ترجمة سورة هود

الترجمة الأذرية
ترجمة معاني سورة هود باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləşdirilmiş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır.
2. Bu ona görədir ki, Allah­dan baş­qa­sına ibadət etməyə­siniz. Hə­qi­qətən, mən Onun tə­rəfindən sizi xəbərdar edən və müjdələ­yə­nəm.
3. Həm də Rəbbinizdən ba­ğış­lanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəy­­yən olun­muş vaxtadək gö­zəl gün-gü­zə­ran nəsib etsin və hər fə­zi­lət sahibinə Öz lütfündən versin. Əgər On­dan üz çevirsə­niz, bilin ki, mən sizə üz ve­rə­cək əzəmətli günün əza­bın­dan qorxuram.
4. Siz Allahın hüzuruna qa­yı­­da­caq­sı­nız. O, hər şeyə qa­dir­dir.
5. Baxın, onlar ürək­lərin­də­ki küfrü ört-basdır edirlər ki, Allah­dan gizlən­sin­lər. Doğ­ru­su, onlar libaslarına bürün­­dük­də belə, Allah onların gizli sax­ladıq­larını da, aşkara çı­xart­dıq­larını da bilir. Həqiqətən də, O, kökslərdə olan­ları bilir.
6. Yer üzündə elə bir canlı yox­dur ki, onun ruzisini Allah ver­mə­sin. Allah on­ların qərar tutduqları yeri də, qorunub sax­­la­nıl­dıq­la­rı yeri də bilir. Bunla­rın ha­mısı açıq-aydın Yazı­da­dır (Lövhi-məh­­fuz­dadır).
7. Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzə­rində ikən, göyləri və yeri altı gündə ya­ra­dan Odur. Əgər sən: “Siz ölən­dən son­ra di­ri­ləcəksiniz!”– de­sən, kafir olan­lar: “Bu, açıq-aydın bir sehrdir!”– deyər­lər.
8. Əgər onlara gələcək əzabı mü­əy­yən vaxtadək gecik­dir­sək: “Onu saxla­yan nədir?”– deyə­cək­lər. Xəbəriniz ol­sun ki, əzab on­la­ra gəldiyi gün onu heç nə onlar­dan dəf edə bilmə­yə­cək və is­tehza et­dikləri o əzab onları bürüyə­cək­dir.
9. Əgər insana Özümüzdən bir mər­həmət daddırsaq, son­ra da ondan onu geri alsaq, o, na­ümid və nankor olar.
10. Əgər başına gələn mü­sibət­dən son­ra, ona firavanlıq dad­dır­saq: “Bə­la­lar məndən so­vuşdu!”– deyər və sevi­nib lov­ğalıq edər.
11. Səbir edib yaxşı işlər gö­rənlər is­tisnadır. Məhz onlar üçün ba­ğış­lan­ma və böyük bir mükafat vardır.
12. Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onun­­la bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəh­yin bir hissəsini tərk edəcək­sən və buna görə köksün darala­caq. Sən ancaq qorxudansan. Allah isə hər şe­yi Qoruyandır.
13. Yoxsa onlar: “Muhəm­məd onu özün­­dən uydurdu?!”– de­yir­lər. De: “Əgər doğ­­ru danı­şır­­sı­nızsa, ona bənzər uy­du­rul­muş on su­rə də siz gətirin və Allah­­dan başqa, kimi ba­ca­rır­sınızsa, kö­məyə ça­ğı­rın!”
14. Əgər sizə cavab vermə­sə­lər, bilin ki, o ancaq Allahın elmi ilə nazil ol­muş­dur və Ondan başqa ibadətə layiq olan məbud yox­dur. Siz mü­səlman olacaqsı­nızmı?
15. Kim dünya həyatını və onun bər­bəzəyini istəyirsə, on­lara əməllərinin əvə­zini orada tam verərik və onlar ora­da zə­rər çək­məz­lər.
