəm­bər və ona iman gətirənlərdir. Allah mö­min­lərin dostudur.
69. Kitab əhlindən bir züm­rə sizi az­dırmaq istər. Hal­bu­ki, yalnız öz­lərini azdırır və bunu anlamırlar.
70. Ey Kitab əhli, haqqa şa­hid oldu­ğunuz halda, nə üçün Alla­hın ayələrinə küfr edir­siniz?
71. Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyin­di­rir və haqqı gizlədir­si­niz?
72. Kitab əhlindən bir züm­rə bir-birinə dedi: “Möminlərə nazil edi­lənə günün əvvə­lində iman gə­tirin, günün sonunda isə onu in­kar edin ki, bəl­­kə onlar öz din­lə­rin­dən dönə­lər.
73. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Alla­hın yo­lu­dur!” Onlar yenə bir-biri­lə­rinə dedilər: “Si­zə verilənin bənzərinin başqa bir ki­msəyə verildiyi­nə və ya Rəb­bi­niz ya­nın­da müsəlmanların sizə dəlil gə­ti­rə­cəyinə inanmayın.” De: “Şüb­hə­siz ki, lütf Allahın əlindədir və onu istə­diyi­nə verir! Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”
74. Allah Öz mərhəmətini istə­di­yi kəsə məxsus edər. Allah bö­yük lütf sahibi­dir.
75. Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət et­sən, onu sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona bir dinar ver­sən belə, başının üs­tündə durub tələb etməyincə onu sənə qay­tar­maz. Bu, ona görədir ki, onlar: “Avam­lar­dan ötrü bizə günah ol­maz!”– de­yirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
76. Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şüb­­hə­siz ki, Allah müttəqiləri se­vir.
77. Allah ilə olan əhd­lərini və andlarını ucuz qiy­mətə satan kim­sələrə gəlincə, onlara axi­rət­də heç bir pay yox­dur. Allah on­la­rı danışdır­mayacaq, Qi­ya­mət günü onların üzünə bax­maya­caq və onları təmizə çı­xar­­ma­yacaq­dır. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır.
78. Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Ki­tab­dan hesab edəsi­niz deyə, Kitabı oxu­yarkən dillərini əyib bü­kürlər. Halbuki, bu, Kitab­dan deyildir. Onlar: “Bu, Allah tərəfindən­dir!”– de­yir­lər. Hal­buki bu, Allah tərə­findən də de­yildir. On­lar bilə-bilə Alla­ha qarşı yalan danışırlar.
79. Heç bir kəsin, Allah ona Kitab, hikmət və pey­­ğəm­bər­lik ver­dik­dən sonra in­sanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, o belə deyər: “Öy­rətdiyiniz Kitabın və on­dan öyrəndi­yi­niz şeyin sayəsində rəbbani olun!”
80. O sizə mələkləri və pey­ğəmbər­lə­ri özünüzə rəbb qə­­bul et­məyi bu­yur­maz. Mə­gər o sizə, siz müsəlman ol­duq­dan sonra küfr etməyi əmr edər­mi?
81. Bir zaman Allah pey­ğəm­­bər­lər­dən: “Sizə Kitab və hik­mət ver­dikdən sonra, özü­nüz­dəkini təsdiqləyən bir elçi gəl­dikdə, ona müt­ləq iman gətirib yar­dım edəcəksi­niz”– deyə əhd al­mış və onla­ra: “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?”– de­miş­­di. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. Allah da belə buyurmuş­du: “Elə isə şa­hid olun, Mən də sizinlə bə­ra­bər şahid olanlardanam.”
82. Kim bundan sonra üz dön­də­rərsə, məhz onlar fasiq­lər­dir.
83. Yoxsa onlar Allahın di­nin­dən başqasınımı ax­tarır­lar? Halbu­ki, göy­lərdə və yerdə olanlar is­tər-istə­məz Ona təs­lim olmuş və Ona da qay­tarı­la­caqlar.
