ترجمة سورة الشعراء

الترجمة الأذرية
ترجمة معاني سورة الشعراء باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ta. Sin. Mim.
2. Bunlar aydın Kitabın ayə­ləridir.
3. Onların iman gətirmə­di­yinə görə özünü həlakmı edə­cəksən?
4. Biz istəsəydik, göydən on­lara elə bir əlamət göndə­rərdik ki, onun önün­də başları itaət­karlıqla əyilərdi.
5. Mərhəmətli Allahdan on­lara elə bir ayə gəlməz ki, on­dan üz çe­virməsinlər.
6. Onlar ayələri uydurma say­dılar. Məs­xərəyə qoyduqla­rı­nın xə­bəri onlara ye­tişəcək.
7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdi­yimizi gör­mür­lər?
8. Həqiqətən də, bunda bir əlamət var. Lakin onların ək­sə­riy­yəti mö­min olmadı.
9. Bəli, sənin Rəbbin Qüd­rətlidir, Rəhm­lidir.
10. Bir zaman Rəbbin Mu­saya de­mişdi: “Get o zalım qöv­mün –
11. Firon xalqının yanına! Onlar qorx­murlarmı?”
12. Musa dedi: “Ey Rəbbim! Qor­xu­ram ki, onlar məni ya­lançı he­sab edə­lər,
13. belə olduqda ürəyim sı­xı­lar, dilim də söz tutmaz. Buna görə Ha­runa da vəhy göndər.
14. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öl­dü­rə­cəklərindən qorxu­ram”.
15. Allah dedi: “Xeyr, bu müm­kün de­yil! İkiniz də möcü­zə­lə­ri­miz­lə onların yanına ge­din! Şübhəsiz ki, Biz də sizin­ləyik, hər şeyi eşi­dirik.
16. Fironun yanına gedib de­yin: “Biz aləmlərin Rəbbinin el­çi­lə­ri­yik!
17. İsrail oğullarını bizimlə göndər!”
18. Firon dedi: “Biz səni kör­pə ikən himayəmizə alıb böyütmə­dik­mi? Sən öm­rünün bəzi illərini bizimlə ya­şamadınmı?
19. Elədiyin pis əməli də elə­din. Doğ­rudan da, sən bir nan­kor­san!”
20. Musa dedi: “Mən onu edəndə na­dan olmuşam.
21. Mən sizdən qorxduğum üçün ya­nı­nızdan qaçıb get­dim. Am­ma son­ra­dan Rəbbim mə­nə hökmranlıq verdi və məni el­çi­lər­dən et­di.
22. Başıma qaxdığın o ne­mə­tin də İs­rail oğullarını özünə kölə et­məyindir”.
23. Firon dedi: “Aləmlərin Rəbbi nə­dir?”
24. Musa dedi: “Əgər yə­qin­liklə ina­nırsınızsa, bilin ki, O, göylə­rin, yerin və onların ara­sında olanların Rəbbidir!”
25. Firon ətrafındakılara de­di: “Onun nə danışdığını eşit­mir­si­niz­mi?”
26. Musa dedi: “O sizin də, ulu baba­larınızın da Rəbbi­dir!”
27. Firon dedi: “Sizə gön­də­rilmiş bu elçi, sözsüz ki, dəli­dir!”
28. Musa dedi: “Əgər anla­yır­sınızsa, bilin ki, O, şərqin, qər­bin və bunların arasında olan­ların Rəbbidir!”
29. Firon dedi: “Əgər mən­dən baş­qa­sına sitayiş etsən, sə­ni məh­busların ya­nına ata­ram!”
30. Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
31. Firon dedi: “Əgər doğru danı­şan­lardansansa, göstər onu!”
32. Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çev­rildi.
33. Əlini qoynundan çıxar­dan kimi o, baxanların gözü qa­ba­ğın­da ağap­paq nur saçan bir əl oldu.