16. Onlar, axirətdə özləri üçün od­dan başqa heç bir şeyi ol­ma­yan kim­sə­lərdir. Onların dün­yada gör­dükləri iş­lər boşa çı­xar və tut­duq­ları əməllər puç olar.
17. Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ar­dınca Ondan bir şahid (Cəb­rail) gələn, ondan da əv­vəl rəh­bər və mər­hə­mət olmuş Musa­nın Kitabı­nı təsdiqlədiyi kimsə ka­firə tay ola bilərmi? Müsəlman­lar Qurana iman gəti­rir­lər. Onu in­kar edən firqələrin vəd olun­duğu yer oddur. Sənin isə Qu­rana heç bir şüb­hən olmasın. Çün­ki bu, sə­nin Rəbbindən gə­lən haqdır, lakin insan­ların ço­xu bu­na inanmır.
18. Allaha qarşı yalan uydu­­ran kəs­dən daha zalım kim ola bi­lər? Onlar Rəb­binin hüzu­ru­na gətirilə­cək və şa­hid­lər: “Bun­lar Rəb­binə iftira yaxan­lar­dır”– deyəcəklər. Allahın lənəti ol­sun za­lım­lara!
19. O kəslər ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və Axi­rəti inkar edirlər.
20. Onlar yer üzündə Allah­dan yaxa qurtara bilməyəcək­lər. On­la­­rın Allah­dan başqa hi­ma­yədarları da yoxdur. On­la­rın əzabı qat-qat artırılar. Çünki on­lar haqqı eşidə bilmirdilər və gör­mürdülər.
21. Onlar özlərini ziyana uğ­ra­darlar. Uydur­duqları bütlər isə on­lardan qeybə çəkilib ge­dər.
22. Şübhə yoxdur ki, axirət­də ən çox ziyana uğrayanlar da on­lardır.
23. Sözsüz ki, iman gətirib saleh əməl­lər edənlər və Rəb­binə bo­yun əyən­lər Cənnət sa­kinləri­dir­. Onlar ora­da əbədi qalacaqlar.
24. Bu iki zümrənin halı kor­la karın, görənlə eşidənin ha­lı­na bən­zəyir. On­la­rın halı eyni ola bilərmi? Məgər düşü­nüb ibrət al­mır­sınız?
25. Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Həqi­qə­tən, mən sizin üçün açıq-aydın xə­bər­dar edən bir elçiyəm.
26. Allahdan başqasına iba­dət et­mə­yin! Mən sizi yaxala­yacaq mə­şəqqət gü­nünün əza­bından qor­xuram”.
27. Onun qövmünün kafir za­dəgan­ları dedilər: “Biz səni özü­müz kimi sa­­dəcə bir insan hesab edir və içimizdən ancaq dü­şün­cə­­siz olan ən rəzil adam­la­rın sənə qoşulduğunu görü­rük. Həm­çi­nin sizin bizdən üs­tün olduğunuzu da gör­mürük. Əksinə, biz sizi ya­lançı he­sab edirik”.
28. Nuh dedi: “Ey qövmüm! Bir de­yin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə is­ti­nad edirəmsə, O da Öz tə­rə­­findən mə­nə gözünüzə görün­məyən bir mərhəmət bəxş edib­sə, onda necə ol­­sun? Yoxsa siz onu gör­mək istəməyib kor qal­dı­ğınız bir halda, biz sizi ona inan­­mağa məc­bur­mu edəcə­yik?
29. Ey qövmüm! Mən buna görə siz­dən var-dövlət istə­mi­rəm. Mənim mü­kafatım an­caq Allaha aiddir. Mən iman gə­tirən­ləri qo­van deyiləm. Çünki onlar Rəbbi ilə qarşı­laşa­caqlar. Lakin mən si­zin cahil adam­lar olduğunuzu görürəm.