84. De: “Biz Allaha, bizə na­zil olana, İbrahimə, İsmailə, İsha­qa, Yaquba və onun nəs­linə nazil olanlara, Mu­saya, İsaya və pey­­ğəm­bərlərə öz Rəb­bi tə­rə­findən verilənlərə iman gətirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”
85. Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə zi­ya­na uğrayanlardan olar.
86. İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq ol­duğu­na şahidlik etdikdən və öz­lərinə ay­dın dəlillər gəl­dikdən sonra ka­fir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adam­la­rı doğru yola yö­nəltməz.
87. Onların cəzası, həqiqətən də, Alla­hın, mələklərin və bü­tün in­sanların lənətinə uğramaqdır.
88. Onlar bu lənətin içində hə­­mişə­lik qalacaqlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz.
89. Bundan sonra tövbə edib əməl­lərini islah edənlər isə istis­nadır. Şübhə­siz ki, Allah bağış­layandır, rəhmlidir.
90. Sözsüz ki, iman gətir­dik­dən son­ra kafir olan və küfr­lə­rini daha da artı­ran kimsələ­rin töv­bəsi əsla qəbul edilməyəcək. Məhz on­lar doğru yoldan azan­­lardır.
91. Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fid­yə ver­sələr belə, bu onların heç bi­rin­dən qəbul edilməyəcək. On­lar üçün ağrılı-acılı bir əzab vardır. On­ların heç kö­mək­çiləri də yoxdur.
92. Sevdiyiniz şeylər­dən Allah yo­lunda xərcləməyin­cə xeyrə nail olmazsınız. Malınızdan nə xərclə­səniz, əlbəttə ki, Allah onu bilir.
93. Tövrat nazil olmamış­dan əvvəl İsrailin (Yəqubun) özünə ha­ram etdiklərindən savayı bü­tün yeməklər İsrail oğul­la­rı­na halal idi. De: “Əgər doğru danı­şanlarsınızsa, Töv­ratı gəti­rin və onu oxu­yun!”
94. Artıq kim bundan sonra Allaha qar­şı yalan uydurarsa, məhz on­lar zalımlardır.
95. De: “Allah doğru söy­lə­mişdir. Elə isə İbrahimin hənif di­ninə tabe olun. O, müş­riklərdən deyildi.”
96. Həqiqətən, aləmlərə bə­rəkət və hidayət qaynağı kimi in­sanlar üçün ilk qu­rulan ev Bəkkə­dədir.
97. Orada aydın nişanələr – İb­rahi­mın məqamı vardır. Ora­ da­xil olan kəs əmin-amanlıqda olar. Yolu­na gücü ça­tan hər kəsin müqəddəs Evi zi­ya­rət et­məsi Allahın in­san­lar üzərindəki haqqıdır. Kim bu­nu inkar edər­sə, bilsin ki, Alla­hın aləmlərə eh­ti­ya­cı yoxdur.
98. De: “Ey Kitab əhli! Allah si­zin et­dik­lərinizə şahid ol­du­ğu hal­da, nə üçün siz Allahın ayə­lərini inkar edir­si­niz?!”
99. De: “Ey Kitab əhli! Siz haq­qa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri gös­tər­məyə çalışaraq iman gəti­rən­ləri Allah yo­lundan sapdırır­sı­nız?!” Halbuki, Allah sizin et­dik­lə­ri­nizdən qafil deyil­dir.
100. Ey iman gətirənlər! Əgər Kitab ve­rilənlərdən bir dəs­tə­yə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndə­rib ka­fir edərlər.
101. Sizə Allahın ayələri oxun­­duğu halda, Onun Rəsulu da ara­nızda ikən, siz ne­cə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağ­la­nar­sa, həqi­qə­tən, doğru yola yönəlmiş olar.
102. Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərz­də qor­xun və ancaq mü­səlman oldu­ğu­nuz halda ölün!
