ترجمة سورة الزخرف

الترجمة الأذرية
ترجمة معاني سورة الزخرف باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ha. Mim.
2. Bu aydın Kitaba and ol­sun!
3. Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.
4. Şübhəsiz ki, o, yanı­mız­da­kı Ana Kitabdandır. O, ucadır, hik­mət­lə dolu­dur.
5. Siz həddi aşan adamlar oldu­ğunu­za görə, Biz Zikri si­zə çat­dır­maqdan vaz keçməli­yik?
6. Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.
7. Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoy­ma­sınlar.
8. Biz onlardan daha qüv­vətli olanları məhv etdik. Əv­vəlki­lərin aqi­bəti ötüb keçmiş­dir.
9. Əgər sən onlardan: “Göy­ləri və yeri kim yaratmışdır?”– deyə so­ruşsan, mütləq: “On­la­rı Qüdrətli və Bilən Allah ya­rat­mışdır!”– de­yə­cəklər.
10. O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə bilə­siniz.
11. Göydən lazım olduğu qə­dər su endirildi. Biz onunla ölü bir di­yarı di­ril­tdik. Siz də be­ləcə dirildilib çı­xa­rıla­caq­sınız.
12. O, bütün canlıları və bit­ki­ləri cüt ya­ratdı. Mindiyiniz gə­miləri və heyvanları yaratdı ki,
13. onların belinə, yaxud gö­yərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini yada salıb deyə­si­niz: “Bunu bi­zə ram edən Allah pakdır, müqəd­dəs­dir. Yoxsa bi­zim ona gücümüz çatmaz­dı.
14. Şübhəsiz ki, biz Rəbbi­mizə qayı­dacağıq”.
15. Müşriklər Allahın qulla­rın­dan bə­zisini Onun bir his­səsi qə­bul et­dilər (Ona övlad­lar və şəriklər qoşdular). Həqi­qə­tən, insan açıq-aydın nankordur.
16. Yoxsa Allah yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün seçmiş­dir?
17. Onlardan birinə, Mərhə­mətli Allaha aid etdikləri qız uşa­ğı ilə müj­də verilsə, hir­sindən üzü qapqara qaralar.
18. Onlar zinət içində böyü­dülən və çəkişmə zamanı ay­dın da­nı­şa bilməyən qızları­mı Allaha isnad edirlər?
19. Onlar Mərhəmətli Allahın qul­ları olan mələkləri qız he­sab et­dilər. Məgər on­lar mələk­lərin yaradılışının şahidi olub­lar? On­la­rın bu şahidliyi ya­zı­lacaq və buna görə cavab ver­məli olacaqlar.
20. Onlar dedilər: “Əgər Mər­həmətli Allah istəsəydi, biz on­lara iba­dət et­məzdik!” Onların bu haqda heç bir bi­liyi yoxdur. Onlar an­caq yalan danı­şırlar.
21. Bəlkə onlara bundan əv­vəl kitab vermişik və onlar da ona is­tinad edir­lər?
22. Xeyr! Müşriklər: “Biz ata­larımızı bu yolda gördük və biz də on­ların yo­lunu tutub ge­də­cəyik!”– deyirlər.
23. Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: “Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!”– dedilər.
24. Peyğəmbər dedi: “Əgər sizə ata­la­rınızın tutduğu o yol­dan da­ha doğ­ru­sunu göstər­səm necə?” Onlar dedilər: “Biz si­zin­lə gön­də­rilənləri inkar edi­rik”.
25. Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sa­yan­la­rın aqibəti necə oldu.
26. Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin ibadət etdikləri­niz­dən uzağam.
27. Yalnız məni yaradan­dan başqa! Şübhəsiz ki, O məni doğru yo­la yönəl­dəcək”.
28. O, bu “lə ilahə illəl­lah” kəl­mə­si­ni öz nəsli ara­sında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə doğru yola qa­yıt­sın­lar.
29. Doğrusu, Mən bunlara da, ata­la­rına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.
30. Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmı­rıq!”– dedilər.