30. Ey qövmüm! Əgər on­la­rı qov­sam, məni Allahdan kim qo­ru­ya bilər? Məgər düşünüb ibrət almırsınız?
31. Mən sizə demirəm ki, Alla­hın xə­zinələri mənim ya­nım­da­dır. Mən qeybi də bil­mi­rəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor bax­dı­­ğınız kəs­lərə demi­rəm ki, Allah onlara əsla xe­yir vermə­yəcək­. Onların canında nə­lər ol­du­ğunu Allah daha yax­şı bilir. Əks təq­dirdə, sözsüz ki, mən zalımlardan olar­dım”.
32. Onlar dedilər: “Ey Nuh! Sən bi­zimlə mübahisə etdin və mü­ba­hisəmizi də çox uzatdın. Əgər doğru danışanlar­dan­san­sa, bizə vəd etdiyin əzabı gə­tir”.
33. O dedi: “Onu istəsə, an­caq Allah sizə gətirəcək və siz də on­dan yaxa qur­tara bilmə­yəcək­siniz.
34. Əgər Allah sizi azdır­maq istə­yir­sə, mən sizə nəsihət ver­mək istəsəm be­lə, nəsihətim sizə fayda verməz. O si­zin Rəb­biniz­dir və Ona da qayta­rı­la­caqsı­nız”.
35. Yoxsa onlar: “Muhəm­məd onu özün­dən uydurdu!”– de­yir­lər. De: “Əgər mən onu özüm­dən uydurmuşamsa, gü­na­hım özü­mə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uza­ğam”.
36. Nuha belə vəhy olundu: “Qöv­mün­dən, daha əvvəl iman gə­tirənlər is­tisna olmaqla artıq heç kəs iman gə­tir­məyəcək. Elə isə on­ların etdikləri əməl­lərə görə kədərlənmə.
37. Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt. Za­lım olan­lar­dan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar suda ba­tırılacaqlar”.
38. Nuh gəmini düzəldir, qöv­münün zadəganları isə hər dəfə ya­nından keç­dikcə onu ələ salır­dılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də si­zi, siz bizi ələ saldı­ğınız kimi ələ sala­ca­ğıq.
39. Siz rüsvayedici əzabın ki­mə gələ­cəyini və daimi əza­bın ki­mə üz verə­cə­yini mütləq bi­lə­cək­siniz”.
40. Nəhayət, əmrimiz gəl­di­yi və tən­dir qaynayıb daşdığı za­man Biz Nuha dedik: “Hey­vanların hər növündən bir cüt, ba­rə­­lə­rin­də söz keçmiş kəslər istis­na ol­maq­la, öz ailəni və bir də iman gə­­ti­rən­ləri gəmiyə min­dir”. Lakin, onunla bir­likdə az adam iman gə­tirmişdi.
41. Nuh dedi: “Gəmiyə mi­nin! Onun üzüb getməsi də, da­yan­ma­sı da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışla­yandır, Rəhm­lidir”.
42. Gəmi onları dağlar kimi dal­ğalar içə­risində apardığı za­man Nuh kə­nar­da duran oğlu­nu səs­ləyib dedi: “Oğ­lum! Bi­zimlə bir­lik­də gəmiyə min, ka­fir­lərdən olma!”
43. O dedi: “Məni sudan qo­ru­yacaq bir dağa sığınaca­ğam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bil­­məz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda bo­ğu­lanlardan oldu.
44. Sonra deyildi: “Ey yer, su­yunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qə­rar tutdu. Sonra de­yildi: “Məhv olsun zalım adamlar!”
45. Nuh Rəbbini çağırıb de­di: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin və­din, şübhəsiz ki, haq­dır. Sən ha­kimlə­rin Hakimisən!”
46. O dedi: “Ey Nuh! O, sə­nin ailən­dən deyildir. Doğru­su, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən ol­ma­mağı tövsiyə edirəm”.
47. O dedi: “Ey Rəbbim! Bil­mədiyim bir şeyi Səndən istə­mək­dən Sənə sığı­nı­ram. Əgər məni bağışlamasan, mənə rəhm et­mə­sən, ziyana uğrayan­lar­dan ola­ram”.
48. Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan üm­mət­lərə Bizim bəxş etdiyi­miz əmin-amanlıq və bərə­kət­lər­lə gəmidən en! Özlərinə bir müd­dət gü­zəran verəcəyimiz, sonra da Öz tərə­fi­miz­dən ağrılı-acılı bir əzaba düçar edə­­cə­yimiz üm­mətlər də ola­caq­dır”.
49. Bunlar, sənə vəhy yolu ilə bildir­di­yimiz qeyb xəbərlə­rin­dən­­dir. Bundan əv­vəl onla­rı nə sən, nə də sənin qöv­mün bi­lirdi. Sə­bir et! Şübhəsiz ki, gözəl aqibət müttəqi­lərindir.
50. Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Alla­ha ibadət edin. Sizin Ondan başqa mə­bu­­dunuz yox­dur. Siz ancaq iftira yaxır­sı­nız.
51. Ey qövmüm! Mən bu­nun əvəzinə sizdən heç bir müka­fat is­tə­mirəm. Mə­nim müka­fa­tım an­caq məni yaradan­dadır. Məgər an­la­mırsınız?
52. Ey qövmüm! Rəbbiniz­dən bağış­lan­ma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gü­cü­nü­zü daha da artırsın. Gü­­nah­karcasına üz çevirmə­yin”.
53. Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gə­tir­mə­­din, biz də sə­nin sözün­lə məbudlarımızı tərk edən deyi­lik. Biz sə­nə inanmırıq.
54. Biz ancaq onu deyə bi­lə­rik ki, bə­zi məbudlarımız səni bə­la­ya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən si­zin şərik qoşduqlarınız­dan uzağam.
55. Ondan başqa tapındıq­la­rı­nızın ha­mı­sından uzağam. Ha­mı­lıqla mənə qarşı hiy­lə qurun və mənə heç möhlət də ver­­mə­yin.
56. Mən, Rəbbim və Rəbbi­niz olan Allaha təvəkkül et­dim. Elə bir canlı yox­dur ki, Allah onun kəkilindən tutmuş olma­sın. Həqi­qə­tən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).
57. Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çat­dır­dım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bil­məzsi­niz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”.
58. Əmrimiz gəldikdə Hu­du və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mərhə­mə­timizlə xi­­las etdik və onları ağır bir əzab­dan qur­tar­dıq.
59. Bu, Ad qövmü idi! On­lar Rəb­bi­nin ayələrini inkar et­di­lər, Onun elçi­lə­rinə asi oldu­lar və hər bir inadcıl təkəb­bür sa­hibinin əm­rinə uydular.
60. Onları həm bu dünya­da, həm də Qi­yamət günündə lə­nət tə­qib edə­cək­dir. Həqi­qə­tən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qöv­mü Ad!
61. Səmud qövmünə də qar­daşları Salehi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. O sizi torpaq­dan ya­ratdı və sizi orada sakin et­di. Elə isə on­dan bağışlanma di­lə­yin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Ya­­xındır, çağırışa cavab verəndir”.
62. Onlar dedilər: “Ey Sa­leh! Sən bun­dan əvvəl içərimizdə ümid edilən bir kim­sə idin. Doğ­rudan­mı atalarımızın iba­dət etdi­yinə ibadət etməyi bizə qadağan edirsən? Doğ­rusu, biz sənin biz­lə­ri dəvət etdi­yin əqi­də barəsində şübhə doğu­ran şəkk içindəyik”.
63. O dedi: “Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət bəxş edib­sə, onda necə olsun? Əgər Allaha asi ol­sam, məni On­dan kim qo­ruya bilər? Siz mənə zi­yandan baş­qa bir şey artır­ma­ya­caq­sınız.
64. Ey qövmüm! Allahın qa­ya­dan çı­xartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzə­dir. Bu­raxın onu Allahın torpa­ğında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab ya­xa­layar”.
