ترجمة سورة القصص

الترجمة الأذرية
ترجمة معاني سورة القصص باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ta. Sin. Mim.
2. Bu, açıq-aydın Kitabın ayə­ləridir.
3. Biz sənə, iman gətirən in­sanlar üçün, Musa ilə Fironun əh­va­la­tı­nı ol­duğu kimi oxuya­cağıq.
4. Həqiqətən, Firon yer üzün­də təkəb­bürlük göstərib onun əha­li­sini zümrə­lərə bölmüşdü. Firon onlardan bir züm­rəni zə­if­lədir, on­ların oğlan uşaqları­nı öldürür, qadınlarını isə sağ bu­raxırdı. Hə­qi­qətən, o, fitnə-fəsad törədənlərdən idi.
5. Biz istədik ki, həmin yer­də aciz qa­lanlara mərhəmət göstə­rək, onları öndə gedənlər və varislər edək,
6. yer üzündə onlara hökm­ranlıq bəxş edək, Firona, Ha­ma­na və onların əsgərlərinə qor­xub çəkindikləri şeyi gös­tərək.
7. Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorx­duq­da isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sə­nə qay­ta­­racaq və onu elçi­lə­ri­mizdən biri edəcəyik”– deyə vəhy etdik.
8. Fironun ailəsi onu tapıb gö­tür­dü­ ki, axırda onlara düş­mən və başlarına bəla ol­sun. Hə­qiqətən, Firon, Haman və on­la­rın əs­gər­ləri günahkar idi­lər.
9. Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sə­nin üçün gözay­dın­lı­ğıdır. Onu öl­dürməyin. Ola bilsin ki, o bizə bir fay­da verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonu­nu bilmirdilər.
10. Musanın anasının ürəyi boş qal­mışdı (övlad dərdindən baş­qa heç bir şey haqda dü­şün­mürdü). Əgər Biz, və­dimizə ina­nan­lar­dan olsun deyə, onun qəl­binə səbir ver­məsəydik, az qa­la gör­düyü işi açıb bildi­rə­cəkdi.
11. Anası onun bacısına: “Onun da­lınca get!”– dedi. O da heç ki­mə hiss et­dirmədən kə­nardan Musaya göz qoyur­du.
12. Daha öncə Biz ona öz ana­sından başqa bütün süd ana­la­rı­nın döşü­nü əmməyi qadağan etmişdik. Musa­nın ba­cısı dedi: “Si­zin üçün onun qay­ğı­sına qalacaq və ona qarşı xe­yirxah ola­caq bir ailəni sizə gös­tərimmi?”
13. Beləliklə, Biz onu öz ana­sına qay­tardıq ki, gözü ay­dın ol­sun, kədər­lən­məsin və Alla­hın vədinin haqq oldu­ğu­nu bil­sin. La­kin onla­rın çoxu bunu bil­mir.
14. Musa yetkinləşib kamil­lik döv­rü­nə çatdıqda Biz ona hökm­ran­lıq (pey­ğəm­bərlik) və elm əta etdik. Biz xe­yir­xah iş­lər görənləri be­lə mükafat­lan­dı­rı­rıq.
15. O, şəhərə əhalisi xəbər­siz ikən da­xil oldu və orada bir-biri ilə vu­ruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düş­mənlə­rindən idi. Tə­rəfdar­la­rından olan kəs onu düş­məninə qar­şı köməyə ça­ğır­dı. Musa onu vurub öl­dür­dü və: “Bu, şeytan əmə­lindəndir. Həqi­qə­tən, o, haqq yoldan az­dı­ran açıq-aydın bir düş­mən­dir!”– dedi.
16. Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı. Həqiqətən, O, Bağışla­yan­dır, Rəhm­li­dir.
17. Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara ar­xa olmayacağam!”
18. Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıx­dı. Bir­dən dü­nən onu kö­məyə çağıran kəs yenə fər­yad qopa­rıb onu kö­məyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yo­lunu az­mışın biri­sən!”– dedi.