103. Hamınız Allahın ipin­dən möh­kəm yapışın və par­ça­lanma­yın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-bi­rinizə düş­mən idiniz, O, sizin qəlb­lə­ri­nizi birləş­dirdi və Onun neməti sayə­sin­də bir-birinizlə qardaş oldu­nuz. Siz odlu bir çuxurun lap kə­na­rında ikən O, sizi on­dan xilas etdi. Allah Öz ayələrini sizə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönələsiniz.
104. Qoy içinizdən xey­rə ça­ğıran, yaxşı işlər gör­məyi bu­yuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz on­lar ni­cat tapanlar­dır.
105. Özlərinə aydın dəlillər gəl­­dik­dən sonra firqələrə ayrı­lıb ix­ti­laf edən­lər kimi olma­yın. On­ları böyük bir əzab göz­ləyir.
106. O gün neçə-neçə üzlər ağa­racaq, neçə-neçə üzlər də, qa­­ra­la­caq­dır. Üzləri qaralan kəs­lərə: “İman gətirdikdən sonra ka­firmi ol­du­nuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– de­yilə­cəkdir.
107. Üzləri ağ olan kəslər isə Allahın mər­həməti içərisində ola­caq­ və onlar orada əbə­di qala­caqlar.
108. Bunlar Allahın ayələridir ki, onları sənə haqq ola­raq oxu­yuruq. Allah aləmlərə zülm etmək istəməz.
109. Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Bütün iş­lər sonda Allaha qay­tarı­lacaq­dır.
110. Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz; on­la­ra yaxşı işlər gör­məyi əmr edir, pis əməlləri qa­dağan edir və Alla­ha iman gəti­rir­si­niz. Ki­tab əhli də iman gətir­səydi, əl­bəttə, on­lar üçün yaxşı olardı. On­ların ara­sın­da iman gətirənlər də var­dır. Ək­səriy­yəti isə haqq yolu­nu az­mış fa­siqlərdir.
111. Onlar sizə əziyyətdən baş­qa bir zərər yetirə bilməz­lər. Əgər sizinlə vu­ruşmalı ol­salar, arxa çevirib qaçarlar. Sonra isə onlara kö­mək də edil­məz.
112. Harada olursa ol­sun­lar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya in­san­ların ipinə sarılan kimsələr müs­təsnadır. Onlar Alla­­hın qəzə­bi­nə uğramış, onlara yox­sul­luq üz ver­­mişdir. Bu cə­za ona görədir ki, onlar Allahın ayə­lə­rinə küfr et­miş və bəzi pey­ğəmbər­ləri haqsız yerə öldür­müş­­lər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aş­mışlar.
113. Onların hamısı eyni deyil­. Kitab əhli içərisində dinində sa­bit­qədəm bir toplum vardır ki, onlar gecələri səc­də­yə qa­pa­nıb Allahın ayə­lə­rini oxu­yur­lar.
114. Onlar Allaha və Axirət gü­nünə iman gətirir, yaxşı iş­lər gör­məyi buyu­rur, pis əməl­ləri qa­da­ğan edir və xeyir­xah işlər gör­mə­yə tələsirlər. Məhz on­lar əməlisaleh insanlardandırlar.
115. Onların etdiyi yaxşı­lıqların heç biri inkar edilməz. Allah müt­­təqi­ləri yaxşı tanıyır.
116. Kafirlərin nə malları, nə də öv­ladları, onlara Allah ya­nın­da heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləri­dir­lər və onlar ora­da əbədi qalacaqlar.
117. Onların bu dünya hə­ya­tında sərf etdiklərinin misalı, öz­lə­ri­nə zülm edən adamların tar­lasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bən­zəyir. Allah on­la­ra zülm etmə­di, lakin onlar öz­ləri özlə­ri­nə zülm edirdirlər.
118. Ey iman gətirənlər! Siz­­dən ol­mayanları özünüzə sir­daş tut­­mayın. Çünki onlar sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, si­zin sı­xıntıya düşməyinizi istə­yər­lər. Düşmənçilikləri on­ların ağızların­dan çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə daha bö­yükdür. Əgər anla­yır­sı­nız­sa, Biz ayələ­ri artıq sizə bə­yan etdik.