65. Onlar dəvə­nin diz vətə­rini kəs­di­lər. Saleh dedi: “Yur­du­nuz­da üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəd­dir”.
66. Əmrimiz gəldikdə Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından qur­tar­dıq. Həqiqətən, Rəbbin Qüv­vət­lidir, Qüdrət­li­dir.
67. Zülm edənləri isə qor­xunc bir səs yaxaladı və onlar öz evlə­rində üzü­qoy­lu düşüb qaldılar.
68. Sanki orada heç yaşa­ma­mış­dılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü!
69. Elçilərimiz İb­ra­himə İs­haqın doğu­­lacağı barədə müjdə gə­­tir­di­lər və: “Salam!”– dedi­lər. O da: “Sa­­lam!”– de­di və dərhal gedib qı­zar­dılmış bir buzov gə­tirdi.
70. İbrahim mələklərin ye­mə­yə əl vur­madıqlarını gördük­də onlar onun xoşu­na gəl­mədi və onların yanında canına qor­xu düşdü. On­­lar dedilər: “Qorx­ma! Həqiqə­tən, biz Lut qöv­münə göndəril­mi­şik”.
71. Onun arvadı pərdə arxa­­sında dur­muşdu. O, güldü. Biz onu İs­haqla, İs­haqın ardınca da Yaqubla müjdələdik.
72. O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca ki­şi ol­duğu halda do­ğa bilə­rəmmi? Doğrusu, bu, təəccüblü bir şey­dir”.
73. Onlar dedilər: “Allahın əm­rinə təəccübmü edirsən? Ey ev əh­li! Allahın rəhməti və bə­rəkəti sizin üstünüzdə ol­sun! Hə­qi­qə­tən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.
74. İbrahimdən qorxu çəkil­dikdə və ona müjdə gəldikdə Lut qöv­mü ba­rə­sində Bizimlə müba­hisə etməyə baş­la­dı.
75. Həqiqətən, İbrahim hə­lim, Allaha çox yalvaran və Ona üz tu­tan bir kəs idi.
76. Mələklər dedilər: “Ey İb­ra­him! Bu mübahi­sədən əl çək. Çünki Rəb­binin əm­ri artıq gəl­mişdir və onlara qarşısı­alın­maz bir əzab gə­lə­cəkdir”.
77. Elçilərimiz Lutun yanı­na gəl­dik­də, onlara görə kə­dər­ləndi, ürə­yi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.
78. Qövmü yüyürərək onun yanına gəl­di. Onlar əvvəllər də ya­ra­maz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bun­lar mə­nim qız­la­rımdır. Onlar sizin üçün daha təmizdirlər. Allah­dan qorxun və qonaqlarımın ya­nında məni rüs­vay et­məyin! Məgər aranızda ağıl­lı bir kişi yoxdur?”
79. Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehti­yacı­mız yoxdur. Nə istədiyi­mizi də yəqin ki, bilirsən”.
80. O dedi: “Kaş ki, sizə ça­tan bir qüvvəm olaydı, yaxud möh­kəm bir da­yağa söykə­nəy­dim!”
81. Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçi­ləriyik. On­lar əsla sənə zə­rər yetirə bil­məz­lər. Gecənin bir vax­tın­da ar­va­dın­dan başqa bütün ailən­lə yola düş. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­ya baxmasın. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­tı səhərdir. Məgər səhər ya­xın deyilmi?”
82. Əmrimiz gəldikdə ora­nın altını üs­tünə çevirdik və odda biş­miş gil­ daş­la­rı ar­dıcıl olaraq onların üstünə yağ­dır­dıq.
83. O daşlara Rəbbinin ya­nın­da işarə qoyulmuşdur. On­lar za­lım­lardan da uzaq deyil­dir.
84. Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Ölçünü və çə­kini əs­kiltmə­yin. Mən sizi bol­­luq için­də görü­rəm və qor­xu­ram ki, başınıza hər şeyi bü­rü­yən gü­­nün əzabı gələ.