19. Musa ikisinin də düş­mə­ni olan kəsi (misirlini) ya­xa­la­maq is­tə­dikdə o dedi: “Ey Mu­sa! Sən dünən birini vu­rub öl­dürdüyün ki­mi, məni də öl­dür­mək­mi istəyirsən? Sən yer üzün­də ancaq bir zülm­kar ol­maq is­təyirsən. Sən islah edən­lərdən olmaq istə­mir­sən”.
20. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Za­dəganlar səni öldür­mək barəsində məşvərət edir­­lər. Çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdənəm!”
21. Musa qorxu içində ətra­fa baxa-baxa oradan çıxıb: “Ey Rəb­bim! Məni zalım adamla­rın əlindən qurtar!”– de­di.
22. O, Mədyən tərəfə yol­la­ndı və: “Ola bilsin ki, Rəbbim mə­nə doğ­ru yolu gös­tərsin!”– de­di.
23. O, Mədyən sulağına gə­lib çatan­da quyunun yanında hey­van­larına su verən adamlar gör­dü. Onların yaxın­lı­ğında da qo­yun­la­rını o biri heyvanlar­dan geri çə­kən iki qız görüb: “Sizə nə olub?”– de­di. Onlar dedi­lər: “Ço­banlar heyvanlarını sürüb apar­mamış biz qo­­yunla­rımıza su verə bilmirik. Ata­mız da çox qoca­dır”.
24. Musa onların yerinə qo­yunlara su verdi, sonra da köl­gəyə çə­ki­lib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xey­rə eh­ti­ya­cım var!”
25. Bir qədər sonra qızlar­dan biri utana-utana onun yanına gə­lib de­di: “Atam bi­zim yeri­mi­zə qoyunları sulamağının haq­qını ödə­mək­dən ötrü səni ça­ğı­rır”. Mu­sa onun yanına gəlib başına gələn əh­va­­la­tı ona danış­dıqda o dedi: “Qorxma! Sən za­lım adam­ların əlin­dən xilas ol­mu­san!”
26. Qızlardan biri dedi: “Ata­can! Onu muzdla işə götür, çünki o, muzd­la işə götür­dük­lərinin ən yaxşısı, güclü və eti­barlı ola­nı­dır”.
27. Şueyb dedi: “Səkkiz il mə­nə işlə­mək şərti ilə qızla­rım­dan bi­ri­ni sənə ərə vermək istəyi­rəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Mən sənə əziyyət vermək is­tə­­mi­rəm. Allah qoy­sa mənim əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən”.
28. Musa dedi: “Bu, ikimi­zin ara­sın­da olan razılıqdır. Bu iki müd­dət­dən han­sını başa çat­dırsam, mənə qarşı haqsız­lıq ol­mamalıdır. Allah da dedi­yi­mizə Vəkildir!”
29. Musa müddətini başa vu­rub ailəsi ilə birlikdə yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: “Da­ya­nın! Mən bir od gör­düm. Mən ondan sizə bir xəbər və ya bir köz gə­ti­rə­rəm ki, qızına­sınız”.
30. Musa oraya gəlib çat­dıq­da sağ tərə­findəki vadinin ya­xın­lı­ğın­da olan müba­rək yer­də­ki ağac tərəfdən ona nida gəl­di: “Ey Mu­sa! Aləm­lə­rin Rəbbi olan Allah Mənəm!
31. Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını görüb, ge­ri­yə belə bax­ma­dan dönüb qaç­mağa başladı. Allah dedi: “Ey Musa! Ya­xın gəl, qorx­ma! Sən əmin-amanlıqda olanlardan­san!
32. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qor­xu keçib get­sin deyə əlini özünə sıx. Bu, Firona və onun əyan­la­rına qarşı sənin Rəb­bin­dən olan iki tutarlı də­lildir. Hə­qiqətən, on­lar fasiq adam­lar­dır”.
33. Musa dedi: “Ey Rəbbim! Mən on­lardan birini öldürmü­şəm, qor­xuram ki, onlar da mə­ni öldürələr.
34. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, de­dik­lərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlik­də göndər. Mən, həqiqətən də, on­ların məni yalançı sayacaq­larından qor­xu­ram”.
35. Allah dedi: “Biz səni qar­daşınla qüv­vətləndirəcək, iki­nizə də dəlil verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Möcüzələri­miz sa­yə­sin­də siz və sizə tabe olan­lar mütləq qalib gə­ləcəksiniz”.