31. Onlar dedilər: “Nə üçün bu Qu­ran iki şəhərdən (Mək­kə­dən və ya Taif­dən) olan bö­yük bir adama nazil edil­mədi?”
32. Sənin Rəbbinin mərhə­mətini on­larmı bölüşdürürlər? Biz dün­ya həya­tında onla­rın dolanışıqlarını aralarında bö­lüşdürdük. Bi­ri digəri­ni öz ya­nına iş­çi götürsün deyə, bəzi­lərinin dərəcə­lə­rini di­gərlərin­dən üstün etdik. Sənin Rəb­bi­nin mərhəməti onların yığ­dıq­la­rından daha xeyirlidir.
33. Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çe­vrilmək təh­lü­kəsi ol­masaydı, Mərhəmətli Allahı in­kar edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı da gümüşdən edər­dik,
34. evlərinin qapılarını və söykən­dik­ləri taxtları da,
35. üstəlik, zinət də verərdik. Bütün bunlar sadəcə dünya hə­ya­tı­nın keçici zövqüdür. Axirət isə sənin Rəbbinin ya­nında an­caq Allah­dan qorxanlar üçün­dür.
36. Kim Mərhəmətli Allahın zik­rin­dən üz döndərsə, Biz şey­tanı ona cala­yar və o da ona yol­daş olar.
37. Əlbəttə ki, şeytanlar on­ları haqq yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edə­r­lər.
38. Nəhayət, o, hüzurumu­za gəldik­də yoldaşına deyər: “Kaş ki, mə­nimlə sə­nin aranda məş­riqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”
39. Onlara deyilər: “Siz haq­sızlıq etdi­yinizə görə bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz!”
40. Sənmi karlara eşitdirə­cəksən, ya­xud korları və aşkar az­ğın­lıq için­də olanları doğru yola yönəldəcəksən?
41. Biz səni götürüb apar­saq da, yenə onlardan mütləq inti­qam ala­ca­ğıq.
42. Yaxud onlara vəd etdi­yi­mizi sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz çatar.
43. Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.
44. Doğrusu, bu Quran sə­nin üçün və sənin xalqın üçün bir şə­rəf­dir. Siz sor­ğu-suala tu­tulacaqsınız.
45. Səndən əvvəl göndərdi­yimiz el­çilərdən – onların da­vam­çı­la­rın­dan soruş; Biz Mər­hə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­mı icad et­mi­şik?
46. Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun əyanları­nın ya­nı­na gön­dər­dik. Musa de­di: “Mən aləmlərin Rəb­bi­nin elçisiyəm!”
47. Musa dəlillərimizi onla­ra bəyan edən kimi onlar buna gül­dü­lər.
48. Bizim onlara göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­lər­dən da­ha da üs­tün idi. Biz on­ları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qa­yıdalar.
49. Onlar: “Ey sehrbaz! Sə­nə verdiyi əhd xatirinə Rəb­bi­nə biz­dən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.
50. Biz əzabı onlardan uzaq­laşdıran kimi, sözlərindən dön­dü­lər.
51. Firon qövmünü çağırıb dedi: “Ey qövmüm! Misir səl­tə­nə­ti və al­tım­dan axan bu çaylar mənim deyilmi? Məgər görmür­sü­nüz?
52. Ya da mən bu aciz və az qala sö­zünü belə aydın başa sala bil­məyən adam­dan daha üstün deyiləmmi?
53. Nə üçün ona qızıl bilər­ziklər ta­xılmayıb və onunla bir­likdə bir-birinin ardınca mə­lək­lər gəlməyib?”
54. Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Hə­qi­qə­tən, onlar fasiq adamlar idi­lər.
55. Onlar Bizi qəzəbləndir­dikdə on­lardan intiqam alıb ha­mısını də­nizdə ba­tırdıq.
56. Biz onları sonradan gə­lənlərə sələf və ibrət et­dik.
57. Məryəm oğlu örnək gös­tərilincə sənin xalqın sevinc­dən gül­dü.
58. Onlar dedilər: “Bizim mə­bud­ları­mız yaxşıdır, yoxsa o?” On­lar bunu sə­nə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar hö­cətləşən adamlardır.
