ترجمة سورة الحاقة

الترجمة الأذرية
ترجمة معاني سورة الحاقة باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Haqq olan Qiyamət!
2. Nədir haqq olan Qiya­mət?
3. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
4. Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar.
5. Səmud tayfası qorxunc bir səslə məhv edildi.
6. Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi.
7. Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din.
8. Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi?
9. Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər.
10. Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı.
11. Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq.
12. Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik.
13. Sur bircə dəfə üfürülə­cə­yi,
14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –
15. həmin gün Vaqiə qopa­caq.
16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
17. Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq.
18. O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək.
19. Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı!
20. Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam”.
21. O, xoşbəxt həyat sürə­cək­ –
22. uca bir Cənnətdə –
23. elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq.
24. Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­.
25. Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi!
26. Hesabımdan da xəbərim olma­yaydı!
27. Kaş ilk ölümüm həmi­şəlik olaydı!
28. Var-dövlətim məni əzab­dan qur­tarmadı.
29. Hökmranlığım da məhv olub getdi”.
30. Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin!
31. Sonra da Cəhənnəmə atın!
32. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
33. Çünki o, Böyük Allaha iman gətirmirdi
34. və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi.
35. Bu gün burada onun üçün bir dost tapılmaz.
36. Qanlı irindən başqa ye­məyi də yoxdur.
37. Onu ancaq günahkarlar yeyər”.
38. And içirəm həm gör­dük­lərinizə,
39. həm də görmədiklə­ri­ni­zə!
40. Bu, möhtərəm bir Elçi­nin sözü­dür.
41. O, şair sözü deyil! Ne­cə də az inanırsınız!
42. O, kahin sözü də deyil­! Necə də az düşünürsü­nüz!
43. O, aləmlərin Rəbbi tərə­findən vəhy edilmişdir!
44. Əgər Muhəmməd bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di,
45. Biz onu sağ əlindən ya­xalayar,
46. sonra da şah damarını kəsərdik.
47. İçərinizdən heç kəs buna mane ola bilməzdi.
48. Həqiqətən, bu Quran müt­təqilər üçün bir nəsihətdir.
49. Aranızdan Quranı yalan sayan­lar olduğunu da bilirik!
50. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
51. Sözsüz ki, bu Quran əsl həqi­qətdir.
52. Elə isə Böyük Rəbbinin adına tə­riflər de!
Icon