119. Bax, siz o kəslərsiniz ki, on­lar sizi sev­mədiyi halda siz on­ları sevirsiniz. Siz nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. On­lar sizinlə rast­la­şan­da: “Biz də, iman gətirdik!”– deyir, tək­lik­də qa­lan­­da isə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. De: “Qəzəbiniz­dən ölün!” Şübhə­siz ki, Allah kökslər­də olanları bi­lir.
120. Sizə bir uğur nəsib ol­duqda, bu onları kədərləndirir, si­zə bir fə­la­kət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsə­niz və Allahdan qorx­sanız, on­ların hiyləsi sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­rini əhatəyə almışdır.
121. Bir zaman sən Uhud­dakı döyüş­dən ötrü möminləri möv­qe­lə­rə yerləş­dirmək üçün sə­hər tezdən ailəndən ay­rılıb getmiş­din. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir!
122. O zaman sizlərdən iki dəstə ruh­dan düşməyə hazır idi­­lər. Allah isə onların yar­dım­çısı idi. Qoy mö­min­lər yalnız Alla­ha tə­vəkkül etsinlər.
123. Siz zəif olduğunuz hal­da Allah, Bədrdə sizə yar­dım etdi. Elə isə Allah­dan qor­xun ki, bəlkə şükür edəsiniz.
124. O zaman sən möminlərə de­yir­din: “Rəbbinizin üç min mə­­lə­k endirərək köməyi­ni­zə çat­ması, sizə yet­məzmi?”
125. Əlbəttə, əgər səbir edib Allah­dan qorx­sanız və elə indi on­lar sizin üs­tünüzə hü­cum etsələr, Rəbbiniz ni­şan­lanmış beş min mələklə sizə yardım edər.
126. Allah bunu sizə sırf bir müj­də olsun və bunun sayəsində qəlbləriniz rahatlansın de­yə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdan­dır.
127. Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldür­sün ya­xud on­ları alçaltsın və beləcə, mə­yus halda geri dön­sünlər, –
128. Bu işin sənə aidiyyəti yox­dur, – mü­səl­man olsalar onların töv­bə­sini qə­bul etsin və ya inkar etsələr onlara əzab ve­rsin. Çünki onlar za­lım­dırlar.
129. Göylərdə və yerdə nə var­­sa, Allaha məxsusdur. O, istədi­yini ba­ğış­layar, is­tədiyinə də əzab ve­rər. Allah bağış­la­yandır, rəhmli­dir.
130. Ey iman gətirənlər! Qat-qat ar­tırılmış sələmi ye­mə­yin! Allah­­dan qorxun ki, bəl­kə, nicat tapasınız.
131. Kafirlər üçün hazır­lan­mış Od­dan çəkinin.
132. Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun.
133. Rəbbinizin məğfirətinə və müttəqilər üçün ha­zır­lan­mış, ge­nişliyi göy­lər və yer qədər olan Cən­nətə tələ­sin.
134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mal­­­la­rın­dan Allah yolunda xərc­ləyər, qəzəblərini bo­ğar və in­sanları ba­ğış­layarlar. Allah yax­şı iş gö­rən­ləri sevər.
135. O kəslər ki, bir pis iş gör­dükdə, yaxud özlərinə zülm et­dik­­də, Allahı xa­tırlayıb gü­nah­la­rının bağışlanmasını di­ləyər­lər. Axı gü­nahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gör­dük­ləri pis işlərdə bilə-bilə israr etməzlər.
136. Onların mükafatı, Rəb­bin­dən ba­ğışlanma və al­tın­dan çay­lar axan cənnətlərdir ki, orada əbədi qala­caqlar. Yax­şı əməl sahiblərinin mü­kafatı necə də gözəldir!