85. Ey qövmüm! Ölçüyə və çəkiyə əda­lətlə tam riayət edin, in­san­ların mal­larını əksik ver­mə­yin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!
86. Əgər möminsinizsə, bi­lin ki, Alla­hın saxladığı nemət­lər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyi­ləm”.
87. Onlar dedilər: “Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri mə­bud­lardan, ya­xud mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən vaz keçməyimizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllısan”.
88. O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tə­rəfindən mə­nə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyur­duğum şey­ləri et­mək­lə sizin əleyhi­nizə çıxmaq istə­mirəm. Mən an­caq ba­car­dığım qə­dər islah etmək istəyi­rəm. Mən ancaq Allahın sa­yə­sin­də uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.
89. Ey qövmüm! Qoy mə­nimlə olan ixtilafınız, Nuh qöv­mü­nün, yaxud Hud qövmü­nün, yaxud Saleh qövmünün başına gə­lən­lərin eynisini sizin də ba­şı­nıza gətirməsin. Lut qöv­mü də siz­dən uzaq deyildir”.
90. Rəbbinizdən bağışlan­ma diləyin, sonra Ona tövbə edin. Hə­qi­qətən, Rəb­bim Rəhmlidir, Sevəndir, həm də Se­vi­ləndir.
91. Onlar dedilər: “Ey Şueyb! Dedik­lərinin çoxunu anlamı­rıq. Biz səni ara­mızda zəif gö­rü­rük. Əgər qəbilən ol­ma­­saydı, səni daş­qa­laq edərdik. Sən bi­zim üçün heç də böyük bir adam de­yil­sən”.
92. O dedi: “Ey qövmüm! Mə­gər mə­nim qəbiləm sizin üçün Allah­dan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şüb­həsiz ki, Rəb­bim sizin nə et­dik­ləri­nizi əhatə edir.
93. Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüs­vay­edici əza­bın kimə gələ­cə­yini və kimin ya­lan­çı oldu­ğunu tez­lik­lə biləcəksiniz. Göz­lə­yin! Şübhəsiz ki, mən də si­zinlə bir­lik­də göz­lə­yirəm”.
94. Əmrimiz gəldikdə Şuey­bi və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mər­hə­mətimizlə xi­las etdik. Zülm edənləri isə qorxunc səs ya­xaladı və onlar öz ev­lə­rində üzüqoylu düşüb qaldılar.
95. Sanki orada heç yaşa­ma­­­­mışdılar. Səmud qövmü məhv ol­du­ğu kimi Məd­yən qövmü də məhv olsun!
96. Biz Musanı möcüzələri­mizlə və ay­dın bir dəlillə elçi gön­dər­dik –
97. Firon və onun əyan­la­rı­na. Əyanlar isə Fironun əmrinə tabe ol­du­lar. Hal­bu­ki Fironun əmri doğru yol göstərən əmr de­yildi.
98. Firon Qiyamət günü öz qövmü­nün qabağına düşüb on­ları Oda apara­caq. Girəcəkləri yer nə pis yerdir!
99. Onları həm burada, həm də Qi­yamət günündə lənət tə­qib edə­cəkdir. Onlara verilən pay nə pis paydır!
100. Bu, sənə söylədiyimiz məm­lə­kət­lər haqqında heka­yət­lə­rin bəzisidir. On­lardan izi qalanı da var, yerlə yek­san olanı da.
101. Biz onlara zülm etmə­dik, lakin onlar özləri özlərinə zülm et­dilər. Rəb­binin əmri gəl­dikdə Allahdan başqa ça­ğır­dıqları bütlər onları heç nədən qur­tara bilmədi­. Bütlər on­ların ancaq tələ­fatını ar­tırdı.
102. Rəbbin, haqsızlıq edən məm­lə­kətləri yaxaladığı za­man be­lə yaxalayır. Onun yaxala­ma­sı həqiqətən də, üzü­cü­dür, şid­dət­li­dir.