36. Musa onların yanına açıq-aydın dəlillərimizlə gəl­dikdə on­lar: “Bu an­caq uydu­rulmuş bir sehrdir. Biz ulu ba­baları­mızdan be­lə bir şey eşitmə­mi­şik”– dedilər.
37. Musa dedi: “Rəbbim Öz tərəfin­dən kimin doğru yolu gös­tə­rən rəhbər gətirdiyini və Axi­rət yurdu­nun kimə nə­sib olaca­ğını da­ha yaxşı bilir. Şüb­həsiz ki, zalımlar nicat tap­maz­lar!”
38. Firon dedi: “Ey əyanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün palçı­ğın üzə­rində od qa­la və bir qüllə düzəlt ki, Musanın məbudu­nun yanı­na qal­xım. Mən, hə­qi­qə­tən də, onu yalançı­lardan hesab edirəm.
39. Firon və onun əsgərləri yer üzün­də haqsız yerə təkəb­bür gös­tərdilər və elə güman etdilər ki, hüzurumuza qay­ta­rıl­ma­ya­caq­lar.
40. Biz də onu və onun əs­gər­lərini tu­tub dənizə atdıq. Bax gör za­lım­ların aqi­bəti necə oldu.
41. Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kö­­mək edilməyəcəkdir.
42. Bu dünyada onları lənə­tə düçar etdik. Qiyamət günü isə on­lar Allahın rəhmətindən qo­vulmuş kimsələrdən ola­caqlar.
43. Biz əvvəlki nəsilləri məhv etdik­dən sonra Musaya insan­lar üçün açıq-aydın dəlillər, doğ­ru yol göstəricisi və rəhmət ola­raq Ki­tab verdik ki, bəlkə, dü­şünüb ibrət alsınlar.
44. Biz Musaya əmri yerinə yetir­mə­yi tapşırdıqda sən da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din.
45. Lakin Biz Musadan sonra neçə-neçə nəsil yarat­dıq və on­lar uzun ömür sürdü­lər. Sən Mədyən sakinləri ara­sında olub ayə­lə­rimizi onlara oxu­mur­dun. Lakin elçiləri Biz göndəririk.
46. Biz Musanı çağırdığımız zaman da sən Tur dağının yanında de­yil­din. Lakin səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı xəbər­dar edəsən deyə, Rəbbin­dən bir mər­hə­mət ola­raq səni pey­ğəmbər göndərdik ki, bəlkə, dü­şünüb anlayalar.
47. Özlərinin etdikləri əməl­lərə görə onlara bir müsibət üz ver­dik­də: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər gön­dərmədin ki, biz də Sənin ayə­lərinə tabe olub möminlərdən olaq?”– demə­səy­dilər, səni pey­ğəmbər göndərməzdik.
48. Bizim tərəfimizdən on­lara haqq gəldikdə onlar: “Nə üçün Mu­saya veri­lənin bən­zə­ri ona da verilmədi?”– de­dilər. Məgər on­lar daha öncə Musa­ya veriləni inkar etməmiş­di­lər­mi? Onlar de­miş­dilər: “Bir-bi­rini dəs­təkləyən iki sehr (Töv­rat və Quran)!” Həm­çinin de­mişdi­lər: “Biz heç birinə inan­mırıq!”
49. De: “Əgər doğru deyir­si­nizsə, Allah tərəfindən elə bir Kitab gə­tirin ki, bu ikisindən daha doğru yol gös­tərən bir rəh­bər olsun və mən də ona ta­be olum!”
50. Əgər sənə cavab vermə­sələr, bil ki, onlar nəfslərinin is­tək­lə­ri­nə uymuş­lar. Allah­dan bir doğru yol göstəricisi gəl­məyincə öz nəf­sinin is­təyinə uyan­dan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yö­nəltməz.
51. Biz Sözü onlara çatdır­dıq ki, dü­şünüb ibrət alsın­lar.
52. Qurandan əvvəl özlərinə Kitab ver­diyimiz kəslər ona iman gə­tirirlər.
53. Onlara Quran oxundu­ğu zaman: “Biz ona iman gətir­dik. O, hə­qi­qətən də, Rəbbimizdən olan haqdır. Biz on­dan əvvəl də mü­səl­man idik!”– deyir­lər.