137. Sizdən öncə də, bir çox belə hadisələr olub keçmişdir. Elə isə yer üzünü gə­zib haqqı ya­lan sa­yanların aqi­bətinin necə oldu­ğunu görün.
138. Bu Quran insanlar üçün bir açıq­­lama, müt­tə­qilər üçün isə doğru yol göstə­rici­si və öyüd-nə­sihət­dir.
139. Zəiflik göstərməyin və kədər­lən­məyin. Əgər mömin­siniz­sə, bilin ki, üs­tün olan­ kəslər sizsiniz.
140. Əgər siz Uhud döyü­şün­də yara al­mışsınızsa, əlbəttə, düşmə­niniz olan o qövm də bu cür yara al­mışdı. Biz bu gün­ləri – qalibiy­yəti və məğlu­biy­yəti, in­sanlar ara­sında növbə ilə dəyiş­diririk ki, Allah iman gə­tirən­ləri üzə çı­xarsın və ara­nız­dan şəhidlər seçsin. Allah zalım­ları sevməz.
141. Həm də ona görə belə edi­rik ki, Allah möminləri tə­mizə çıxar­sın və ka­firləri məhv et­sin.
142. Yoxsa Allah içərinizdən ci­had edənləri və səbir edən­lə­ri bəlli etmə­dən Cənnə­tə da­xil ola­cağı­nızımı güman edir­si­niz?!
143. Siz düşmənlə qarşılaşma­dan öncə, Allah yolunda ölməyi ar­­zu­layırdı­nız. İn­di isə siz onu gör­düyünüz halda baxıb durur­su­nuz.
144. Muhəmməd ancaq bir el­çidir. On­dan əvvəl də, elçilər gə­lib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dö­nəcək­si­niz?! Kim geri dönər­­­sə, Allaha heç bir şeylə zərər yetir­məz. Allah şü­kür edənləri mütləq mü­kafat­landırar.
145. Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəl­dən müəyyən edil­miş bir yazıdır. Kim dünya müka­fatını istəsə, ona bundan ve­rə­rik. Kim də axirət mü­kafatını istəsə, ona da on­dan verərik. Biz şükür edənləri mütləq mükafat­lan­dıra­cağıq.
146. Neçə-neçə peyğəmbər ol­muşdur ki, bir çox dindar­larla­ bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ müsibət­lərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə bo­yun əymiş­lər. Allah səbir edən­ləri sevər.
147. Onların sözü an­caq: “Ey Rəbbimiz, günah­la­rı­mızı və əməl­lə­rimizdə həddi aşma­ğımızı bizə bağışla, qə­dəmlə­rimizi sabit et və kafir qövmə qələbə çalmaq­da bizə yardım et!”– ol­muşdur.
148. Beləcə, Allah onlara həm dün­ya mükafatını, həm də axirət mü­kafatının ən gö­zəlini ver­di. Allah yaxşı iş görənləri se­vər.
149. Ey iman gətirənlər! Əgər ka­fir­lərə itaət etsəniz, onlar si­zi dininizdən geri döndərər və beləliklə də, siz zi­yana uğramış hal­da geri dönərsiniz.
150. Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edən­lə­rin ən yax­şısıdır.
151. Haqqında heç bir dəlil na­­zil et­mədiyi şeyi Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə qorxu salacağıq. On­ların gedəcəkləri yer Od­dur. Zalım­la­rın məskunlaşacağı yer nə pisdir!
152. Siz Allahın izni ilə düş­­mənlərinizi qı­rıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini ye­ri­nə yetir­di. Nəhayət, Allah sizə istədi­yiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Pey­ğəmbərin əmri ba­­rəsində bir-bi­rinizlə mü­bahisə etdi­niz və asi oldunuz. İçə­riniz­dən kimisi dün­yanı, kimisi də axi­rəti istə­yirdi. Sonra Allah sizi sı­na­maq üçün üzünüzü onlardan dön­dər­di. O, artıq sizi əfv etdi. Allah mö­minlərə qarşı lütf­kar­dır.