103. Həqiqətən, bunlarda axi­rət əza­bın­dan qorxanlar üçün bir ib­rət vardır. Bu, insanların bir yerə toplanacağı bir gün­dür. Bu, həm də, hamının şahid ola­cağı bir gün­dür.
104. Biz onu sadəcə müəy­yən olun­muş vaxtadək təxirə sal­mı­şıq.
105. Qiyamət gəldiyi gün Alla­hın izni olmadan heç kəs danışa bil­məz. On­lar­dan kimi bədbəxt, kimi də xoşbəxt ola­caq.
106. Bədbəxtlərə gəlincə, on­lar Od içə­risində qalacaqlar. On­lar ora­da zarıya­caq və bağıra­caqlar.
107. Rəbbinin istədiyi istis­na olmaqla, göylər və yer dur­duq­ca on­lar orada əbədi qa­la­caqlar. Həqi­qətən, Rəbbin is­tə­diyini edən­dir.
108. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəb­bi­nin istədiyi is­tisna olmaq­la, göy­lər və yer durduqca on­lar orada əbə­di qalacaqlar. Bu, tü­kən­məz bir sovqatdır.
109. Onların nəyə ibadət et­dik­lərinə şübhə etmə. Onlar da ata­la­­rının əv­vəl­lər ibadət etdi­yi kimi ibadət edirlər. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam verəcəyik.
110. Biz Musaya Kitab ver­dik, lakin onun barəsində də ixtilaf düş­dü. Əgər Rəbbin tə­rəfindən əzəldən bir Söz ol­ma­­saydı, arala­rın­da dərhal hökm ve­ri­lərdi. Hə­qiqətən, onlar Qu­ran ba­rə­sin­də də şübhə do­ğuran şəkk içində­dirlər.
111. Şübhəsiz ki, Rəbbin on­la­rın hər birinə əməllərinin əvə­­zini tam verə­cək­dir. Şübhəsiz ki, Allah onların nə etdik­lə­rin­dən xəbər­dar­dır.
112. Sənə əmr edildiyi kimi sən də, sə­ninlə birlikdə tövbə edən­lər də doğ­ru yolda olun. Həddi aşmayın, çünki O, si­zin nə et­dik­lə­ri­nizi görür.
113. Zalımlara meyl etmə­yin, yoxsa sizə od toxunar. Si­zin Allah­­dan başqa dostları­nız yoxdur. Sonra sizə kömək də olun­maz.
114. Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır.
115. Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mü­ka­fatını puç etməz.
116. Heç olmasa, sizdən əv­vəlki nə­sillərdə yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız xilas et­diyimiz az bir qismi belə idi. Zülm edən­lər isə onlara veril­miş dünyanın ləz­­zətinə uydu­lar və günahkar ol­du­lar.
117. Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o öl­kəni haq­sız yerə məhv etməz.
118. Əgər Rəbbin istəsəydi, in­sanları vahid bir ümmət edər­di. Am­ma onlar elə hey ixti­laf­da­dırlar.
119. Yalnız Rəbbinin rəhm etdiyi şəxs­lərdən başqa. Allah on­ları bunun üçün yaratdı. Rəb­bi­nin: “Mən Cəhən­nə­mi bütün gü­nahkar cin­lər və insanlarla dol­du­racağam!” Sözü yerinə yetə­cək.
120. Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bu­nun­la sənin ürə­yi­ni möh­kəm­ləndirək. Bu ayələrdə sənə hə­qi­qət, mö­min­lərə də öyüd-nəsi­hət və xatır­latma vəhy edil­miş­dir.
121. İman gətirməyənlərə de: “Əli­niz­dən gələni edin, biz də edə­cəyik.
122. Gözləyin! Biz də gözlə­yirik”.
123. Göylərin və yerin qey­bi Allaha məxsusdur. Bütün iş­lər də Ona qayı­dacaq­dır. Elə isə yal­nız Ona ibadət et və yal­nız Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən qafil deyil­dir.
Icon