59. O, yalnız və yalnız Bi­zim nemət verdiyimiz və İsrail oğul­la­rı­na nümunə etdiyimiz bir quldur.
60. Əgər istəsəydik, yer üzün­də içi­nizdən sizi əvəz edə­cək mə­lək­lər ya­ra­dardıq.
61. Həqiqətən, İsanın yer üzü­nə enmə­si Saatın yaxınlaş­ması­nın əla­məti­dir. Qi­yamətə şəkk et­mə­yin və Mənə tabe olun. Bu, doğru yoldur!
62. Şeytan sizi doğru yoldan döndər­məsin. Şübhəsiz ki, o si­zin açıq-aydın düşmə­niniz­dir.
63. İsa aydın dəlillərlə gəl­diyi za­man dedi: “Mən sizə hik­mət gə­tir­mi­şəm və barə­sində ziddiyyətə düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahdan qorxun və mənə itaət edin!
64. Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
65. Firqələr öz aralarında ix­tilafa düşdülər. Ağrılı-acılı bir gü­nün əza­bın­dan vay zalımla­rın halına!
66. Onlar özləri də hiss et­mədən o Saatın qəflətən on­la­ra gəl­mə­sin­dən baş­qa bir şey­mi gözləyirlər?
67. O gün müttəqilərdən baş­qa bü­tün dostlar bir-birinə düş­mən kə­silə­cəklər.
68. Ey qullarım! Həmin gün sizə qorxu yox­dur və siz heç kə­dər­lənməyə­cəksiniz də.
69. Siz ayələrimizə iman gə­tirib mü­səlman olmusunuz.
70. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun!
71. Onlar üçün qızıl sinilər və piya­lələr dolandırılacaq. Ora­da nəfslərin istədiyi və göz­lərə xoş gələn hər şey ola­caq­. Siz ora­da əbədi qalacaq­sınız.
72. Xeyirxah əməllərinizin nə­ticəsi kimi varis olduğunuz Cən­nət budur.
73. Orada sizin üçün bol-bol mey­və­lər var, onlardan ye­yə­cək­siniz.
74. Şübhəsiz ki, günah­kar­lar əbədi olaraq Cəhənnəm əzabı için­də qalacaq­lar.
75. Onların əzabı yüngül­ləş­diril­mə­yə­cək və onlar orada na­ümid qa­lacaq­lar.
76. Biz onlara zülm et­mə­dik, lakin onlar özləri zalım idilər.
77. Onlar Cəhənnəm gözət­çi­si­ni çağı­rıb deyəcəklər: “Ey Ma­lik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz bu­rada əbədi qala­caq­sınız!”– de­yəcək.
78. Biz sizə haqqı təqdim et­dik, lakin çoxunuz haqqı xoş­la­mır­dı.
79. Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qə­ra­rı Biz veri­rik.
80. Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli da­nışıq­la­rı­nı eşitmi­rik? Xeyr! Yanlarında əməllə­ri­ni ya­zan elçi­lə­ri­miz var.
81. De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olar­dım.
82. Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və on­la­rın Ona aid etdikləri sifət­lərdən uzaqdır!”
83. Onları burax, qoy vəd olunduq­ları günə qovuşana­dək batil iş­lərə dal­sınlar və bir müd­dət əylənsinlər.
84. Göydə də məbud, yerdə də mə­bud yalnız Odur. O, Hikmət sa­hibidir, Bilən­dir.
85. Göylərin, yerin və onla­rın ara­sın­da olan hər şeyin sa­hibi olan Allah nə qə­dər xeyir­xahdır! O Saat (Qiyamət) haqqında bil­gi Ondadır və siz Onun hü­zu­ru­na qay­tarılacaqsınız.
86. Müşriklərin Onu qoyub yalvar­dıq­ları tanrılar şəfaət ve­rə bil­məz­lər. Mə­nasını bilə­rək haqqa şəhadət verən­lər isə is­tisnadır.
87. Əgər onlardan özlərini kimin ya­ratdığını soruşsan, əl­bəttə: “Allah!”– de­yərlər. Gör necə də haqdan döndəri­lir­lər!
88. Peyğəmbər dedi: “Ey Rəb­bim! Bun­lar iman gətirmə­yən adam­lardır!”
89. Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə bilə­cək­lər.
Icon