153. O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır.
154. Sonra bu qəm-qüs­sə­nin ar­dınca Allah sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü na­zil etdi. Bir dəstə də, öz can­la­rı­nın hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir var­mı?”– de­yə, Allah ba­rəsində haqsız yerə, cahiliy­yə dövrün­dəkinə bən­zər zənnə qapıl­dılar. De: “Sözsüz ki, bütün iş­lər Allaha aid­dir!” Onlar sə­nə açıb demədik­lərini öz içərilə­rin­də gizlədərək: “Əgər bu işdə bi­zim üçün bir xeyir olsay­dı, elə bu­radaca öldürülməz­dik”– de­yir­lər. De: “Əgər siz evləri­niz­də ol­saydınız belə, öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin köks­lərinizdə olanları sı­namaq və qəlb­ləri­niz­də olan­ları təmiz­lə­­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir.”
155. Uhudda iki qoşun qar­şı­laşdığı gün içərinizdən geri dönən­ləri şey­tan qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları ba­ğışladı. Həqi­qətən, Allah ba­ğış­la­yan­dır, həlimdir.
156. Ey iman gətirənlər! Yer üzündə sə­fə­rə çıxmış və ya döyüşə get­miş qardaş­ları barəsində: “Əgər onlar bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər”– deyən kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində bir həsrət ol­sun deyə yaratdı. Halbuki, Dirildən də, öl­dürən də, Allah­dır. Allah nə etdiklə­ri­nizi görür.
157. Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bi­lin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şey­lər­dən da­ha xeyirlidir.
158. Ölsəniz də, öldürülsə­niz də, müt­ləq Allahın hüzu­ru­na top­lanacaq­sınız.
159. Allahın mərhəməti sa­yə­sində sən onlarla mülayim rəftar et­din. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rı əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə onlarla məs­ləhət­ləş, qəti qərara gəldikdə isə Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevir.
160. Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bil­məz. Yox, əgər sizi zəlil edər­sə, Ondan sonra kim sizə yar­dım edə bi­lər?! Qoy möminlər Allaha təvək­kül etsinlər!
161. Peyğəmbərə əmanətə xə­­­ya­nət etmək yaraşmaz. Əma­nətə xə­yanət edən kimsə Qiya­mət gü­nü xəyanət etdiyi şeylə gələr. Son­ra isə hər kəsə əməl­lə­rinin əvəzi tam verilər və onlara zülm edil­mə­­z.
162. Allahın rizasını qazanmağa can atan kəs, Alla­hın qəzə­binə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bi­lər­mi? Ora nə pis qayıdış yeri­dir!
163. Onlar Allah yanında ayrı-ayrı də­rəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!
164. Allah möminlərə, onların öz işərisindən, özlərinə Allahın ayə­lə­ri­ni oxu­yan, on­ları günahlar­dan tə­miz­ləyən, onlara Ki­tabı və hik­məti öy­rədən bir Elçi gön­dərməklə lütf göstər­di. Hal­buki, bun­dan öncə onlar açıq-ay­dın azğınlıq içərisində idilər.
165. Siz onların başına iki­qat müsibət gətirmiş olduğu­nuz hal­da, başınıza bir mü­sibət gəl­­diyi za­man: “Bu, haradan gəl­di?”– söy­lə­di­niz. De: “Bu, si­zin özü­nüz­­dəndir!” Həqiqə­tən, Allah hər şeyə qa­dirdir.
166. Uhudda iki qoşunun üz-üzə gəl­di­yi gün sizə üz ver­miş mü­si­bət Alla­hın izni ilə ol­du ki, möminləri aşkara çı­xart­sın
167. və münafiqləri bəlli et­sin. Münafiqlərə: “Gəlin, Allah yo­lun­da döyüşün, ya­xud heç ol­masa mü­da­fiədə durun!”– de­yildi. On­­­lar: “Dö­yüş olacağını bilsəy­dik, sizin ardınızca gələrdik”– de­di­lər. On­­lar o gün iman­dan çox küfrə ya­xın idi­lər. On­lar qəlb­lə­rin­də ol­ma­ya­nı ağız­ları ilə deyirlər. Hal­buki, Allah onların nəyi giz­lət­­dik­lə­rini çox yaxşı bilir.