34. Firon ətrafındakı zadə­ganlara de­di: “Həqiqətən də, bu, bi­lik­li bir sehr­bazdır!
35. O öz sehri ilə sizi torpa­ğınızdan çıxartmaq istəyir. Nə təklif edir­siniz?”
36. Onlar dedilər: “Onu qar­daşı ilə bir qədər gözlət və şə­hə­r­lə­rə adam yığanlar gön­dər ki,
37. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38. Beləliklə, sehrbazlar bəl­li bir gü­nün müəyyən edilmiş vax­tın­da toplan­dı­lar.
39. Camaata deyildi: “Siz də yığışırsı­nızmı?
40. Əgər sehrbazlar qalib gəl­sələr, ola bilsin ki, biz də on­la­ra ta­be olaq”.
41. Sehrbazlar gələn kimi Fi­rona de­di­lər: “Əgər qalib gəl­sək, bi­zə mükafat ve­riləcəkmi?”
42. Firon dedi: “Bəli! Belə ola­cağı təq­dirdə sizi özümə yaxın adam­lardan edə­cəyəm”.
43. Musa onlara dedi: “Nə ata­caqsı­nızsa, atın!”
44. Onlar iplərini və əsa­ları­nı ye­rə atıb: “Fironun qüdrə­ti­nə and ol­sun ki, biz qalib gə­lə­cəyik!”– dedilər.
45. Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şey­ləri ud­du.
46. Sehrbazlar səcdəyə qa­pan­dılar
47. və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
48. Musanın və Harunun Rəb­binə!”
49. Firon dedi: “Mən sizə izin vermə­mişdən əvvəl siz ona iman­mı gə­tir­di­niz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Tez­liklə biləcəksi­niz! Mən sizin əllərinizi və ayaq­la­rınızı çar­paz kəs­dirib ha­mınızı çar­mıxa çəkdi­rə­cəyəm”.
50. Onlar dedilər: “Zərər yox, biz on­suz da öz Rəbbi­mizə qa­yı­da­cağıq.
51. Biz Firon xalqı arasın­dan ilk iman gətirənlər ol­duğu­mu­za gö­rə Rəbbi­miz­dən günah­la­rımızı bağışlayacağını umu­ruq”.
52. Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx. Çünki siz tə­qib oluna­caq­sı­nız”– deyə vəhy etdik.
53. Firon şəhərlərə əsgər top­layanlar göndərdi.
54. O dedi: “Bunlar kiçik bir dəstədir.
55. Onlar bizi qəzəbləndir­mişlər.
56. Biz hamımız ayıq-sayıq olmalı­yıq”.
57. Biz o zalım tay­fanı bağ­lar­dan və çeşmələrdən çıxartdıq;
58. xəzinələrdən və gözəl yerlərdən də qovduq.
59. Beləcə, Biz İsrail oğul­la­rını o yer­lərə varis etdik.
60. Günəş üfüqdən qalxar­kən Firon öz əsgərləri ilə on­ları təqib et­mə­yə başladı­lar.
61. İki dəstə bir-birini gö­rün­cə Musa­nın səhabələri: “Biz ya­­xa­la­nacağıq!”– de­dilər.
62. Musa dedi: “Xeyr, Rəb­bim mə­nim­lədir. O mənə doğ­ru yol gös­tərə­cək­!”
63. Biz Musaya: “Əsanla də­nizə vur!”– deyə vəhy etdik. Də­niz dər­hal ya­rıldı, on iki yol açıl­dı və hər biri nəhəng bir dağ ki­mi oldu.
64. O birilərini də ora ya­xın­laşdır­dıq.
65. Musa və onunla birlikdə olan­la­rın hamısını xilas etdik.
66. O birilərini isə suya qərq etdik.
67. Şübhəsiz ki, bu heka­yətdə bir ibrət vardır. Lakin onların çoxu iman gə­tir­mə­di.
68. Həqiqətən, sənin Rəbbin Qüdrət­lidir, Rəhmlidir.
69. Onlara İbrahimin əh­va­latını da oxu.
70. Bir zaman o öz atasına və tayfa­sına: “Nəyə ibadət edir­si­niz?”– demiş­di.
71. Onlar dedilər: “Biz büt­lə­rə iba­dət edir və onlara tapın­maq­da davam edi­rik”.
72. O dedi: “Onlara yalvar­dığınız za­man sizi eşidirlərmi?
73. Yaxud sizə xeyir və ya zərər ve­rirlərmi?”
74. Onlar dedilər: “Xeyr, am­ma biz öz atalarımızın belə et­dik­lə­ri­ni gör­dük”.
75. O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü –
76. həm siz, həm də ulu ba­balarınız?
77. Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir.
78. O Rəbb ki, məni yarat­mış və mə­ni doğru yola yö­nəlt­miş­dir;
79. O Rəbb ki, məni yedirdir və içir­dir;
80. O Rəbb ki, xəstələndi­yim zaman mənə şəfa verir;
81. O Rəbb ki, məni öldü­rə­cək, son­ra dirildəcəkdir;
82. O Rəbb ki, Haqq-hesab günü xə­talarımı bağışlayaca­ğı­nı On­dan umu­ram.
83. Ey Rəbbim! Mənə hik­mət ver və məni əməlisalehlə­rə qo­vuş­dur!
84. Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yax­şı ad qis­mət elə!
85. Məni Nəim bağının va­rislərin­dən et!
86. Atamı bağışla! Çünki o, azmış­lar­­dandır.
87. Onların dirildiləcəyi gün məni rüsvay etmə!
88. O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda ver­ər.
89. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa!”
90. Cənnət müttəqilərə ya­xın­laşdı­rı­lar.
91. Cəhənnəm də azğınlara göstəri­lər.
92. Onlara deyilər: “Hanı si­zin ibadət etdikləriniz –
93. Allahdan başqa pənah apar­dıqla­rı­nız? Onlar sizə kö­mək edə bilərlər­mi, ya­xud öz­lərinə köməkləri dəyə bilər­mi?”
94. Onlar azğınlarla birlik­də Cəhən­nə­mə atılarlar,
95. İblisin bütün əsgərləri də, həmçinin.
96. Onlar orada höcətləşə­rək deyər­lər:
97. “Allaha and olsun ki, biz açıq-ay­dın azğınlıq içində idik –
98. o vaxt ki, biz sizi aləm­lərin Rəb­binə tay tuturduq.
99. Bizi ancaq günahkarlar azdırdı.
100. İndi isə bizim nə şə­fa­ət­çi­ləri­miz,
101. nə də bizə canıyanan bir dos­tu­muz var!
102. Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olar­dıq!”
103. Şübhəsiz ki, bunda bir ibrət var­dır. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi.
104. Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.
105. Nuh tayfası da elçiləri yalançı saydı.
106. O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorx­mur­su­nuz?
107. Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir el­çi­yəm.
108. Allahdan qorxun və mə­nə itaət edin.
109. Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.
110. Allahdan qorxun və mə­nə itaət edin!”
111. Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu hal­da biz sənə ina­narıqmı?”
112. Nuh dedi: “Mən on­la­rın nə et­dik­lərini bilmirəm!
113. Onların haqq-hesabı yal­nız Rəb­bimə aiddir. Kaş başa dü­şəy­di­niz!
114. Mən iman gətirənləri qovan de­yiləm.
115. Mən yalnız açıq-aşkar bir qor­xudanam”.
116. Onlar dedilər: “Ey Nuh! Əgər də­vətinə son qoymasan, müt­ləq daşqalaq ediləcəksən”.
117. Nuh dedi: “Ey Rəbbim! Qöv­müm məni yalançı hesab etdi.
118. Mənimlə onların ara­sın­da qəti hökm ver, məni və mə­nimlə bir­lik­də olan möminləri əzabdan qurtar!”
119. Biz onu və onunla bir­likdə olan­ları yüklü gəmidə xi­las et­dik.
120. Yerdə qalanları isə su­ya qərq et­dik.
121. Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi.
122. Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.
123. Ad tayfası da elçiləri yalançı saydı.
124. O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorx­mur­su­nuz?
125. Həqiqətən, mən sizin üçün eti­bar etməli olduğunuz bir el­çi­yəm.
126. Allahdan qorxun və mə­nə itaət edin!
127. Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.
128. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurur­sunuz (hündür bi­nalarmı tikir­siniz)?