54. Səbir etdiklərinə görə on­lara mü­kafatları ikiqat veri­lə­cək. On­lar pis­li­yi yaxşı­lıqla dəf edir və özlərinə ver­di­yi­miz ru­zi­dən Allah yolunda xərclə­yir­lər.
55. Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bi­zim əməl­lərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam ol­sun! Biz cahillərə qo­şul­maq istəmirik!”– deyirlər.
56. Şübhəsiz ki, sən istədi­yi­ni doğru yola yönəldə bil­məz­sən. Am­ma Allah istədi­yini doğ­ru yola yönəldir. O, doğ­ru yolda olan­la­rı daha yaxşı tanıyır.
57. Kafirlər dedilər: “Əgər biz sənin­lə birlikdə doğru yol­la get­sək, yur­du­muzdan qo­vu­la­rıq”. Məgər Biz onları Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi, müqəd­dəs, təhlü­kəsiz bir yer­də yer­ləşdirmədikmi? La­kin onların çoxu bunu bilmir.
58. Biz xoş güzəranı ilə qür­rələnən neçə-neçə şəhəri məhv et­dik. Bu­dur onların yurdları. Özlərindən sonra bə­zilərindən başqa ora­da heç kəs sakin ol­madı. Onlara Biz varis olduq.
59. Sənin Rəbbin şəhərlər­dən ən mü­hüm olanına, özlə­rinə ayə­lə­ri­­mizi oxu­yan bir elçi gön­dərməmiş o şəhərləri məhv et­mədi. Biz yal­­nız əhalisi zalım olan şəhərləri məhv etdik.
60. Sizə verilən hər şey an­caq dünya həyatının keçici zövqü və onun bərbə­zəyidir. Allah ya­nında olanlar isə daha xeyirli və daha sü­rəklidir. Məgər anlamırsınız?
61. Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dün­ya həya­tının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət gü­nü Cəhənnəmə gə­tiriləcək kimsə ilə eyni ola bilər?
62. O gün Allah onları çağı­rıb deyə­cəkdir: “İddia etdi­yi­niz şə­rik­lərim ha­radadırlar?”
63. Barələrində Sözün ger­çək­ləşə­cə­yi kimsələr deyəcək­lər: “Ey Rəb­bimiz! Bunlar bi­zim azdırdığımız kimsələrdir. Özümüz az­dı­ğı­mız kimi on­ları da az­dırdıq. Biz onlardan uzaq­laşıb Sənə üz tu­tu­ruq. Doğ­ru­su, onlar bizə ibadət et­mir­di­lər”.
64. Müşriklərə: “Şərikləri­nizi çağı­rın!”– deyiləcək. Müş­riklər on­la­rı çağı­ra­caq, lakin şərikləri onlara cavab ver­mə­yəcəklər. Onlar əza­bı gö­rə­cək­lər. Yaxşı olardı ki, onlar doğru yolla get­miş olay­dı­lar.
65. O gün Allah onları ça­ğırıb: “El­çi­lərə nə cavab verdi­niz?”– de­yəcək.
66. O gün xəbərlər onlar­dan gizli qa­lacaq. Onlar bir-bi­rin­dən heç bir şey soruşa bil­məyəcəklər.
67. Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gə­lin­cə, ola bilsin ki, o, nicat ta­panlardan olsun.
68. Rəbbin istədiyini yara­dır və istə­diyini də peyğəmbər se­çir. On­la­rın isə seç­məyə haqqı yoxdur. Allah pakdır, müqəd­dəsdir və on­la­rın qoşduqları şə­riklərdən ucadır.
69. Sənin Rəbbin onların qəl­binin həm gizli saxladıqlarını, həm də aşkar etdik­lərini bilir.
70. O, Allahdır. Ondan baş­qa ibadətə layiq olan məbud yox­dur. Dün­yada da, Axi­rətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarıla­caqsınız.