168. Evlərində oturub öz qar­­daşları ba­rəsində: “Əgər on­lar bi­zə itaət etsəydilər, öl­dü­rül­məzdi­lər”– söylə­yənlərə de: “Əgər doğru danı­şırsı­nız­sa, on­da ölümü özünüzdən uzaq­laş­dı­rın!”
169. Allah yolunda öldürü­lən­ləri əsla ölü sanma. Ək­sinə, on­lar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi ve­rilir.
170. Onlar Allahın Öz lüt­fün­dən on­lara verdiyi nemətə ­fərəhlə­nir, ar­xala­rınca gəlib hələ on­la­ra çatmamış kəs­lərin heç bir qor­xu ilə qar­şılaşmaya­caq­ları və kədərlən­mə­yə­cəklə­ri müjdəsinə se­vi­nir­lər.
171. Onlar Allahın nemə­ti və lütfünə görə, həm də Alla­hın mö­min­lərin mü­­kafatını he­çə çı­xarmayacağı müjdəsinə se­vinirlər.
172. Yara aldıqdan son­ra belə Allahın və Onun Rəsulunun də­vətini qə­bul edən kimsələrdən yaxşı işlər gö­rən­lər və Allah­dan qorxanlar üçün bö­yük bir mükafat vardır.
173. O kəslər ki, bəzi adamlar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­, onlardan qor­xun!”– de­di­kdə, bu söz onların imanını da­ha da ar­tırdı və onlar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər.
174. Beləcə, özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və lütfü sayəsində ge­ri dön­dülər və beləliklə də, Alla­hın rizasına uydular. Allah bö­yük lütf sahibidir.
175. Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­­dən qorxun!
176. Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Alla­ha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır.
177. Doğrudan da, imanı əl­dən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağ­rılı-acılı bir əzab vardır.
178. Kafirlər elə güman et­mə­sinlər ki, onlara möh­lət ver­məyi­miz onların xe­yrinədir. Biz onlara ancaq gü­nah­larını ar­tırmaları üçün möhlət ve­ri­rik. Onlar üçün alçaldıcı bir əzab vardır.
179. Allah möminləri sizin hazırda ol­du­ğu­nuz vəziyyət­də tərk edən de­yil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bil­dirən de­yil­dir. La­kin, Allah Öz elçi­lə­rin­dən istə­diyini seçər. Elə isə Alla­­ha və Onun elçi­lərinə iman gə­ti­rin! Əgər iman gətirib Allahdan qorx­sa­nız, sizin üçün böyük bir mü­ka­fat vardır.
180. Allahın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­ kimsə­lər elə gü­man etməsin­lər ki, bu, on­ların xeyrinə­dir. Ək­sinə, bu, onların zərərinədir. On­ların xə­sis­lik et­dikləri şey qiya­mət gü­nü bo­yun­larına do­la­nacaqdır. Göy­lə­rin və yerin mi­rası Allaha məx­sus­dur. Allah nə etdiklərinizdən xəbər­dar­dır.
181. “Allah kasıbdır, biz isə varlı­yıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dedik­lə­rini və haqsız olaraq pey­ğəmbər­ləri öldürdüklərini ya­za­caq və on­lara deyəcəyik: “Da­­dın o yandırıb-ya­xan əza­bı!
182. Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir.” Yoxsa Allah qullarına zülm edən de­yildir.