129. Sanki əbədi qalacaq­sı­nız deyə qalalarmı tikir­siniz?
130. Bir kəsi yaxaladığınız za­man qəd­dar hökmdar kimi ya­xa­la­yır­sı­nız?
131. Allahdan qorxun və mə­nə itaət edin!
132. Bildiyiniz nemətləri si­zə verən­dən qorxun.
133. O sizə heyvanat və oğul-uşaq ver­di,
134. üstəlik bağlar və çeş­mə­lər də əta etdi.
135. Mən sizə üz verəcək bö­yük gü­nün əzabından qor­xu­ram”.
136. Onlar dedilər: “Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün birdir.
137. Bu, yalnız və yalnız əv­vəlkilərin adətidir.
138. Biz əzaba düçar olan da deyi­lik”.
139. Onlar onu yalançı say­dılar. Biz də onları məhv et­dik. Şüb­hə­siz ki, bun­da bir ibrət var. Lakin onların əksə­riy­yəti iman gə­tir­mədi.
140. Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.
141. Səmud tayfası da elçi­ləri yalan­çı saydı.
142. O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmur­su­nuz?
143. Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.
144. Allahdan qorxun və mə­nə itaət edin.
145. Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fatım ancaq aləm­lərin Rəbbinə aiddir.
146. Məgər siz burada olan­ların için­də sərbəst buraxıla­caq­sı­nız?
147. Bağlar və bulaqlar için­də,
148. əkinlər və yumşaq mey­vəli xur­malıqlar içində arxa­yın­lıqla qa­lacaqsınız?
149. Dağlardan məharətlə ev­lər yo­nub düzəldəcəksiniz?
150. Allahdan qorxun və mə­nə itaət edin!
151. Həddi aşanların əmri­nə tabe ol­mayın.
152. Onlar yer üzündə fə­sad törədir və özlərini günahdan tə­miz­lə­mirlər”.
153. Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən.
154. Sən də bizim kimi an­caq bir in­sansan. Əgər doğru da­nı­şan­lar­dan­san­sa, bizə bir möcüzə göstər”.
155. Saleh dedi: “Möcüzə bu dişi də­vədir! Onun da, sizin də mü­əy­yən edil­miş vaxtlarda su içmək haqqınız var­dır. (Bir gün o su iç­məli, bir gün də siz su içməlisiniz).
156. Ona heç bir pislik et­mə­yin, yox­sa böyük günün əzabı sizi ya­xalayar”.
157. Onlar dəvə­nin diz və­tə­rini kəs­dilər, sonra da peş­man ol­du­lar.
158. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət var­dır. La­kin onların əksəriy­yəti yenə iman gətirmədi.
159. Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.
160. Lut tayfası da elçiləri yalançı saydı.
161. O vaxt qardaşları Lut onlara de­di: “Məgər qorx­mur­sunuz?
162. Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.
163. Allahdan qorxun və mə­nə itaət edin!
164. Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.
165. Doğrudanmı siz insan­lar içində ancaq kişilərlə ya­xın­lıq edir
166. və Rəbbinizin sizin üçün yarat­dığı qadınlarınızı tərk edir­si­niz? Siz, hə­qiqətən də, həddi aşan adamlarsı­nız”.
167. Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoyma­san, müt­ləq qovu­lan­lardan ola­caq­san!”
168. O dedi: “Mən sizin əməl­lərinizə nifrət edən­lərdə­nəm.
169. Ey Rəbbim! Məni və ailə­mi on­ların tutduqları işdən xi­las et!”
170. Biz onu və onun bütün ailəsini xilas etdik.
171. Geridə qalanlar arasın­dakı yaşlı qadından başqa.
172. Sonra da o birilərini yerlə yeksan etdik.
173. Biz onların üstünə daş­lardan ya­ğış yağdırdıq. Qorxu­dulan­la­rın yağışı nə yaman imiş!
174. Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi.
175. Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.
176. Əykə əhli də elçiləri ya­lançı saydı.
177. O vaxt Şueyb on­lara de­di: “Mə­gər qorxmur­sunuz?
178. Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.
179. Allahdan qorxun və mə­nə itaət edin!
180. Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.
181. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
182. Düz tərəzi ilə çəkin.
183. İnsanların əşyalarını ək­sik ver­məyin və yer üzündə fə­sad ya­ya­raq pis işlər gör­mə­yin.
184. Sizi və əvvəlki nəsilləri Yara­dan­dan qorxun!”
185. Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən.
186. Sən də bizim kimi an­caq bir in­sansan. Biz səni yalan­çı­lar­dan biri he­sab edirik.
187. Əgər doğru danışan­lar­dan­san­sa, göyün bir parça­sını üs­tü­mü­zə en­dir”.
188. Şueyb dedi: “Rəbbim si­zin nələr etdiyinizi daha yaxşı bi­lir”.
189. Onlar isə onu yalançı saydılar və buna görə də köl­gə­li gü­nün əzabı on­ları yaxa­ladı. Həqiqətən, o, böyük bir gü­nün əzabı idi.
190. Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi.
191. Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.
192. Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir.
193. Onu sadiq ruh Cəb­rail endir­di –
194. sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan.
195. Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi.
196. Şübhəsiz ki, o, keçmiş üm­mət­lə­rin kitablarında da xa­tır­la­nır.
197. Məgər İsrail oğulların­dan olan alimlərin onu bilmə­lə­ri bun­lar üçün bir dəlil de­yil­mi?
198. Əgər Biz onu ərəb ol­ma­yan­lar­dan birinə nazil et­səy­dik
199. və o, bunu onlara oxu­saydı, ye­nə də ona iman gətir­məz­di­lər.
200. Biz küfrü günahkar­la­rın qəlbinə belə salarıq.
201. Onlar ağrılı-acılı əzabı gör­məyə­nə­dək ona inanmaz­lar.
202. O əzab onlara özləri də hiss et­mədən qəflətən gələcək­.
203. Onlar deyəcəklər: “Bi­zə möhlət veriləcəkmi?”
204. Yenədəmi əzabımızın tez gəl­mə­sini istəyirlər?
205. Bilirsənmi, əgər onlara illərcə fi­ravanlıq nəsib etsək,
206. sonra vəd olunduqları əzab on­la­ra yetişsə,
207. onlara nəsib olmuş fi­ra­vanlıq, əzabımızı onlardan dəf edə bil­məz.
208. Biz heç bir kəndi onu xə­bərdar edənlər olmadan məhv et­mə­dik.
209. Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün gön­dər­dik. Biz əsla zalım olma­mışıq!
210. Quranı şeytanlar endir­mədi.
211. Onlar buna layiq deyil­lər və heç bunu bacarmazlar da.
212. Çünki onlar vəhyə qu­laq asmaq­dan kənar edilmiş­dilər.
213. Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yox­sa əzaba düçar edilən­lər­dən olarsan.
214. Ən yaxın qohumlarını qorxut!
215. Sənə tabe olan mömin­ləri qana­dının altına al (onlara qarşı tə­vazö­kar ol)!
216. Əgər onlar sənə asi ol­sa­lar, de: “Şüb­­həsiz ki, mən si­zin et­di­yiniz əməl­lərdən uza­ğam!”
217. Qüdrətli və Rəhmli ola­n Allaha tə­vək­kül et!
218. O səni namaza du­ran­da da gö­rür,
219. səcdə edənlər içində hə­rəkət edəndə də.
220. Həqiqətən də, O, Eşi­dəndir, Bi­ləndir!
221. Şeytanların kimə nazil olduq­la­rını sizə xəbər ve­rim­mi?
222. Onlar hər bir yalançıya və gü­nahkara nazil olarlar.
223. Şeytanlar vəhydən eşit­diklərini ka­­­hinlərə təlqin edir­lər. Hal­bu­ki onların ək­səriyyəti ya­lançıdır!
224. Şairlərə gəldikdə isə, on­lara an­caq azmışlar uyar.
225. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gə­zir (hər möv­zu­da şer uydurur)
226. və etmədikləri şeylərdən danışırlar?
227. Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsız­lığa məruz qaldıqdan sonra İslam dinini müdafiə edənlərdən başqa. Zalım­lar isə qayıdacaqları yeri mütləq bilə­cəklər.
Icon