71. De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qi­ya­mə­tə qə­dər uzat­sa, Allah­dan başqa hansı məbud sizə bir işıq gətirə bi­lər? Məgər eşit­mir­si­niz?”
72. De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qi­ya­mə­tə qədər uzatsa, Allah­dan başqa hansı məbud din­cəl­di­yi­niz ge­cə­ni sizə gətirə bilər? Mə­gər görmürsünüz?”
73. O, Öz mərhəməti ilə si­zin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincə­lə­si­niz və gündüzü Onun lütfündən ruzi axta­rası­nız. Bəl­kə, şükür edə­siniz.
74. O gün Allah onları ça­ğı­rıb: “İd­dia etdiyiniz şəriklə­rim ha­ra­da­dır­lar?”– deyəcək­dir.
75. Biz hər ümmətdən bir şa­hid çı­xar­dacaq və: “Dəlili­ni­zi gə­ti­rin!”– deyə­cəyik. Onlar bi­lə­cəklər ki, haqq yalnız Alla­ha məxsus­dur. Uydur­duqları büt­lər isə onları qoyub gedə­cək­lər.
76. Həqiqətən, Qarun Musa ilə həm­tayfa idi. Amma onlara qar­şı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.
77. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünya­dakı nə­sibini də unutma. Allah sənə yaxşılıq etdiyi ki­mi, sən də baş­qa­la­rı­na yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şüb­hə­siz ki, Allah fit­nə-fəsad törədən­ləri sevmir”.
78. Qarun dedi: “Bu mənə ancaq mən­də olan biliyə görə ve­ril­miş­dir”. Mə­gər o bilmirdi ki, Allah ondan əv­vəlki nəsil­lər­dən, on­dan daha qüvvətli və daha çox var-dövlət yığan kəs­ləri məhv et­miş­dir? Günah­kar­lar öz günah­ları barəsində sor­ğu-sual olun­maz (üz­lə­rindən tanınarlar).
79. Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dün­ya hə­ya­tı­nı ar­zula­yanlar de­di­lər: “Kaş ki, Qaruna veri­lə­nin bən­zəri bizə də veriləydi! Hə­qiqə­tən, o, böyük qismət sa­hi­bidir”.
80. Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yax­şı əməl edən kim­sə üçün Allahın mükafatı daha xeyirlidir. Bu­na isə yalnız sə­bir edənlər nail olarlar”.
81. Biz onu öz evi ilə bir­lik­də yerə ba­tırdıq. Allaha qarşı ona kö­mək edə bi­lə­cək hava­darları yox idi. Və özü də özü­nə kömək edə bil­mədi.
82. Dünən onun yerində ol­mağı ar­zulayanlar ertəsi gün de­yir­di­lər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ru­zini ar­tırar da, azaldar da. Əgər Allah bizə lütf etmə­səydi, bizi də yerə ba­tırardı. Ah, de­mək ka­fir­lər nicat tap­ma­yacaq­larmış!”
83. Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fit­nə-fəsad törət­mək istəmə­yən­lərə nəsib edirik. Gözəl aqibət müt­tə­qi­­lərindir.
84. Kim Qiyamət günü yaxşı əməl gə­tirsə, ona bundan daha yax­şısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq et­dik­ləri əməllərin cə­za­sı veri­lər.
85. Quranı sənə nazil edib va­cib bu­yu­ran Allah qayıdaca­ğın ye­rə (Məkkəyə, yaxud Axi­rət yurduna) səni mütləq qay­ta­ra­caqdır. De: “Rəb­bim kimin hi­dayət gətirdiyini və kimin açıq-aydın az­ğın­lıq için­də ol­duğunu yaxşı bilir”.
86. Sən bu Kitabın sənə na­zil ola­ca­ğı­na ümid etmirdin. Bu an­caq Rəbbindən bir mər­hə­mətdir. Odur ki, heç vaxt ka­fir­lə­rə arxa ol­ma!
87. Allahın ayələri sənə na­zil edil­dikdən sonra muğayat ol ki, on­lar səni bu ayələrdən dön­dərməsinlər. Sən Rəb­binə də­vət et və müş­riklərdən olma!
88. Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan baş­qa iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaq­. Hökm Onundur və siz Ona qayta­rılacaqsınız.
Icon