183. “Doğrusu, Allah biz­dən əhd almışdı ki, odun yan­dıracağı bir qur­ban gə­tir­məyincə heç bir el­çi­yə inan­ma­yaq”– deyən­lə­rə de: “Mən­dən əvvəl sizə el­çilər açıq-aydın dəlil­lər­lə və dediyiniz qur­banla gəl­miş­dilər. Əgər doğru danı­şır­sı­nızsa, onda nə üçün on­ları öl­dü­r­dünüz?”
184. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əv­vəl açıq-aydın dəlillər, səhifələr və nur sa­çan kitab­ gətirmiş elçiləri də yalançı hesab etmiş­dilər.
185. Hər kəs ölümü da­da­caq. Sözsüz ki, Qiyamət günü mü­kafat­larınız si­zə tam verilə­cək­dir. Kim Oddan uzaq­laşdı­rılıb, Cən­nətə daxil edilərsə, o, əlbəttə, uğur qazan­mış olar. Dünya həyatı isə al­da­dıcı ləzzətdən başqa bir şey de­yildir.
186. Siz hökmən malınız və canı­nız­la sınaqdan keçiriləcək­si­niz. Sizdən əv­vəl kitab veri­lən­­lərdən və Allaha şərik qoşanlardan bir çox əziy­yət­ve­rici sözlər eşidə­cək­si­niz. Əgər səbir edib Allah­­dan qorx­sanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllər­dəndir.
187. Allah Kitab ve­ri­lən­lərdən: “Siz o ki­ta­bı mütləq insanlara açıqlayacaqsınız və onu giz­lət­məyə­cək­si­niz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qu­laq­ardına vurub onu ucuz qiy­mətə satdılar. On­la­rın bu al­ış-ve­rişi necə də pisdir!
188. Etdikləri əməllər­ə görə sevi­nən və etmədikləri iş­lə­rə gö­­rə tərif olun­mağı xoş­la­yan kim­sələrin əzabdan qur­tu­la­caq­larını əs­la güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
189. Göylərin və yerin hökm­­­ran­lığı Allaha məxsusdur. Allah hər şeyə qa­dir­dir.
190. Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır.
191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nan­da da Allahı yad edər, göy­lərin və yerin yaradılışı haq­­qında düşü­nər­ və deyərlər: “Ey Rəbbi­miz! Sən bunları əbəs ye­rə yaratmamı­san. Sən pak və müqəd­dəssən. Bizi Odun əza­bından qo­ru!
192. Ey Rəbbimiz! Sən Oda sal­dığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Za­lım­ların heç bir kö­məkçisi olmaz.
193. Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbi­miz! Günah­ları­mızı bi­zə bağışla, təqsirləri­mizdən keç və ca­nımızı yaxşılarla bir yer­də al!
194. Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə vəd et­diklə­rini bizə ver və Qi­yamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
195. Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı iş­lər gö­rən – istər kişi, istərsə də qa­dın olsun, – heç bir kə­­sin əmə­yini puç etmə­rəm. Siz bir-bi­ri­nizdənsiniz. Hicrət edənlə­rin, öz yurd­la­rından çıxarılan­ların, Mə­nim yolum­da əziy­yə­tə düçar olan­ların, vu­ruşan­la­rın və öldü­rü­lən­lərin, əlbəttə, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı al­tın­dan çaylar axan cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Gözəl mü­kafat məhz Allah yanın­dadır”.
196. Qoy kafirlərin rifah içində diyarbə­di­yar gə­zib dolaşması səni al­dat­ma­sın!
197. Bu, az bir mənfəətdir. Son­ra isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır!
198. Fəqət öz Rəbbindən qorxan­lar üçün, Allah­dan bir ziyafət olaraq, altından çay­lar axan, içində əbədi qalacaq­ları cən­nətlər vardır. Alla­h ya­nın­da olan nemət­­lər yaxşılar üçün daha xeyir­lidir.
199. Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satmazlar. Məhz on­­ların öz Rəb­bi yanında mükafatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir.
200. Ey iman gətirənlər! Sə­­bir edin, düşmən qarşısında dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə ni­cat tapası­nız!
Icon